Gəncə quberniyası () (1918-ədək Yelizavetpol quberniyası) — Rusiya imperiyasının quberniyalarından biri.

Tarixi 200px|thumb|left|Qafqaz regionunun baş xəritəsi, 1858-ci il 200px|thumb|left|Qafqaz regionunun ətraflı xəritəsi, 1869-cu il200px|thumb|left|Yelizavetpol quberniyasının inzibati xəritəsi, 1902-ci il

Qafqaz və Zaqafqaziya diyarının idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında Yelizavetpol quberniyası yaradılmışdı. Bakı quberniyasından Şuşa və Nuxa (Şəki) qəzaları, Tiflis quberniyasından Yelizavetpol qəzası, İrəvan quberniyasından ləğv edilmiş Ordubad qəzasının bir hissəsi onun tərkibinə daxil edildi, yeni Qazax və Zəngəzur qəzaları yaradıldı. 1873-cü ildə Yelizavetpol quberniyası tərkibində Ərəş, Cəbrayıl və Cavanşir qəzaları təşkil olundu. Sonralar Cəbrayıl qəzasına Azərbaycana qarşı işğalçılıq müharibəsində iştirak etmiş rus zabiti P. M. Karyaginin adı verildi. Qafqaz təqviminin (1917) məlumatına görə Yelizavetpol quberniyasında 4 şəhər (Gorus, Yelizavetpol, Nuxa, Şuşa) və 8 qəza (Ərəş, Cavanşir, Yelizavetpol, Zəngəzur, Qazax, Karyagin, Nuxa, Şuşa) var idi. Yelizavetpol quberniyasının ərazisi 38922,43 kv. verst idi. Quberniyada 1275,131 nəfər əhali yaşayırdı, onların 1213,626 nəfəri yerli sakinlər, 61505 nəfər müvəqqəti yaşayanlar idi. Əhalinin 676377 nəfəri kişi, 598754 nəfəri qadın idi. 156,044 nəfər (12,24%) şəhərlərdə, 1119,087 nəfər (87,76%) qəzalarda yaşayırdı. Əhalinin etnik tərkibi belə idi: Azərbaycan türkləri 783065 nəfər (61,41%), ruslar 36957 (2,90%) və s. Yelizavetpol quberniyasında quberniya idarə sistemi mövcud idi Quberniyanı hərbi qubernator, 1872-ci ilin martından isə qubernator idarə edirdi. Xanların, bəylərin, ağaların əlində 440,7 min, kəndlilərin əlində 124,3 min desyatin torpaq vardı. Əhali müxtəlif kənd təsərrüfatı sahələri (taxılçılıq, ipəkçilik, üzümçülük, heyvandarlıq və s.), sənətkarlıq sənaye fəaliyyəti və ticarətlə məşğul olurdu. Quberniyada dağ-mədən və əlvan metallurgiya sənayesi müəssisələr (Yelizavetpol və Zəngəzur qəzaları) yerləşirdi. İpəkçiliyin əsas mərkəzi (Nuxa qəzası) də burada idi. Azərbaycan pambığının xeyli hissəsi Yelizavetpol quberniyasının pambıqtəmizləmə zavodlarında emal edilirdi. Üzümçülük və şərabçılıq inkişaf etmişdi. Birinci Dünya müharibəsi (1914–1918) quberniyanın iqtisadiyyatına ağır zərbə vurmuşdu. Fevral inqilabından (1917) sonra Yelizavetpolda və digər qəza şəhərlərində ictimai təşkilatların icraiyyə komitələri yaradılmış, quberniya və onun qəzalarına Müvəqqəti hökumətin komissarları təyin olunmuşdu. Bununla bərabər Yelizavetpolda Fəhlə və Əsgər Deputatları Soveti də yaranmışdı Eyni zamanda, qəza şəhərlərində (Şuşa, Nuxa, Karyagin və b.) də sovetlər təşkil edilmişdi. Sovetlərdə bolşeviklərin nüfuzu zəif idi. Yelizavetpol quberniyası Azərbaycan milli azadlıq hərəkatında mühüm yer tuturdu. 1905–07 illər inqilab dövründən genişlənən milli-siyasi təşkilatlanma davam edirdi. Milli azadlıq hərəkatının görkəmli xadimləri Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Xudadat bəy Rəfibəyli, Həsən bəy Ağayev və b. böyük iş aparırdılar. Nəsib bəy Yusifbəyli 1917-ci ilin martında Türk ədəmi-mərkəziyyət partiyasının əsasını qoymuşdu. Milli azadlıq hərəkatına qarşı mübarizədə erməni-daşnak və bolşevik siyasi partiya və təşkilatları birləşərək, eyni mövqedən mübarizə aparırdılar. Oktyabr çevrilişindən (1917) sonra Bakıda sovet hakimiyyətinin elan edilməsi milli azadlıq hərəkatının gedişində Yelizavetpol quberniyasının mövqeyini daha da möhkəmləndirdi. 5 (18) noyabrda Yelizavetpolda keçirilən Qafqaz müsəlmanlarının hərbi qurultayı azərbaycanlılardan ibarət hərbi hissələr yaradılması haqqında qərar çıxardı. Knyaz Levan Maqalov başda olmaqla, müsəlman süvari polku yaradıldı.

