Kayli Kristen Cenner (; ) — amerikalı model və iş qadını. Kylie Cosmetics adlı makiyaj markası və KylieSkin adlı dəri qulluq məhsulları markasının qurucusu və sahibidir. E! televiziya kanalında göstərilən Keeping Up with the Kardashians ailə realiti şoularında rol alır. 2019-cu ildə Forbes jurnalının açıqladığı siyahıda 1 milyard dollar sərvəti ilə dünyanın ən gənc milyarderi olmuşdur.

Həyatı Brus Cenner və Kris Cennerin qızıdır. Kendal Cennerin kiçik bacısıdır və Kourti Kardaşyan, Kim Kardaşyan, Kloi Kardaşyan və Rob Kardaşyan adında 4 ögey bacı və qardaşı, ata tərəfindən isə 4 ögey bacı və qardaşı var. Kayli də ailədəki digər üzvlər kimi məşhur amerikalı gənc media şəxsiyyəti və modeldir. Hər dönəm şou-biznesdə çox danışılan və dünya üzrə geniş kütlə tərəfindən izlənən Kim Kardaşyanın ögey bacısıdır. Kayli ilk təhsilinə Sierra Canyon məktəbində başladı. O burada amiqo qrupunun ulduzlarından biri idi. Ponpon qız olaraq fəaliyyət göstərirdi. 2012-ci ildə təhsilinə Laurel Springs məktəbində davam edən Kayli 2015-ci ildə universitet diplomu ilə məzun oldu.

Kariyerası Kayli ilk olaraq bacısı Kendal və Paper Magazine jurnalının "Beautiful People" başlığı altında yer aldı. 14 yaşında Cenner "Your Style Crush" Sears xətti ilə modellik karyerasına başladı və qohumu Nataşanın geyim firması üçün modellik etdi. OK! jurnalı ilə çəkilişlə həyata keçirtdi. 2011-ci ildə bacısı Kendal ilə birlikdə Seventeen jurnalı tərəfindən "Stil Elçiləri" olaraq seçildilər. Həmin ildə Nyu York Dəb Həftəsində müğənni Avril Lavicne tərəfindən qurulan geyim markası Abbey Daunun göstərişini etdi. 2013-cü ildə bacısı Kendal ilə "Kendall & Kylie" geyim kolleksiyasını yaratdılar.https://web.archive.org/web/20130714073219/http://finance.yahoo.com/news/pacsun-launches-premier-kendall-kylie-110000610.html 2014 fevral ayında bacısı Kendal ilə birlikdə "Setve Madden Madden Girl" markası üçün ayaqqabı və çanta dizaynına başladı. 2015 avqust ayında Cenner öz adını daşıyan "Kylie Lip Kit" pomada dəstinin bir hissəsi olaraq ilk pomada markasının istehsalına başladılacağını bildirdi. 2015-ci ildə Ceden Smit, Dreyk və Tyganın mahnı kliplərində yer alan model, 2016-cı ildə PartNextDoor-un "Come and See Me" mahnısı üçün yayımladığı klipdə sevgili rolunda yer almışdır. 2014-c ildə qurduğu Kylie Cosmetics-in CEO-sudur.

Filmoqrafiya

Televiziya +İlAdQeyd2007 - 2021Keeping Up with the KardashiansBaş rol, 193 bölüm2010 - 2013Kourtney and Khloé Take MiamiQonaq, 2 bölüm2012America's Next Top Model, Cycle 18Bölüm: "Kris Cenner"2012Million Dollar ClosetsBölüm: "Pilot"2014Deal with ItBölüm: "Kendall & Kylie & Gary Owens"2014Much Music Video AwardsOrtaq ev sahibi2014Kourtney and Khloé Take The HamptonsQonaq, 1 bölüm2014RidiculousnessBölüm: "Kendal və Kayli Cenner"2015 - 2016I Am CaitQonaq, 3 bölüm2015Kingin' with TygaBölüm: "Həyat"2017Life of KylieBaş rol, 8 bölüm2020Justin Bieber: SeasonsCameo

Mahnı kliplər İlAdMüğənniRol2013"Find That Girl"Boy Band ProjectLove interest2014"Recognize"PartyNextDoor və DreykÖzü"Blue Ocean"Ceyden Smit2015"Stimulated"TygaLove interest"Dope'd Up""I'm Yours"Castin Skay və Vik MensaKaraoke müğənni2016"Come and See Me"PartyNextDoorLove interest2017"Feel Me" (unreleased)Tyga, Kanye WestÖzü2018"Stop Trying To Be God"Travis ScottQızıl mələk2020"Stuck with U"Ariana Qrande və Castin BiberÖzü"WAP"Kardi B və Megan Thee Stallion

Film +Aktrisa kimiİlAdRolQeydİst.2018Ocean's 8ÖzüCameo

Mükafatlar və nominasiyalar İlMükafatKateqoriyaİşNəticə2013Teen Choice AwardsChoice TV Reality Star: FemaleShared With Female Cast of Keeping Up with the KardashiansQazandı2014Choice TV Reality Star: FemaleNominasiya2015Choice InstagrammerKylie JennerNominasiyaChoice Selfie TakerNominasiyaCapricho AwardsMais EstilosaNominasiyaSnapchatNominasiyaBafo do anoBoca da Kylie JennerNominasiyaReal Couple of 2015Kylie Jenner & TygaNominasiya2016Capricho AwardsMais estilosa – internacionalKylie JennerQazandıShorty AwardsSnapchatter Of The YearNominasiya2017Shorty AwardsCelebrityKylie JennerNominasiyaTeen Choice AwardsChoice InstagrammerNominasiyaChoice SnapchatterNominasiyaCapricho AwardsInternational FashionistaNominasiya2019Teen Choice AwardsChoice Social StarNominasiyaStreamy AwardsBest CollaborationDavid Dobrik and Kylie JennerNominasiya2020Fragrance Foundation AwardsFragrance of the Year PopularKylie Jenner by KKW Fragrance (Nude)NominasiyaPremios JuventudTogether They Fire Up My Feed (Couple or friends that appear on each other's feeds)Rosalía and Kylie JennerNominasiya

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ kübarları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:XXI əsr ABŞ qadınları Kateqoriya:ABŞ blogerləri Kateqoriya:Uşaq aktyorlar