Kerəşenlər və ya kryaşenlər (, ; - xaç suyuna salınan və ya xristian olan) — Volqayanı və Ural bölgələrdə yaşayan tatar xalqının subetnik qrupu.

Tarix

Kerəşenlərin mənşəyi mübahisəlidir. Akademik mənbələrin çoxluqunda onlar tatar xalqının tərkibi hissəsi kimi sayılır.Кадырова Г. А.Этнокультурные взаимодействия кряшен с другими народами Волго-Уральского региона : по материалам народного костюма // Культурология традиционных сообществ: Матер. Всероссийск. науч. конфер. молодых ученых / Отв. ред. М.Л. Бережнова. — Омск: ОмГПУ, 2002. — С. 27-30 Eyni zamanda onların bəziləri özlərini ayrı xalq kimi sayır.

Etnoqraflar və tarixçilər kerəşenlərin formalaşmasını XVI-XIX əsrlərdə həm könüllü, həm də zor şəkildə baş verən xristianlaşma ilə əlaqəndirir.Татарская энциклопедия: В 5 т., — Казань: Институт Татарской энциклопедии АН РТ, 2006. — Т. 3., стр. 462.Татары / Отв. ред. Р. К. Уразманова, С. В. Чешко. — М.: Наука, 2001. — 583 с. — (Народы и культуры)Д.М. Исхаков. Татарская нация: история и современное развитие. Казань 2002 Kerəşenlərin ilk dalğası Qazan və Həştərxan xanlıqların işğalından az sonrakı zor xristianlaşmalar nəticəsində baş verib. Halbuki, onların çoxu sonra İslama geri qayıdıb və beləliklə Xristianlıq o tatarlar arasında kiçik sıçrayış eləyib.

Kerəşenlərin daha davamlı mövcudluğu Rusiya İmperiyasının XVIII əsrdəki törətdiyi məscidlərin məhvi və müsəlmanların əzilməsi ilə bağlıdır. Anna İvanovna hökümranlığı zamanı çox sayda müsəlman zorla xristianlaşdırılıb. Yeni çevirənlər vergilərdən azad olunub, onlara bəzi imtiyazlar və yeni dinlərini öyrənmək üçün vəsaitlər verilib. Dini dəyişən tatarların çoxluğu bunu inanclarına görə yox, maddi və ya siyasi səbəblərə görə eləyib. Onların bir çoxu gizli şəkildə İslama ibadət etməyə davam edirdi. XIX əsrin sonunda artıq bir neçə mini İslama geri qayıdıb.

Xristianlaşmanın ayrı dalağaları kerəşenləri ayrı qruplara bölüb: XVI-XVII əsrlərdə xristianlaşmış qrup (köhnə xristianlaşmış taratlar - )Ислаев Ф. Г. Православные миссионеры в Поволжье. — Казань: Татарское книжное издательство, − 1999. və XVIII əsrdə xristianlaşmış (yeni xristianlaşmış tatarlar - ).Татарская энциклопедия: В 5 т., — Казань: Институт Татарской энциклопедии АН РТ, 2006. — Т. 3., стр. 462. Dolayısıyla, beş qrup formalaşıb: Qazan tatar, yelabuj, molkeyevsk, çistopolsk və nağaybəklər.Раздел 2. Кряшены (историко-этнографический очерк) // Исхаков Д. М. Татарская нация: история и современное развитие. Казань: Магариф, 2002

Mədəniyyət

XVI-XVII əsrlərdə kerəşenlərin təhsil imkanları az idi. Amma, XVIII əsrdə onlara verilən imtiyazlar ilə birlikdə, onlar üçün bir sıra tikilişlər aparılıb. O cümlədən, ilk dini dəyişənlər üçün tatar məktəbi 1863-cü ildə, ilk seminariya isə 1872-ci ildə təsis olunub.

İstinadlar

Kateqoriya:Tatarlar Kateqoriya:Rusiyada yaşayan etnik qruplar Kateqoriya:Pravoslavlaşmış xalqlar