Sarman rayonu () — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şərqində yerləşir. Şimaldan Tukay, şimal-şərqdən Minzələ, şərqdən Müslim ilə, cənub-şərqdən Aznakay, cənub-qərbdən Almət, qərbdən Zəy rayonları ilə həmsərhəddir. Rayonun inzibati mərkəzi şəhər tipli Sarman kəndidir.
Coğrafiyası Şərqi Zakamyenin aşağı şimal-şərq hissəsində, Minzələ və Mell çaylarının (İk çay hövzəsi) su toplama hövzəsində yerləşir. Ərazi meşə-çöl zonasındadır. Rayonun böyük qismi şumlanmış ərazinin çox yüksək faizi ilə xarakterizə olunur.
Tarixi 1920-ci ilə qədər Sarman rayonunun ərazisi Ufa quberniyasının Minzələ qəzasının tərkibinə daxil idiВ. В. Ермаков "Челнинская история" . 1920-ci ildə Minzələ rayonu yeni qurulan Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil olur.
Sarman rayonu 10 avqust 1930-cu ildə qurulmuşdur. Kənd özü 1737-ci ildən mövcuddur.
Əhali Urbanizasiya Şəhər şəraitində (Cəlil qəsəbəsində) rayon əhalisinin 37,29 % -i yaşayır.
Milli tərkib Rayon əhalisi tatarlar (90.4%), ruslar (8.3%) və başqırdladan (0,7%) ibarətdir.
Kişilər — 46,4%, qadınlar — 53,6%.
Doğum — 13,6%, ölüm — 12,8%, əhalinin təbii artımı — 0,8%.
Əmək qabiliyyətli şəxslər rayon əhalisinin 51,2%, gənclər — 24,8%, yaşlılar — 24,0% təşkil edir.
Ailənin orta ölçüsü 3.3 nəfərdir.
Bir kənd yaşayış məntəqəsinin orta ölçüsü 294 nəfərdir.
Yerli özünü idarəetmə Sarman rayonu ərazisinə 1 şəhər və 22 kənd inzibati vahidliyi daxildir. Rayon ərazisinə ümumilikdə 72 yaşayış məntəqəsi daxildir.
Təhsil Rayonda 17 orta məktəb, 2 gimnaziya, 1 ibtidai məktəb, həmçinin 21 uşaq bağçası vardır. Peşə məktəbi 6 peşə üzrə ilk peşə təhsili dövlət standartlarını tətbiq edir. 55 mədəniyyət müəssisəsi, 36 kitabxana, musiqi məktəbi və sənət məktəbinə də sahibdir. Rayonda muzeylər də var.
İqtisadiyyat Sarman rayonu aqrar-sənaye bölgəsi hesab olunur. Ərazidə buğda, çovdar, arpa, noxud, qarabaşaq yarması, şəkər çuğunduru əkilir. Əsas heyvandarlıq sənayesi ətlik və südlük maldarlıq və donuzçuluqdur.
İstinadlar
Kateqoriya:Tatarıstan rayonları Kateqoriya:1930-cu ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Sarmanov rayonu