Cığatay və ya çağatay dili, həmçinin Sovet mənbələrində əski özbək dili (, ) adı altında, Çin mənbələrində isə qədim uyğur dili kimi qeyd olunur — XX əsrdə ölmüş halına gələn, Mərkəzi Asiyada işlənilən ədəbi dil. O, müasir türk dillərinin qarluq qruppunu təşkil edən özbək və uyğur dillərin sələfidir. Cığatay ədəbiyyatının ən tanınmış nümayəndəsi Əlişir Nəvaidir.
Adı
Cığatay sözü Çingiz xanın oğlu Cığatay xana qalmış Cığatay xanlığından gəlir.
Çağatay sözü həmçinin qırımçaqlar tərəfindən XIX əsrin sonuna qədər öz dilləri üçün istifadə olunurdu, günümüzdə isə, Əfqanıstanda danışılan türkmən dilinin teke dialekti üçün işlənilir.
1924-cü ildə Özbəkistan Sovet Sosialist Respublikasının yaradılmasının hazırlaması üçün, Cığatay dilinin adını rəsmi olaraq "əski özbək dili" adına dəyişiblər. Çində isə onu bəzən qədim uyğur dili adlanırlar. Tarixən, həmçinin türki və sart sözləri də işlənilirdi.
Tarixi
Ekmann (1959) Çağatay dilini üç dövrə bölürdü: klassik-qabaq, klassik və post-klassik. Köpürlü (1981) isə beş dövrə: başlanğıc dövrü, birinci klassik dövr, ikinci klassik dövr, üçüncü klassik dövr və məhsulsuz tənəzzül dövrü.
Ədəbiyyat
Çağatay dilində yazan ən tanınmış şair Əlişir Nəvaidir. Onun 1499 qurtardığı mühakimət ül-lüğəteyn əsəri türki (cığatay) dilinin fars dili ilə müqayisə edib, türki dilinin üstünlüyünü göstərir.http://www.turkoloji.cu.edu.tr/ESKI%20TURK%20DILI/abik.pdf (in Turkish, with English abstract) Cığatay dilində yazılan başqa bir tanınmış nəsr əsəri, türk ədəbiyyatında ən erkən tanınmış memuarı olan Zəhirəddin Məhəmməd Baburun (1483-1530) Baburnamə əsəridir.Heydər Əliyev Mərkəzində 57 miniatürdən ibarət sərgi açılıb . modern.az, 26.12.2015
XVII əsrdə cığatay dilində yazılan görkəmli əsərlər Əbülqazi Bahadır xanın Şəcərəyi tərakimə (1659) və Şəcərəyi türk (1663) əsərləri idi. XVIII əsrin ikinci yarısında isə türkmən şairi Məhtimqulu türkmən ədəbiyyatını türmən dilinin xüsusiyyətləri iştədərək cığatay dilində yazmağa başlayıb.Clark, Larry, Michael Thurman, and David Tyson. "Turkmenistan." Kazakhstan, Kyrgyzstan, Tajikistan, Turkmenistan, and Uzbekistan: Country Studies. p. 318. Comp. Glenn E. Curtis. Washington, D.C.: Division, 1997
XIX əsrdə Xivədə Şirməhəmməd Munis və onun qohumu Məhəmmədrza Agahi kimi görkəmli cığatay dilli şairlər var idi. ; Qahhar, Tahir, and William Dirks. “Uzbek Literature.” World Literature Today, vol. 70, no. 3, 1996, pp. 611–618. JSTOR, www.jstor.org/stable/40042097. II Məhəmmədrəhim xan da cığatayca qəzəl yazırdı. Musa Səyraminin 1903-cü ildə qutardığı Tārīkh-i amniyya adlı əsəri və onun 1908-ci ildə Tārīkh-i ḥamīdi adı altında buraxılmış yeni versiyası 1862–1877 illərin arası baş verən Dunqan üsyanı haqqında ən yaxşı mənbələrdən biri olaraq sayılır.МОЛЛА МУСА САЙРАМИ: ТА'РИХ-И АМНИЙА (Mulla Musa Sayrami's Tarikh-i amniyya: Preface)], in: "Материалы по истории казахских ханств XV–XVIII веков (Извлечения из персидских и тюркских сочинений)" (Materials for the history of the Kazakh Khanates of the 15–18th cc. (Extracts from Persian and Turkic literary works)), Alma Ata, Nauka Publishers, 1969.
Həmçinin bax Azərbaycan–Çağatay mədəni əlaqələri
İstinadlar
Mənbə
Kateqoriya:Aqqlütinativ dillər Kateqoriya:Cığatay xanlığı Kateqoriya:Teymurilər Kateqoriya:Ölü dillər Kateqoriya:Asiya dilləri Kateqoriya:Türk dilləri Kateqoriya:Atlı xalqlar