1-ci Xüsusi Qüvvələrin Əməliyyat Komandası-Delta () geniş yayılmış adları ilə Delta, Delta Force və ya Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi tərəfindən Combat Applications Group () olaraq adlandırılan, elit Special Operations Force (SOF) () və Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı (JSOC) təşkilatını tamamlayan ünsürdür. ABŞ Ordusu - () ABŞ Hərbi Dəniz Qüvvələrindəki həmkarı, US Navy DEVGRU ilə birlikdə 2 birinci səviyyəli (Tier 1) antiterror və xüsusi missiyalar dəstəsidir. Delta Force ən yaxşı xüsusi operatorlardan və xüsusi olaraq hazırlanmış və diqqətlə seçilmiş ordunun əsgərlərindən ibarətdir. Delta Forcenin əsas vəzifəsi terrorla mübarizə, üsyan əleyhinə mübarizə aparmaq və milli vasitəçilik əməliyyatları olsa da, bu gizli missiyalar daxilində bir çox gizli tapşırıqları yerinə yetirən son dərəcə çevik bir təşkilatdır. Bu gizli tapşırıqlara girovları xilas etmək, basqın etmək və gizli düşmən qüvvələrini aradan qaldırmaq daxildir.

Vyetnam müharibəsinə qədər ABŞ Xüsusi Qüvvələri ABŞ ordusunun Xüsusi Əməliyyat Qüvvələri, sadəcə olaraq qeyri-nizami döyüşlərə köklənmişdi, Vyetnam müharibəsindən sonra keçmiş Yaşıl Beret zabiti olan Çarlz Bekvit () İngilis Xüsusi təyinatlıları olan SAS ilə ortaq bir əməliyyatdan geri qayıtdıqdan sonra komandirlərinə 22-ci SAS Birliyi kimi "Bizə yalnız Təlimçilər deyil (Qeyri-nizami müharibə ilə əlaqədar olaraq), həm də təcrübəçilər lazımdır" düşüncəsini təqdim etmiş və daha elit antiterror və birbaşa əməliyyat qrupu olan Xüsusi Missiya Bölməsini - Delta Forceni yaratmışdır. İlk bölmələr 1978-ci ildə yaradıldı. İlk əməliyyatları İranda girov böhranı zamanı saxlanılan diplomatları xilas etmək tapşırığı olan Qartal pəncəsi əməliyyatı idi. Bu əməliyyatlardakı çatışmazlıqlar əsasında hava dəstəyi üçün 160-cı Xüsusi Əməliyyat Aviasiya Polku yaradılmışdır.

İstinadlar

Ədəbiyyat siyahısı

National Geographic documentary: Road to Baghdad.

Xarici keçidlər

Military.com article on Delta Force Archived Special-ops.com article Archived Transcript of Sean Naylor's speech to American Enterprise Institute Archived

Kateqoriya:Xüsusi Təyinatlı Qoşun Birləşmələri Kateqoriya:Antiterrorizm Kateqoriya:Qoşun növləri Kateqoriya:ABŞ silahlı qüvvələri