Fikrət Türkmən (; ) – Türkiyə ədəbiyyatşünası, türk xalqları ədəbiyyatı üzrə araşdırıcı, professor. 1992-ci ildə yaradılan Ege Universiteti Türk Dünyası Araşdırmalar İnstitutunun qurucu direktoru Trakya Üniversitesi haberleri 2011-05-18 PROF. DR. FİKRET TÜRKMEN ÜNİVERSİTEMİZİ ZİYARET ETTİ- erişim 26 Nisan 2012.

Həyatı və təhsili Fikrət Türkmən 3 dekabr 1945-ci ildə Yozğadın Boğazlıyan qəzasının Abdilli kəndində əkinçiliklə məşğul olan ailədə doğulmuşdur. Ferah Türker, Bibigül Osmanaliyeva: Fikret Türkmen ile Bir Söyleşi 2005, İzmir - erişim 26 Nisan 2012 ISBN 975-00740-0-9 Ərzurum Atatürk Universiteti Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir (1963-1967). Universiteti bitirdikdən sonra Konyada bir liseydə müəllim işləmişdir. Qısa müddət müəllim işlədiyi bu məktəbdə tanış olduğu ədəbiyyat müəllimi Fidanla evlənmişdir. İdil adlı bir qızı və Orkun adlı bir oğlu var.

Fəaliyyəti Elmi fəaliyyəti 1968-ci ildə Atatürk Universitetinin Türk dili və ədəbiyyatı bölümündə folklor üzrə assistant kimi fəaliyyətə başlamışdır Ege Üni. Kütüphane “Prof. Dr. Fikret Türkmen Kimdir?” . 1969-cu ildə İstanbul Universitetində Prof.dr. Mehmet Kaplanın elmi rəhbərliyi ilə doktoranturaya qəbul edilmişdir. 1972-ci ildə "Aşıq Qərib” dastanı üzərində müqayisəli bir araşdırma" adlı doktorluq dissertasiyasını bitirmişdir. 1974-1976-cı illərdə Fransada Sorbon Universitetində Prof. dr. Pertev Naili Boratavun yanında folklor metodologiyası və xalq ədəbiyyatı mövzusunda mühazirələrdə, seminar və konfranslarda iştirak etmişdir. Türkiyəyə döndükdən sonra 1976-1978-ci illərdə Atatürk Universitetində çalışmışdır. 1978-ci ildə Ege Universitetində yeni açılan Sosial Elmlər Fakültəsinə (indiki Ədəbiyyat fakültəsi) keçmişdir 25 Ocak 2012 Buğra TOKMAKOĞLU:Türk Dünyası O’ndan soruluyor. 1980-ci ildə "Tahir və Zöhrə" əsərinə həsr olunmuş tədqiqatı ilə dosent, 1986-cı ildə isə "Nəsrəddin Xoca lətifələri" mövzusunda araşdırması ilə professor elmi adına layiq görülmüşdür. 1992-ci ildə Ege Universitetində Türk Dünyası Araşdırmaları İnstitutunun qurulmasında böyük rol oynamış və qurucu direktor vəzifəsini icra etmişdir. Türk xlaq dastanları ilə bağlı bir çox araşdırmaların müəllifidir. Türk Kültürünü Araşdırma İnstitutunun, Türk Dil Qurumu Elmi Komitəsinin və İLESAM-ın () üzvüdür.

ABŞ-nin İndiana Universiteti nəzdində fəaliyyət göstərən PIAC-ın (), ABŞ və Kanadadakı Türk Araşdırmaları Birliyinin () və Fransada ESCAS-ın ESCAZ Membership Directory N-Z () daimi üzvüdür Türk Dünyası Araştırmaları Enstitüsü: “Enstitü Müdürümüz Prof. Dr. Fikret Türkmen’in Mesajı”.