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Cənubi Qafqazda Zaqafqaziya komissarlığı təşkil edildikdən sonra Yelizavetpol quberniyasında hakimiyyət milli şuralara keçdi. Milli hərbi hissələrin silahla təmin edilməsi üçün 1918 ilin yanvarında Qafqaz cəbhəsindən qayıdan rus qoşunları Şamxor stansiyasında tərksilah edildi. Apreldə Zaqafqaziya Demokratik Federativ Respublikasının yaranması elan edildikdə, Yelizavetpol quberniyası onun tərkibinə daxil oldu. Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə quberniya onun əsasını təşkil etdi və Azərbaycan torpaqlarının bütünlüklə azad edilməsinin mərkəzinə çevrildi. İyunun 16-da Azərbaycan Milli Şurası və Hökuməti Yelizavetpola (Gəncəyə) köçdü. Azərbaycana hərbi yardım üçün dəvət olunmuş Osmanlı qoşunları da mayın axırı – iyunun əvvəllərində burada toplanmağa başladı. İyunun 17-də Gəncədə Fətəli xan Xoyskinin sədrliyi ilə 2-ci hökumət kabinəsi təşkil edildi. Hökumətin 30 iyul tarixli qərarı ilə Yelizavetpolun tarixi adı – Gəncə bərpa edildi. Bundan sonra quberniya da Gəncə quberniyası adlandırıldı. Gəncə şəhəri 1918 il iyunun 17-dən sentyabrın 17-dək olan dövrdə dövlətin paytaxtı oldu. 200px|thumb|right|Gəncə quberniyası AXC tərkibində Azərbaycan Xalq Cümhuriyyətinin inzibati-ərazi bölgüsündə mühüm yer tutan Gəncə quberniyası, keçmiş Yelizavetpol quberniyasına yeni əlavə edilmiş ərazilər hesabına xeyli genişləndirilmişdi. Bakı və Zaqatala quberniyalarının ərazisi istisna olmaqla, qalan 10 qəza (Qazax, Gəncə, Nuxa, Ərəş, Cavanşir, Şərur-Dərələyəz, Naxçıvan, Zəngəzur, Cəbrayıl, Şuşa) və 1 dairə (Göyçə) Gəncə ətrafında birləşmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti erməni separatizmi və azərbaycanlılara qarşı soyqırımı şəraitində ölkəni daha səmərəli idarə etmək üçün müvafiq vasitələrdən istifadə edirdi. 1919-cu il yanvarın 13-də Qarabağ general-qubernatorluğu, fevralın 28-də isə Cənub-qərbi Azərbaycan general-qubernatorluğu yaradılmışdı. Gəncə quberniyasını qubernator idarə edirdi.

