Paris müqaviləsi (həmçinin Paris sülh müqaviləsi və ya 1763 müqaviləsi olaraq da tanınır), Böyük Britaniya, Fransa, İspaniya və Portuqaliya arasında 10 fevral 1763-cü ildə imzalanmış sülh müqaviləsidir. Prussiya və Avstriya öz aralarında daha bir müqavilə (Hubertusburg müqaviləsi) imzaladılar. Bu müqavilə ilə yeddiillik müharibə (Amerikada deyildiyi kimi: Fransız-hindu müharibəsi) başa çatdı. Müqavilə Böyük Britaniya-Prussiya ittifaqının Fransa-Avstriya ittifaqı üzərində qələbəsinin nəticəsi idi. Fransa və Böyük Britaniya müharibə illərində işğal etdikləri yerlərin əksəriyyətini təxliyə etsələr də, Böyük Britaniya Fransanın Şimali Amerika koloniyalarının bir hissəsini ələ keçirə bildi. Böyük Britaniya həmçinin katolikçiliyin ingilis hakimiyyəti altında olan ərazilərdə azad olacağına da zəmanət vermişdir. Müqavilədən sonra Böyük Britaniyanın Avropadan kənarda hökmranlığının başlanğıcı qoyulmuşdur. İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Treaty of Paris Profile and Videos – Chickasaw.TV
The Treaty of Paris and its Consequences Entry on the Treaty of Paris from The Canadian Encyclopedia Treaty of Paris at the Avalon Project of the Yale Law School
Kateqoriya:1763-cü ilin beynəlxalq müqavilələri Kateqoriya:Birləşmiş Krallığın müqavilələri Kateqoriya:Fransanın müqavilələri Kateqoriya:İspaniyanın müqavilələri Kateqoriya:Portuqaliyanın müqavilələri Kateqoriya:Yeddiillik müharibə