Sudak (, ) — Krım yarımadasının cənubunda, respublika tabeli şəhər.Постановление ВС Крымской АССР от 24 октября 1991 года № 166-I «Об отнесении Судака к категории городов республиканского подчинения» Qara dəniz sahilində yerləşən Sudak şəhəri turizm və şərabçılıq mərkəzi kimi tanınır. Sudak dairəsinin inzibati mərkəzidir.

Etimologiyası Osmanlı dövründə şəhər Sudak adını almışdır və indi də bu adı daşıyır. Adın mənası kırım-tatar dilində suv — su, dak — dağ deməkdir. Yəni suda olan dağ və ya su altında dağlar.Краткая история города Судак — «Остров Крым»Судак — Топонимический словарь Крыма

Coğrafiyası Sudak Krım yarımadasının cənub-şərq sahilində, Aluşta şəhərində 47 km şimali-şərqdə və Feodosiyadan 42 km cənub-qərbdə yerləşir. Şəhər eyni adlı çayının vadisində, Sudak körfəzinin sahilindədir. Qərbdən Krepostnaya dağı ilə və şərqdən Alçak burnu ilə həmsərhədlənir. Şimaldan şəhəri əhatə edən dağlar fıstıq və palıd meşələri ilə örtülüdür. Şərqdə quraq Kapselskaya vadisi yerləşir. Şəhər öz ərazisini daim genişləndirir. 1996-cı ildə 480.29 hektardan 1429.46 hektara, 2003-cü ildə isə şəhər ərazisinin sahəsi 2347.7 hektara qədər artırılmışdır.Об изменении границ города Судака. Верховная Рада АРК; Постановление от 22.05.1996 № 797-1https://zakon.rada.gov.ua/krym/show/rb0769002-03

Sudak şəhərinin iqlimi Krımın cənub sahillərinin iqliminə yaxındır - qışı mülayim, yayı quraq. Kəskin temperatur dəyişilməsi müşahidə olunmur. İllik yağıntı miqdarı azdır - ildə orta hesabla 318 mm (Yaltada - 609 mm). Orta illik temperatur +11.9 °C-dir. Yay aylarında isti və quru, bəzən də çox isti olur. Xüsusilə iyul və avqust aylarında isti olur - +38 °C.

Tarixi Sudak (Xalkinski) əlyazmalarında yazılan məlumata görə (13-cü əsrin sonu), şəhər 212-ci ildə qurulmuşdur. Sugdeya () adlı bu şəhər Bosfor dövlətinin forpostu idi. Krepostnaya dağındakı olan qalanın qalıqları III-V əsrlər aiddir.

Əhalisi 2014-cü ilin əhalinin siyahıyaalınmasına görə şəhər əhalisinin sayı 16784 nəfərdir.

İstinadlar

Kateqoriya:Ukrayna şəhərləri Kateqoriya:III əsrdə yaranan yaşayış məntəqələri Kateqoriya:Rusiya şəhərləri