Peterburq Şimal bankının binası — 1903-1905-ci illərdə H.Z.Tağıyev küçəsində tikilmiş Peterburq Şimal bankının Bakı bölməsinin və sonradan Rusiya - Asiya bankının binası. XIX əsrdə Bakıda baş vermiş neft bumundan sonra şəhərdə bir çox bankların filialları və yeni banklar açılır. İlk açılan banklardan biri də Peterburq Şimal bankının filialı olub. 1903-1905-ci illərdə Peterburq Şimal bankının filialı üçün Qorçakovskaya 3 ünvanında tikilən binanın memarı məlum deyil. Binada hazırda Azərbaycan Beynəlxalq Bankının Mərkəz filialı yerləşir.

Şəkilləri

Həmçinin bax Tağıyevin sarayı Tiflis Kommersiya bankının binası

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Bakının görməli yerləri