Türkiyədə və xaricdə bir çox beynəlxalq konfranslarda iştirak etmiş və təşkilat komitəsinin sədri kimi fəaliyyət göstərmişdir. İtaliya Venesiya Universitetində 1974-cü ildə Türkiyədə çap olunan "Aşıq Garib" dastanına həsr olunmuş kitabı qısaldılaraq italyanca nəşr olunmuşdur.

Hazırda TDK tərəfindən nəşr olunan "Türk dili və ədəbiyyatı" dərgisinin Redaksiya Heyətinin sədridir. Bundan əlavə, Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunda "Türk Dünyası İncelemeleri Dergisi"nin nəşr etdirir. İzmir Ege Universitetində Türk Dünyası Araşdırmaları İnstitutunda Fikrət Türkmən Kitabxanası yaradılmışdır.

Mükafatları 1992-ci ildə Bakı Dövlət Universitetinin fəxri doktoru seçilmişdir. 1995-ci ildə Qırğızıstan Respublikası Prezidentinin "Manas-1000" mükafatı ilə təltif edilmişdir. 1996-cı ildə Türkmənistanın ən böyük mükafatı olan Uluslararası Məhtimqulu ödülünə layiq görülmüşdür. 1997-ci ildə Qırğızıstan Elmlər Akademiyasının akademiki adını almışdır. 1998-ci ildə Qırğızıstanın Çüy Universitetinin Fəxri professoru adını adını almışdır. 1999-cu ilin noyabrında Qazaxıstan Elmlər Akademiyasının akademiki adına layiq görülmüşdür. 1999-cu ilin noyabr ayında YUNESKO-nun təşəbbüsü ilə yaradılan və qərargahı Qırğızıstanın paytaxtı Bişkekdə yerləşən "Dünya Millətləri dastanları, Uluslararası qurumu”nun təsisçi və idarə heyətinin üzvü seçilmişdir. 1999-cu ildə TÜRKSAV tərəfindən Türk Dünyasına istiqamətli uğurlu fəaliyyətinə görə "Türk Dünyasına Xidmət" ödülü ilə təltif edilmişdir.

Kitabları Âşık Şeref Taşlıova'dan Derlenen Halk Hikayeleri Ankara: TDK Yayınları 2008 Google kitaplar “Nasreddin Hoca Latifelerinin Şerhi” Akademi Kitabevi ISBN 9757395935 “Tahir ile Zühre” 1998 AKM Yayınları ISBN 9751610577 “Aşık Garip Üzerine Mukayeseli Bir Araştırma” (1974; ilâveli 2. bs., Aşık Garip Hikâyesi, 1995), “Tahir ile Zühre Hikâyesi” (1983; ilâveli 2. bs., 1998), “Letâif-i Nasreddin Hoca” (Burhaniye Tercümesi)-İnceleme, Şerh (1989; ilâveli 2. bs., 1998), “Türk Halk Edebiyatının Ermeni Kültürüne Tesiri” (1992), “Sahada Folklor Derleme Teknikleri” (1992), “Türkmen Şiir Antolojisi” (Gurbandurdı Geldiyev'le, 1995), “Halkbilimi Yöntemi” (K. Krohn-J. Krohn'dan, Günsel İçöz ile, 1995), “Manas Destanı Üzerine İncelemeler” (Çeviriler I, 1995), “Manas Destanı” (Alimcan İnayet ile, 1995), “Türkmen Şiir Antolojisi” (1995), “Letâif-i Nasreddin Hoca Latifielerinin Şerhi-Burhaniye Tercümesi” (1999). Türkmenistan Kültürü Araştırmaları. Atatürk Kültür Merkezi Yayınları (2010) 111

İstinadlar

Xarici keçidlər Ege Üniversitesi Türk Dünyası Araştırmaları Enstitüsü Pdf Biyografik söyleşi

Kateqoriya:Yozqat ilində doğulanlar Kateqoriya:Türkiyə professorları