Əbabil — İslam ənənəsinə görə, Yəmən hökmdarı Əbrəhə döyüş filləri ilə birlikdə Kəbəni dağıtmaq üçün Məkkə üzərinə hücum edəndə Allahın əmri ilə bir dəstə quş Qırmızı dəniz tərəfdən uçub gəlmişdi. Onların hər biri dimdiyində və iki caynağında bişmiş gildən düzəlmiş xırda daş tutmuşdular. Quşların atdıqları daşlar döyüşçülərin bədənində yara əmələ gətirərək tezliklə onların ölümünə səbəb oldu. Bu hadisə barədə Qurani-Kərimin 5 ayədən ibarət olan Fil surəsində (105-ci surə) bəhs edilir.Quran. Fil surəsi.

Bu quşların hansı növə aid olması məlum deyildir. Çünki, əbabil sözü "quş dəstəsi" mənasına gəlirhttps://quran.az/105/3?t=1. Quranda Fil surəsində istifadə olunan {طَيْرًا اَبَابِيلَ, oxunuş: tayran əbabil(ə)} ifadəsi isə aşağıdakı kimi izah olunur.https://www.youtube.com/watch?v=znSOjyDRMEQ&t=42s

"Tayr" uçan bir şey (xüsusən quş) deməkdir, dilimizdəki təyyarə sözünün kökü də bu sözdür. "Əbabil" isə dəstə/sürü mənasına gələn və çoxluq ifadə edən sözdür (dilimizdəki ilxı, naxır sözləri kimi). Ərəb dilində dəvə sürüsü, at sürüsü ifadələrində də "sürü" mənasını ifadə edərkən "əbabil" sözü işlənir. Azərbaycanda və bir sıra digər ölkələrdə qara uzunqanad (lat. Apus apus) növünü də bəzən əbabil adlandırırlar.

İstinadlar

Xarici keçidlər

Quran. "Fil" surəsi

Kateqoriya:İslam Kateqoriya:Quranda adı çəkilənlər Kateqoriya:İslam terminləri Kateqoriya:Əfsanəvi quşlar Kateqoriya:İslamda əfsanəvi varlıqlar