thumb|sağ|300px|Birləşmiş Krallıq kralı V Georgeun (ön cərgənin ortasında), 1926-cı il İmperator Konfransında nazirləri ilə birlikdə çəkdirdiyi fotoşəkil. Ayaq üstündə dayananlar (soldan sağa): Walter Stanley Monroe (Nyufaundlend), Gordon Coates (Yeni Zelandiya), Stenli Bruce (Avstraliya), J. B. M. Hertzog (Cənubi Afrika Birliyi), W. T. Cosgrave (İrlandiya). Oturanlar: Stanley Baldwin (Birləşmiş Krallıq), Kral V Georq, William Lyon Mackenzie King (Kanada).

1926-cı il Balfour Bəyannaməsi 1926-cı ildə London da keçirilmiş İmperator Konfransının yekun hesabatıdır. İngilis dövlət xadimlərindən olan əvvəlki baş nazir Arthur J. Balfourun şərəfinə adlandırılmışdır. Birləşmiş Krallıq və Millətlər Birliyinə daxik müstəqil ölkələri (Dominionu) aşağıdakı kimi ifadə edir:

İmperatorluq Arası Münasibətlər Komitəsi Balfurun başçılığı ilə toplandı. 15 noyabr 1926-cı ildə imperator baş nazirləri tərəfindən yekdilliklə hazırlıq sənədini hazırladı. Sənəd üçün ilk tövsiyə Cənubi Afrika Baş Naziri J. B. M. Hertzog, eləcə də Kanadanın Baş naziri William Lyon Mackenzie King tərəfindən təklif edilmişdir. thumb|upright|sol|Arthur James James Balfour, UK-nin 1902-1905-ci illər arasında baş naziri olmuşdur.

Bəyannamə Birinci Dünya müharibəsindən sonra dominionların inkişaf edən siyasi və diplomatik müstəqilliyini qəbul etdi.

Sonrakı illərdə Yüksək Nümayəndələr tədricən təyin edildilər. İlk dəfə 1928-ci ildə İngilis Yüksək Nümayəndəsi Ottavaya təyin edildi. 1926-cı il konfransının bəyannaməsi 1930-cu ildə təkrarlandı və nəticədə Balfur Bəyannaməsi 1931-ci ilin noyabr ayında Böyük Britaniya parlamenti tərəfindən qəbul edilən Vestminster Xartiyasına daxil edildi.

İstinadlar

Kateqoriya:Bəyannamələr Kateqoriya:XX əsrin sənədləri Kateqoriya:Kanadanın müqavilələri Kateqoriya:Birləşmiş Krallığın siyasi tarixi