Nadanlıq (əsər) — Nəriman Nərimanovun ədəbi irsi zəngindir. XX əsrin sonlarından onun dövri mətbuatda çoxlu felyetonları, ədəbi-tənqidi, elmi-publisist məqalələri, eyni zamanda, dram və nəsr əsərləri çap edilib. Teatrı geniş kütlələrlə sıx əlaqə saxlamaq üçün əsas vasitə hesab edən Nərimanov öz ürək sözlərini, fikirlərini geniş xalq kütlələrinə çatdırmaq niyyətilə "Nadanlıq", "Şamdan bəy", "Nadir şah" pyeslərini qələmə alıb. "Nadanlıq" komediyası Nəriman Nərimanovun dramaturgiya sahəsində ilk qələm təcrübəsidir. Yazıçı əsərin mövzusunu Tiflis quberniyasının Borçalı qəzasındakı Qızılhacılı kəndinin həyatından almışdır.
Məzmunu "Nadanlıq" komediyasında yazıçı öz şəxsi mənafeyini ümumin xeyirinə qurban verən Məhəmmədağa və Ömər kimi maarifpərvər ziyalıları zülmət səltənətinə qarşı qoyur. İctimai həyat meydanına yenicə atılan Məhəmmədağanın və Ömərin köhnə feodal mühitinin mühafizəkar qayda-qanunlarına kəskin etirazı və yenilik uğrunda mübarizəsi komediyanın əsasını təşkil edir. Nərimanovun "Nadanlıq"da məqsədi "müsəlmanların" həyatına "bir zərrə qədər nəf" gətirmək idi.
Əsərin əsas ideyası feodal həyatının köhnə adət və ənənələrinə, cəhalətə və nadanlığa qarşı mübarizədir. Yazıçı komediyada ictimai həyata və ailə-məişətə möhkəm daxil olan feodal əxlaq qaydalarının törətdiyi dəhşətli fəlakətlərin tipik lövhəsini yaratmışdır. O, cəhalət və nadanlığı konkret tənqid obyekti kimi götürmüşdür. Mədəni geriliyin, savadsızlığın yeni tarixi şəraitdə xalqın inkişafı yolunda maneəyə çevrildiyini, onun göz açmasına imkan vermədiyini görən yazıçı nadanlığı müsəlman aləminin ən böyük bəlası hesab etmişdir.
Nəriman Nərimanov "Nadanlıq" komediyasında yoxsul kəndlilərin əksəriyyətinin şüuruna, varlığına və mənəviyyatına hakim kəsilmiş avamlığın böyük fəlakətlərə səbəb olduğunu inandırıcı surətdə açıb göstərməyi qarşısına məqsəd qoymuşdu. O, əsərin müqəddiməsində yazırdı :
"Nadanlıq" komediyasında irəli sürülən məsələlər tarixi ictimai şəraitin tələblərindən irəli gəlirdi. O dövrdə Azərbaycan kəndlilərinin savadsızlığı, nadanlığı və cəhalətdə yaşaması onları ümumi mədəni tərəqqidən geri qoyurdu. N. Nərimanov öz dram əsərləri ilə kütlələri qəflətdən ayıltmağı ən vacib vətəndaşlıq borcu bilirdi.
Obrazlar Məhəmmədağa — kənd müəllimi, cavan oğlan, rus paltarında Namaz — Məhəmmədağanın nökəri Qurbanəli, Niyazəli, Ağakişi, Hacı Abdulla — kəndin mütəşəxxis adamları, 40 və 50 yaşında, çöl libasında Koxa — kəndin yüzbaşısı Ömər — Hacı Abdullanın böyük oğlu, oxumuş cavan, çərkəzi libasda Vəli — Hacı Abdullanın kiçik oğlu Əhməd — Hacı Abdullanın nökəri Yetər — Hacı Abdullanın arvadı, 40 yaşında, çöl libasında Gülpəri — Qurbanəlinin arvadı, 40 yaşında, çöl libasında Molla Qasım — kənd mollası, İran libasında Mənsur, Şamil, Pirverdi, İsmayıl — Vəlinin qoçaq yoldaşları, hamısı yaraqlı.
İstinadlar
Xarici keçidlər Nəriman Nərimanov — Nadanlıq Nəriman Nərimanov Nəriman Nərimanov – 140
Kateqoriya:Nəriman Nərimanovun əsərləri Kateqoriya:XX əsrdə komediya