Fabian (lat. Fabianus; ) — Roma Papası (236–250), Fabian əslən zadəgan bir Romalı idi və atasının adı Fabius idi. Keçmişi haqqında başqa bir məlumat bilinmir. Fabian yekdilliklə Roma yeni yepiskopu elan edilmişdir.
Həyatı Anteranın qısa hakimiyyətindən sonra Fabian yeni bir papa seçilməsi üçün kənddən Romaya gəldi. Fabianın seçilməsi ilə Roma katolik kilsəsi tarixində papa və antipapaların ədavəti nəticəsində baş vermiş ilk parçalanma tamamilə aradan götürülmüşdür. Fabian görkəmli və nəcib kilsə xadimi hesab edilirdi.
Fabianın 14 illik hakimiyyəti dövründə xristianların təqibində sakitlik baş verdi. Fabian Romadakı xristian qəbiristanlıqlarında bərpa işlərinə başçılıq etmişdir. Filipp Ərəbin hakimiyyəti dövründə papa Pontian Romalının və İppolit Romalının cəsədlərinin qalıqlarının Sardiniyadan Romaya köçürülməsinə nail olmuşdur. Fabian Təqib zamanı möminlərin gizləndiyi mağaralarda namaz yerləri təşkil etmişdir.
İstinadlar
Xarici keçidlər Св. Фавий, папа Римский // Jurnal "Слово Истины".— 1913.
Kateqoriya:III əsr Papaları Kateqoriya:Roma şəxsləri Kateqoriya:Anqlikan müqəddəsləri Kateqoriya:Papalar Kateqoriya:Edam edilmiş din xadimləri