Konqar-ool Boris oğlu Ondar (, ; ) — Tuva müğənnisi, qırtlaq musiqisi (höömey) sənətinin ustası, Tıva Ali Huralının deputatı.

Konqar-ool Ondar adətən ənənəvi kostyumda morin xuur milli musiqi alətində çıxış edirdi. Tuva Respublikasının milli höömey tituluna sahib idi.

Həyatı Konqar-ool Ondar 29 mart 1962-ci ildə Tuva MSSR Dzun-Xemçik rayonunun İyme kəndində anadan olmuşdur.left|thumb|Kızıl şəhərində yerləşən Tıva Mədəniyyət Mərkəzinin binasının qarşısında abidəsi1992-ci ildə beynəlxalq qırtlaq musiqi müsabiqəsində qalib gəldikdən sonra Qərbdə məşhurlaşdı, 1993-cü ildə məşhur musiqiçi Frenk Zappanın təşkil etdiyi tədbirdə çıxış etdi. O vaxtdan bəri mütəmadi olaraq təkcə Tuvada deyil, Rusiyadan kənarda da konsertlər verməyə başladı. thumb|301x301px|Konqar-ool Boris oğlu Ondar Konqar-ool Ondar bir çox illər ərzində Qərbdə ən məşhur qırtlaq müğənnilərindən biri idi. "Back Tuva Future" adlı albomu Warner Records studiyasında yazılmışdır. O, qonaq qismində Devid Letterman ilə gec şou adlı televiziya verlişində iştirak etmişdir və CNN-ə müsabiqə vermişdir.

Konqar-ool Ondar Amerikalı blüz sənətçisi Pol Penin Tuvaya səyahətini təşkil etmişdir, burada o, qırtlaq sənətinə yiyələnirdi. Oskar mükafatına namizəd olan "Çingiz Blüz" sənədli filmi bu hekayəyə həsr olunmuşdu, filmdə Ondar da yer almışdır.

Konqar-ool Béla Fleck and the Flecktones qrupunun "Outbound", "Live at the Quick" və "Jingle All the Way" adlı üç albomunun yazılmasında iştirak etmişdir

Konqar-ool Ondarın təşəbbüsü ilə Tıva Mədəniyyət Mərkəzi quruldu, oranın ilk direktoru helə özü oldu.

Konqar-ool Ondar 51 yaşında Qızılda qəflətən vəfat edəndə, Los Angeles Times qəzetində də nekroloq nəşr olunmuşdur.

Tıva Mədəniyyət Mərkəzinin binasının qarşısında onun abidəsi qoyulub.

İstinadlar

Kateqoriya:Qırtlaq musiqisi Kateqoriya:Rusiya Federasiyasının əməkdar artistləri Kateqoriya:Rusiya siyasətçiləri Kateqoriya:ABŞ musiqiçiləri