Orest (, "alpinist"; ) — Troya müharibəsində vuruşan Mikena kralı Aqamemnon və Klitemnestranın oğlu. Onun dəliliyi və təmizlənməsi bir çox Qədim Yunan oyunu və əfsanəsinin mövzusu olmuşdurGraves, Robert, The Greek Myths 112.1 ff..
Adın mənşəyi
Orestes yunanca "oreibates" ("ορειβάτης") sözündən gəlir. Mənası alpinistdir. Metaforik olaraq, dağları fəth edə bilən biri kimi istifadə olunur.
Homerin hekayəsi
Homerin hekayəsində Orest Tantal və Niobe ilə birbaşa əlaqəli olan Atreyin lənətlənmiş evinin üzvüdürHomer, Odissey, III, 300-310.. Troya müharibəsinə gedən yolda yaxşı bir külək üçün ilahə Artemidaya dua edən Aqamemnon, ilahənin işarəsi ilə qızı İfigeniyanı qurban vermək istəyir, amma arvadı buna qarşı çıxır. Buna baxmayaraq, qərarından vaz keçməyən Aqamemnon qızını qurban verərkən ilahə tərəfindən xilas edilir, bunun əvəzinə bir dişi maral qurban edilir. Ancaq Klitemnestra bu vəziyyətə çox qəzəblənir. Aqamemnon Troya müharibəsində olarkən, həyat yoldaşı Klitemnestra, Aqememnonun əmisi oğlu Aegisthus ilə eşq yaşayır. Padşah müharibədən 12 il sonra qayıtdıqda, arvadı onu öldürmək planını artıq hazırlamışdı. Çox isti qarşıladığı əri hamamda olarkən onu balta ilə öldürürHomer, Odyssey III, 313-316..
Bu vaxt 12 yaşlı Orest anasından və sevgilisindən qaçaraq Parnassus dağındakı Phanoteyə və kral Strophiusa sığınır. Onun 8 il sonra öldüyü barədə şayiələr yayılır, ancaq Orestin ölümü barədə xəbər verən şəxs əslində Orestin özü idi. Anasını və sevgilisini öldürən Orest dostu Strophiusun oğlu Pylades ilə birlikdə şəhəri tərk edir, ancaq ana qatili olduğu üçün qisas ruhları olan erinlər tərəfindən təqib edilir. Afinaya çatan Orest bu şəhərdə Apollon və Afina tərəfindən mühakimə olunur və bəraət alır. Bundan sonra ona Tavriyaya getmək və bacısı İfiqeniyanı tapmaq əmr edilir. Orest nəhayət bacısını Tavriyadan xilas edirHomer, Odissey, I, 35ff..
Məşhur mədəniyyətdə
Amerikalı sərt (hard) rok qrupu A Perfect Circle "Orest" adlı mahnı bəstələmiş və bu mahnıda Orestin içindəki dəlilikdən bəhs etmişdir.
İstinadlar
Əlavə ədəbiyyat Bielfeldt, Ruth (2005). Orestes auf römischen Sarkophagen. Berlin: Reimer, . Knoepfler, Denis (1993). Les imagiers de l'Orestie. Kilchberg/Zürich: Akanthus, . Poppenberg, Gerhard (2013). Die Antinomie des Gesetzes. Der Orest-Mythos in der Antike und der Moderne. Berlin: Matthes & Seitz,
Xarici keçidlər
Kateqoriya:Yunan mifologiyası Kateqoriya:İlan sancmasından ölənlər Kateqoriya:Qədim yunan mifologiyasında Skifiya və Qafqaz Kateqoriya:Qədim yunan mifologiyası personajları Kateqoriya:Yunan mifologiya qəhrəmanları Kateqoriya:Arqos padşahları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri