Başinformsvyaz () — baş ofisi Ufa şəhərində yerləşən Rusiya telekommunikasiya şirkəti, Rostelekomun törəmə şirkəti.

Tarixi Başinformsvyaz ASC, Başqırdıstan Respublikasının dövlət rabitə və informatika müəssisəsinin səhimdarlaşdırması nəticəsində 1992-ci ildə yaradılmışdır.Страницы истории // bashtel.ru

1993-cü ildə şirkət NMT-450 standartı, 1998-ci ildə GSM-900 standartı, 2000-ci ildə CDMA texnologiyasından istifadə edərək mobil xidmətlər göstərməyə başladı.

2004-cü ildə şirkət ADSL texnologiyasından istifadə edərək genişzolaqlı İnternet xidmətləri təqdim etməyə başladı.

2009-cu ildə şirkət "Başqırdıstan Mobil Rabitə" ASC-nin 98,77% səhmini aldı.

2016-cı ildə şirkət Samara vilayətinin regional operatoru AIST əldə etdi.

Şirkətin rəhbərliyi Şirkətin yeganə səhmdarı "Rostelekom" ASC-dir.

Baş direktor Sergey Aleksandroviç Alferovdur."Башинформсвязь" возглавил выходец из "Мегафона" // Коммерсантъ (Уфа), 18.07.2019 Direktorlar Şurasının sədri İvan İvanoviç Zimadır.

Fəaliyyətinin göstəriciləri Bashinformsvyaz Başqırdıstanın ən böyük telekommunikasiya operatorudur, telefon əlaqəsi bazarının 93%-nı və İnternetə çıxış bazarının 78%-nı idarə edir.Башкиры, татары, Интернет // fincake.ru

2011-ci il mart ayının sonunda şirkətin abunə bazasında 1 milyondan çox sabit telefoniya abunəçisi, 251 min genişzolaqlı İnternet abunəçisi, 32 min IPTV abunəçisi, 84 min kabel televiziyası abunəçisi var idi."Ростелеком" предложил оферту акционерам "Башинформсвязи" // Коммерсантъ (Уфа), № 128 (4666), 15.07.2011

2010–2012-ci illər üçün əsas maliyyə göstəriciləri: 2012-ci il2011-ci il2010-cu ilHasilat, min rubl6 168 2845 873 5355 596 837EBITDA, min rubl2 603 6632 069 5151 949 410Xalis gəlir, min rubl987 444700 180719 958

İstinadlar