Prizren Universiteti — Kosovanın Prizren şəhərində yerləşən dövlət universiteti. İlk öncə 1962-ci ildə Ali Pedaqoji İnstitutu olaraq yaradıldı. 2010-cu ildə mövcud ad altında yenidən təşkil edildi.

Tarixi Prizren Universiteti 1962-ci ildə fəaliyyətə başlayan Ali Pedaqoji İnstitutundan yaradıldı. Universitetdə mövcud təhsil forması 2010-cu ildə başladı. Prizren Universiteti Prizren dairəsi və Kosova Respublikasına xidmət göstərir. Universitetdə dərslər əsasən alban dilində tədris olunur, Təhsil Fakültəsində isə Bosniya və Türkiyə dilləri üzrə dərslər keçirilir.

Strukturu

İqtisadiyyat fakültəsi Biznesin idarə edilməsi Beynəlxalq idarəetmə Hüquq fakültəsi Hüquqşünaslıq

Kompüter Elmləri Fakültəsi Proqram təminatının inkişafı İnformasiya texnologiyası Təhsil Fakültəsi İbtidai sinif kurikulumu Məktəbəqədər təhsil proqramı

Filologiya fakültəsi Alban dili və ədəbiyyatı İngilis dili və ədəbiyyatı Alman dili və ədəbiyyatı Türk dili və ədəbiyyatı

Təbiət və Ətraf Elmləri Fakültəsi Aqrar-sənaye kompleksi Meşə və ekologiya

İstinadlar Qeydlər

Mənbə

Kateqoriya:2010-cu ildə yaradılmış təhsil müəssisələri Kateqoriya:Kosovoda təhsil Kateqoriya:Prizren