Superhit qardaş (hindcə:भैयाजी सुपरहिट(Bhaiaji Superhit)) — 2018-ci ildə Nirac Pathak tərəfindən çəkilən Hindistan komediya filmi. Filmdə baş rolları Sanni Deol və Priti Zinta oynayır. Priti Zinta 7 illik aradan sonra ilk dəfə bu filmə çəkilmişdi.

Məzmun thumb|371x371px|Priti Zinta 2018-ci ildə Bənarəsdə yaşayan Lal Bhayşap Dubey hind filmlərinin xəstəsidir. Ən böyük arzusu ölkəsinin superhiti olmasıdır. Bir dəfə o, sindrom yaşayır və özünü superhit hesab edir. Dubeyin qardaşları rejissor Qoldi Kapur və yazar Tarun Qoş onun yanına gəlirlər və bu sindroma qalib gəlməsi üçün əllərindən gələni edirlər. Lakin, sonra görürlər ki, alınmır, əla bir oyuna başlayırlar. Bu oyuna Dubeyin arvadı Sapnanı da alət edirlər. Bu zaman Dubey elə bilir ki, Sapna Priti Zintadır. Ona görə də, Qoldi Kapurun sevgilisi Məlikə güc-bəla ilə razılaşaraq Sapna rolunu oynamağa qərar verir.

Film heyəti və əlavə məlumatlar Rejissor:Nirac Pathak

Prodüser:Çiraq Mahendra

Ssenari müəllifi:Akaş Pandey, Rac Şandilya(dialoqlar)

Bəstəkar:Cet Qanquli

Kinematoqrafçı:Vişna Rao

Redaktor:Sandep Frans

Film şirkəti:Metro Films

İlk baxış tarixi:23 noyabr 2018

Ölkə:Hindistan

Dil:Hind dili

Büdcə:2.5 kror

Rollarda:

Sanni Deol-Lal Bhayşap Dubey

Priti Zinta-Sapna Dubey

Ameşa Patel-Məlikə

Ərşad Varsi-Qoldi Kapur

Şreyas Talpade-Tarun Qoş

Sancay Mişra-Həkim Qyan Prakaş Buddisaqar

Pankac Tripathi-Qupta

Caydep Əhləvat-Helikopter Mişra

Evelin Şarma

Mukul Dev

Bricendra Kala

Pankac Cha

Film haqqında Belə bir filmin planlaşdırıldığı 2011-ci ildə bildirildi. 2012-ci ildə başqa bir rejissor həmin film barədəki planları ləğv etdi. Lakin, iyul ayında bir neçə təzyiqdən sonra ləğv geri götürülüb. 2013-cü ildə Priti Zinta filmə çəkilmək istədiyini bildirib. İstək qəbul edildi.Sonra Evelin Şarmanın filmə çəkiləcəyi bildirilib. Hind dili bilməyən Evelin gündə 2 saat hind dili dərslərinə qatılıb və tez bir zamanda bu dili öyrənib.

Filmlər çox olduğundan və vaxt az olduğundan film bir neçə il gecikdirildi. Axır ki, 2015-ci ildə filmin çəkilişləri başladı, lakin, yenə müəyyən səbəblərdən filmin çəkilişi 4 il gecikdirildi.Nəhayət,2018-ci ildə film hazır oldu.

Mahnılar +AdSöz və musiqiMüğənniUzunluqYuxuluKumar, Cet QanquliAsis Kaur,Yəssar Dessayi3:01Gözlərin axtardığı superhitAmcad NədimAkankşa Şarma, Yəssar Dessayi5:05Om Namah ŞivayaSabir Əhməd,Raqav SaçarSukvinder Sinqx,Rəftar4:22Qardaşımın adı SuperhitNirac Pathak,Sanciv DarşanAmit Mişra, Rəftar3:32Superhitin dərdindən ölənlərAmcad NədimYəssar Dessayi,Pavni Pandey4:11Gözlərin axtardığı superhit (rep versiyası)Amcad NədimŞəfqət Əmanət Əli5:05

İstinadlar

Kateqoriya:2018-ci ilin filmləri Kateqoriya:Hindistan filmləri