Artse (; ) — X–XI əsrlərdə şərqi Anadoluda mövcud olmuş tarixi şəhər.
Tarixi Artse Bizans imperiyasının Feodosipol şəhərinin şərqində, Basiani vilayəti daxilində, Ermənistan və İberiya ilə olan sərhəddə, Araz çayının sol sahilində yerləşirdi. Şəhərin adı Eskorial taktikası ( 971/975-ci il) əsərində Bizans strateqinin yeri olaraq qeyd edilir. Şəhər 979-cu ildə Barda Sklirin üsyançı ordusunun Pankaliya döyüşündə məğlub edilməsində kömək etdiyinə görə III David Kuropalata verilmişdir. Buna baxmayaraq, III Davidin ölümündən sonra şəhər 1000-ci ildə İberiya katepanlığının bir parçası olmuşdur.
Şəhər haqqındakı məlumat Siciliyalı İohannın yazılarındandır. O, qeyd edir ki, Artse Suriya, Ermənistan və başqa yerlərdən tacirləri cəlb edən böyük bir ticarət mərkəzi idi. Şəhər 1048-ci və ya 1049-cu ildə səlcuq türkləri tərəfindən ələ keçirilmişdir. Müasir tarixşünaslar ehtimal edir ki, şəhərin talan edilməsilə 150.000 insan qılıncdan keçirilmişdir. Şəhərin sağ qalan sakinləri Feodosipol şəhərinə köçür.
Mənbə İstinadlar
Ədəbiyyat
Kateqoriya:Ermənistan tarixi Kateqoriya:Orta əsr şəhərləri Kateqoriya:Keçmiş inzibati vahidlər Kateqoriya:Bizans–səlcuqlu müharibələri