Zülfiyə Kamalova ( ) — Tatar mənşəli Sovet və Avstraliya müğənnisi. Dünya musiqisi üslubunda çoxsaylı musiqi müsabiqələrinin qalibi. Avstraliyanın "İlin müğənnisi 2001" müsabiqəsində "Dünya musiqisi-2002" janrının ən yaxşı ifaçısıЗуля Камалова представит в Москве свой новый альбом новостная статья ИА «Татар-информ». Bioqrafiyası Zülfiyə Kamalova Sarapulda (Udmurtiya) 8 avqust 1969-cu ildə anadan olmuşdur. 9 yaşında musiqi ilə maraqlanmağa başlayırБиография на персональном веб-сайте . Orta məktəbi bitirdikdən sonra Perm Universitetinin Xarici Dillər fakültəsinə daxil olur. 1991-ci ildə tələbə mübadiləsindən sonra Kaliforniyaya (ABŞ) yola düşür. Orada bir avstraliyalı ilə evlənir. Birlikdə Avstraliyaya köçür. Əvvəlcə Hobartda, Tasmaniyada yerləşirlər.

Avstraliyaya gəldikdən 6 il sonra rus, fransız, qaraçı, portuqal, ispan, ingilis dillərində olan ilk albomunu buraxırДалекая и близкая Зуля Камалова статья в СМИ «Известия Татарстана». 2007-ci ildə ("3 Nights") tatar, rus və ingilis dillərində yazdığı albom, Avstraliya Yazı Sənayesi Birliyi (Avstraliya Grammy) tərəfindən mükafata layiq görülmüşdür. Bu albomdan olan kompozisiyalar, Avstraliya musiqisi tarixində heç kimin nail ola bilmədiyi ən yaxşı Avropa musiqi cədvəlində 16 həftə ilk onluqda qalır. İlk albomunu buraxandan sonra Melburna köçür. Daha sonra Metro uşaqları qrupunu təsis edir.

Hazırda həyat yoldaşı və qızı Zifa ilə yaşayır (d. 2006).

Mükafatlar ARIA 2007 (Australian Record Industry Awards) 3 Nights üçün dünya musiqi albomu mükafatı. 2005 Ən yaxşı Boşluq Valsı albomu üçün Milli Film və Səs Arxiv Mükafatı ARIA 2003 İlin Dünya Musiqi Albomu Australian LIVE Music Awards 2002 İlin Dünya Musiqi Sənətçisi. Avstraliya Dünya Musiqi Mükafatı 2001 İlin Sənətçisi Aloukie albomu üçün Avstraliya Dünya Musiqi Mükafatı 2000.

Dioskoqrafiya 1997: «Səsin səyahəti» («Journey of Voice») 1999: «Alluki» («Aloukie») 2002: «Elusive» (2007-ci ildə yenidən buraxılır) 2005: «Boşluq valsı» («The Waltz of Emptiness») 2007: «3 gecə» («3 Nights») 2010: «Tales of Subliming» İstinadlar

Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Avstraliya müğənniləri