Hökumətin 1919-cu il 30 mart tarixli qərarı ilə Gəncə qubernatoru İbrahim ağa Vəkilova general-mayor, köməkçisi Hüseynqulu xan Xoyskiyə isə polkovnik rütbəsi verilmişdi. İ. Vəkilov Azərbaycan ordusu Baş qərargahı Baş idarəsinin topoqrafiya şöbəsinin rəisi təyin olunduğuna görə, 6 may tarixli qərarla Xudadat bəy Rəfibəyli Gəncə qubernatoru təyin edilmişdi. Quberniyada quberniya idarəsi yaradılmışdı. Quberniya idarəsinə vitse-qubernator, müşavirlər, quberniya tibb müfəttişi, quberniya mühəndisi, memarı, yerölçəni daxil idi. Quberniya idarəsi genişmiqyaslı məsələlərlə məşğul olurdu: kəndlərdə vəzifəli şəxslərin seçilməsi və pay torpaqlarının sənaye müəssisələri və tikililər üçün ayrılması haqqında kənd icmalarının qərarlarını təsdiqləyir, inzibati-polis idarələri məmurlarının vəzifə cinayətləri haqqında işlərə, kassasiya şikayətlərinə və kənd məhkəmələrinin qərarlarına və s. baxırdı. İdarə ayrı-ayrı struktur hissələrindən ibarət idi: katiblik bölməsi, 1-ci bölmə (müşavir Mikayıl bəy İsrafilbəyov), 2-ci bölmə (müşavir Aleksandr Konstantinoviç Boqatko), zemstvo bölməsi (Georgi Yefimoviç Çernyayevski), həkim, baytar, tikinti (mühəndis Vasili Yakovleviç Aqunakov) bölmələri. Cümhuriyyət Hökuməti Gəncə quberniyasının sosial-iqtisadi və mədəni inkişafına diqqətlə yanaşırdı. Erməni-daşnak quldur birləşmələrinin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti nəticəsində İrəvan quberniyası qəzalarından qaçqın düşmüş azərbaycanlılar daha çox Gəncədə və onun ətrafında yerləşdirilmişdi. Onların ərzaqla təmin olunması və sağlamlıqlarının qorunması üçün tədbirlər görülmüşdü. Lakin düşmən qüvvələr bütün vasitələrdən istifadə edərək, quberniyada siyasi sabitliyi pozmağa cəhd göstərirdi. Bu sahədə xüsusilə fərqlənən bolşeviklər, quberniyanın xüsusiyyətini nəzərə alaraq, burada kəndli hərəkatının genişləndirilməsinə çalışırdılar. Hələ 1917 ilin dekabrında Qovlar stansiyasında bolşevik Müseyib Əliyevin evində S. Şaumyan və H. Sultanovun iştirakı ilə gizli müşavirə keçirilmişdi. 1918 ilin yanvarında Bakı komitəsinin göstərişi ilə Məşədi Əzizbəyov də Gəncəyə gəlmiş, buradakı vəziyyət haqqında "Hümmət"in iclasında çıxış etmişdi. Cümhuriyyət dövründə də bu pozuculuq işləri davam etdirilirdi. 1919 ilin yazında Gəncədə F. Əliyevin başçılığı ilə Rusiya Kommunist (bolşeviklər) Partiyasının gizli dairə komitəsi təşkil olunmuşdu. Gəncə quberniyasında fəhlə və kəndlilər hökumətə qarşı çıxışlara təhrik edilirdi. 1919 ilin yanvarında Gəncə quberniyası dəmiryolçularının tətili baş vermişdi. Qatır Məmmədin rəhbərlik etdiyi və Cümhuriyyət Hökumətinə qarşı çevrilmiş qaçaq hərəkatı təhlükəli şəkil almışdı. 1920 il aprelin 28-də Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin süqutu və Azərbaycan Sovet Sosialist Respublikasının qurulmasının elan edilməsi Gəncə quberniyasında vəziyyətə təsir göstərdi. Elə həmin gün F. Əliyevin sədrliyi ilə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Gəncə Dairə Komitəsi Quberniya İnqilab Komitəsini yaratdı və hakimiyyətin təhvil verilməsi haqqında Gəncə qubernatoruna ultimatum verdi. Ultimatum qəbul olundu. Aprelin 29-da hakimiyyətin Quberniya İnqilab Komitəsinə verilməsi haqqında akt imzalandı. Mayın 1-də 11-ci Qırmızı ordu hissələri Gəncəyə daxil oldu. Lakin Gəncə quberniyasında sovet hakimiyyəti güclü müqavimət hərəkatı ilə üzləşdi. Gəncədə, Qarabağda və digər bölgələrdə sovet bolşevik işğalına qarşı üsyanlar baş verdi (bax Gəncə üsyanı (1920)). 11-ci ordu hissələri bu üsyanları amansızlıqla yatırdı, sovet hakimiyyəti bərpa olundu. Gəncə quberniyası ləğv edildi.

