Səidə Məmmədova (tam adı: Məmmədova Səidə Müslüm qızı; ) — xormeyster. Azərbaycan Respublikası əməkdar mədəniyyət işçisi, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi.

Həyatı Məmmədova Səidə Müslüm qızı 25 may 1942-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur.

Təhsili 1960-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu və 1969-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası)nın xor dirijorluğu fakültəsini bitirmişdir.

Fəaliyyəti

Əmək fəaliyyəti 1969–75-ci illərdə Naxçıvan şəhər musiqi məktəbində müəllim və 1975–94-cü illərdə orta ixtisas musiqi məktəbinin direktoru olmuşdur. 1994-cü ildən Naxçıvan Dövlət Universitetində ifaçılıq kafedrasının müdiridir. 1999-cu ildən dosentdir. Muxtar Respublikada xor kollektivlərinin yaranması və inkişafında xidməti var. Bir sıra el şənliklərinin bədii rəhbəri və onlarla mahnı müəllifidir. 1978-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.

Təflif və fəxri adları 1977 — Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi 1988 — Azərbaycan Respublikası əməkdar mədəniyyət işçisi 2007 — Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

Mənbə