Amaliya Fridrix Materna ( )-avstriyalı opera müğənnisi (dramatik soprano).
Həm də məşhur vokal pedaqoq kimi fəaliyyət göstərmişdir.
Həyatı Amaliya Materna özünün müğənnilik karyerasına Qratsedə kilsə xorunda ifa etməklə başlamışdır. 1865-ci ildə elə Qratsedə yerləşən opera teatrı "Taliya"nın səhnəsində çıxış etməyə başlamışdır. Müğənni Karl Fridrixlə ailə həyatı qurduqdan sonra, Vyanada onunla bərabər çıxış etmək təklifi alır. 1869-cu ildə 30 ildən çox fəaliyyət göstərdiyi Vyana Dövlət Operasında fəaliyyətə başlayır. O, həmçinin Londonun, Sankt-Peterburqun opera səhnələrində çıxış etmişdir. 1884–1885-ci illərdə ABŞ-də qastrol səfərində olmuşdur. O, Vaqner repertuarının bir sıra partiyalarının ilk ifaçısı hesab edilir. Onun ən əsas ifaları arasında 1874-cü ildə Vyanada ilk dəfə olaraq oynanan Aida operasında Amneris rolunu və Karl Qoldmarkın Die Königin von Saba operasında baş rolu göstərmək olar.
Bayroyt festivalının ilk iştirakçılarındandır. Onun son çıxışı 1894-cü il dekabrın 31-də Vyana səhnəsində Elizabet rolu iıə olmuşdur. 1897-ci ildə səhnəni tərk etmişdir. Səhnədən uzaqlaşdıqdan sonra Vyanada musiqi ifası ilə bağlı dərs deməyə başlamışdır. Onun tamaşaçılar qarşısında son çıxışı 1913-cü ildə Vaqnerin yubileyinə həsr olunmuş konsertdə baş tutmuşdur.
İfaları Meyerber Cakoma "Afrikalı" — Selika Meyerber Cakoma "Huqenotlar" — Valentina
Qalereya thumb|center|Parsifal operasında Kundri (1882)thumb|Nibelunq üzüyündə Brünhild(1876)thumb|Tanheyzerdə Elizabet (1885)thumb|upright=1.2|Lohenqrində Ortrud (Vienna)thumb|La Juivedə Reyçel thumb|Kraliça Şeba Kraliçasında
İstinadlar
Kateqoriya:Opera ifaçıları Kateqoriya:Avstriya müğənniləri Kateqoriya:XIX əsr müğənniləri