Tirkeşəvənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Tirkeşəvənd kənd inzibati ərazi dairəsində kənd.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Tarixi Tirkeşəvənd kəndi Tutqunçayın (Tərtər çayının qolu) sahilindədir. Əsli Tirkeşəvənddir. Yerli məlumata görə, yaşayış məntəqəsi keçmiş Böyük kəndinə məxsus qışlaq yerində salınmışdir. Sonralar qonşu Qazıxanlı kəndindən və Ağzıbir binəsindən köçmüş ailələr burada məskunlaşmışlar. Kəndin yaxınlığındakı Tirkəşəvənd qəbiristanı və ya Türk qəbiristanı adlanan məzarlıq burada çox qədimdən yaşayış məntəqəsi olduğundan xəbər verir. Oykonim tirkaş (etn.) və vənd (oğlu, uşağı, nəsli) komponentlərindən düzəlib, “tirkeş nəsli” mənasındadır.
Həmçinin bax Qalaboyun Qaraxançallı Qazıxanlı Zərqulu
İstinadlar
Kateqoriya:Kəlbəcər rayonunun kəndləri