“Əkiz əjdahalar” () — film Ceki Çanın iştirakı ilə 1992-ci ildə döyüş-komediya janrında kanton dilində çəkilmişdir. Filmin rejissoru Rinqo Lam və Tsui Harkdır.
Məzmun İki əkiz (ikisini də Ceki Çan oynayır) doğuşda taleyin iradəsi ilə ayrılır. Biri valideynləri ilə qalır, ikincisi isə alkoqollu qız tərəfindən övladlığa götürülür. Biri məşhur pianoçu və dirijor olur, ikincisi küçədə tərbiyə olunan yaxşı bir döyüşçü olur. Musiqiçi — Con Ma Nyu-Yorkda konsert verir, ikincisi — Bumer, Honq Konqda avtomobil təmiri sexində işləyir.
Rollarda
Ceki Çan — musiqiçi Con Ma / Bumer Maqi Çun — Barbara Tedi Robin — Tayson, Bumer`in dostu Nina Li Çi — Tammi Ço Yun — Tamminin atası
Həmçinin bax
Ceki Çan Polis əhvalatı 1/2/3/
İstinadlar
Kateqoriya:1992-ci ilin filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Nyu-Yorkda çəkilmiş filmlər Kateqoriya:Golden Harvest filmləri Kateqoriya:Döyüş incəsənət filmləri Kateqoriya:Komediya filmləri