İqlimi Yelizavetpol quberniyasının iqlimi olduqca müxtəlifdir. Meşə ərazisinin hüdudlarından yuxarıya uzanan dağlıq ərazilər ilin demək olar ki, üç rübü qarla örtülü olur və orada tamamilə əhali yaşamır. Yay aylarında burada atmosfer və torpaq rütubətinin bolluğu zamanı, burada ot bitkisinin inkişafı köçərilərin buraya öz heyvanlarını otarmaq üçün gəlməsinə səbəb olur. Onlar burada avqustun sonuna qədər qalırlar. Dağ yaylalarından aşağıda, meşələrin yerləşdiyi zolaqda, iqlim hərçənd hələ sərt olmasına baxmayaraq, dənli bitkilərin (qarğıdalı və düyüdən başqa) becərilməsi ilə məşğul olmağa icazə verir; qışlar burada bol qarlı və kifayət qədər sərtdir, yay aylarında isə yağıntılı keçir, bəzən əkinlərə güclü ziyan vuran sıx dolu yağır. Dağ ətəklərində, dənli bitkilərdən başqa, bağçılıq təsərrüfatı və üzümlüklər meydana çıxır. Burada yerin süni suvarmasına ehtiyac duyulur. Nəhayət, geniş düzən və çöl sahələrində yay ayları uzun, isti və quru iqlimlə müşayiət olunur. Qış burada qısa və yumşaq keçir, yaz ayları qısa olur və tez zamanda yaya keçid edir. Yelizavetpol quberniyasında meşələr təxminən 856 min desyatin və ya bütün sahənin 21%-i qədər ərazi tutur. Ən böyük meşə sahələri Qazax və Zəngəzur qəzalarında cəmlənmişdir.

Əhali +1 yanvar 1885-ci və 1 yanvar 1886-cı il tarixinə Yelizavetpol quberniyası əhalisinin qəzalar üzrə bölgüsü Qəza ƏraziКавказский Статистический комитет. Е. Кондратенко. 1886. "Кавказский календарь на 1887 год", стр. 198, verst² Əhali, Kişilər, 01.01.1885 Əhali, Qadınlar, 01.01.1885 Əhali, Toplam, 01.01.1885 Əhali, Kişilər, 01.01.1886 Əhali, Qadınlar, 01.01.1886 Əhali, Toplam, 01.01.1886 Yelizavetpol8 398,248 88142 76891 64949 39943 22292 621 Qazax6 092,249 41036 27385 68350 05636 80586 861 Nuxa3 28442 70436 46779 17143 20737 00280 209 Ərəş2 822,924 52021 23545 75524 84521 42246 267 Cavanşir3 90432 50423 63956 14332 81123 85656 667 Şuşa4 44643 72536 14079 86544 48836 66981 157 Cəbrayıl2 74930 44928 87459 32330 76229 01659 778 Zəngəzur6 64453 07243 13896 21053 37843 52496 902 Yekun38 340,3368 655301 456670 111372 827304 818677 645 İlƏhali 01.01.1874 576,952 1883–1884 621.300 01.01.1885 670,111Кавказский Статистический комитет. Е. Кондратенко. 1886. "Кавказский календарь на 1887 год", стр. 202 01.01.1886 677,645Кавказский Статистический комитет. Е. Кондратенко. 1886. "Кавказский календарь на 1887 год", стр. 197 1894 856.700 1897 878,415 1915 1.243.50 №İnzibati bölgüsüMərkəz 1 Yelizavetpol qəzası Yelizavetpol (Gəncə) 2 Ərəş qəzası Ağdaş 3 Nuxa qəzası Şəki 4 Qazax qəzası Qazax 5 Cavanşir qəzası Tərtər 6 Qaryagin qəzası Qaryagin 7 Zəngəzur qəzası Gorus 8 Şuşa qəzası Şuşa