Oktyabr inqilabı, Böyük oktyabr sosialist inqilabı və ya Oktyabr çevrilişi (; SSRİ-də rəsmi adı — Böyük Oktyabr Sosialist inqilabı) – Yulian təqvimi ilə 1917-ci ilin 25 oktyabrında Rusiyada baş vermiş, tarixdəki ən önəmli hadisələrdən biri adlandırılan və Sovet İttifaqının qurulmasına təməl atmış böyük inqilab.
İnqilab zamanı Vladimir İliç Lenin, Lev Trotski, Yakov Sverdlov, Dıbenko və b. təşkilatçılığı ilə baş vermiş silahlı üsyan nəticəsində Müvəqqəti hökumət devrilmiş, hakimiyyətə bolşeviklər və onların müttəfiqi sol eserlərdən ibarət Fəhlə və əsgər deputatları soveti gəlmişdir. Üsyanları Petroqrad sovetinin hərbi-inqilabi komitəsi istiqamətləndirmişdir.
Zəmin XIX əsrin sonlarında Rusiyada daxili vəziyyət olduqca gərgin idi, belə ki, daxildə maliyyə problemi yaşanırdı və torpaqların geniş olması da rus çarı üçün ölkənin idarəsini çətinləşdirirdi. Ölkədə böhran baş vermişdi. Hökumətdə narazılıq təkcə aşağı sosial təbəqə arasında deyil, həm də varlı təbəqə arasında baş verirdi. O zaman rus hökuməti çarəni həmin vaxt üçün çox da populyar olmayan II Nikolayın qardaşı Mixail ilə əvəzləməyi düşündülər. Lakin bunun üçün çox gec idi. Çünki insanlar 9 yanvar 1905 - ci ildə etiraz məqsədilə nümayiş keçirdilər. Nümayişdə əsasən iş saatlarının çoxluğundan və yaşayış standartlarının aşağı olmasından şikayətlənirdilər. Rus əsgərləri hər hansı bir tədbir görmədən nümayişçilərə atəş açdılar. Nəticədə 1000 - dən artıq insan həlak oldu. Bu hadisə Rusiyada çox pis qarşılandı və əlbəttə ki, bu da öz növbəsində Rusiya hakimiyyətinə qarşı çox mənfi bir imic formalaşdırdı. Bu hadisə tarixə "qanlı bazar" adı ilə keçdi. Leninin tərafdarları nə qədər boğulmağa çalışılsa da, partiya quruldu. Çoxpartiyalı sistemə keçildi və çar 2 - ci Nikolay 1906 - ci ildə konstitusiyanı qəbul etməli oldu.
Milad təqviminə görə 8 mart 1917 - ci ildə Dünya Qadınlar günündə başlanan etirazlar isə son dərəcə sülhsevər başlamışdı. Hökumət maliyyə məsələlərinin ədalətli həllini tələb edən xalqa qarşı çox keçmədən zor tətbiq etməyə başladı. O zaman çar parlamenti buraxacağını söylədi. Parlamentin sədri isə dövlət idarəsinə əl qoyduğunu dedi. Beləliklə, Rusiya liberal idarə sisteminə keçdi.
Bu arada İsveçrədə olan Leninə tam dəstək Almaniyadan gəldi. Buna ən başlıca səbəb isə Rusiyanı müharibədən uzaqlaşdırmaq idi. O alim Plexanovun görüşlərindən təsirlənərək Marksizm - Leninizm ideyalarini irəli sürürdü. Rusiyada elə bu dövrdə ümumi bir tətil baş verdi. Belə ki, işçilər öz iş yerlərindən çıxaraq çarın sarayına hücum etdilər. Çarı taxtdan saldılar, Romanovların tərəfdarlarını həbs etdilər. Ölkə cümhuriyyət elan edildi. Keçici hökumət tətbiq edilir və bu hökumətin başçısı əvvəl Milyukov daha sonra Teresenko oldu. Ancaq hökumət yalnız burjualardan ibarət idi. Məqsəd yenə də proletariyat inqilabı səciyyəsi daşıyırdı. Leninin o zaman üçün olan bir şüarı bundan ibarət idi ki, "bütün iqtidar sovetlərdə cəmlənsin". Elə bu şüarla da inqilaba başladılar.
Lakin üsyandan öncə Petroqrad sovetləri leninistlərə qarşı hücuma başladı və 1917 - ci ilin iyununda baş tutan bu mübarizədə Lenin məğlub şəkildə Finlandiyaya qaçır. 3 aydan sonra Lenin "bütün iqtidar sovetlərə" şüarı ilə oktyabrda inqilab etdi və Vladimir Lenin başda olmaqla yeni hökumət quruldu.
O zamankı vəziyyətə nəzər salsaq görərik ki, 1917 - ci ildə ki Antanta ittifaqında müharibənin sona qədər davam etdirilməsi ilə bağlı qərar qəbul olunmuşdu. Bu zaman Rusiya ve Fransa isə gizli olaraq Almaniya ilə sərhədlərini müstəqil şəkildə bölməyə qərara gəldilər. Müvəqqəti Hökumət dövründə nazir bəyan etdi ki, bu müharibə almanlar üzərində qələbə ilə yekunlaşmayana qədər davam etməlidir. Ümumiyyətlə isə Rusiya o dövrdə çar Sazanovun hakimiyyətindəki siyasətə bənzər siyasət aparırdı. Daha bir maraqlı məsələlərdən biri ondan ibarətdir ki, Rusiya daxildə baş verən bu narazılıqlar səbəbi ilə tərəfdaşlarından Almaniya üçün nəzərdə tutulan əməliyyatları bir neçə aylıq gecikdirməyi xahiş etsə də, İngiltərə və Fransanın təkidi Almanların şərq sərhədlərində xeyli üstünlük əldə etmələrinə gətirib çıxardı. Bu ölkənin həm daxili, həm də xarici vəziyyətini daha da pisləşdirdi.
Bu sovet hakimiyyətinin ilk qərarı Sülh və Torpaq haqqında qanun olmuşdu. Bu qanunla bütün mülkədarların torpaqları müsadirə edilib kəndlilərə paylandı. Onun sosialistik ideyalarına əsasən fəhlə və kəndli cəmiyyətin əsas təbəqəsini təşkil edirdi. Varlı mülkədarlara isə xalq düşməni imici verilmişdi.
İnqilabın səbəbi XX əsrin başlanğıcında Rusiyada sosial ziddiyyətlər daha çox kəskinləşmiş, siyasi böhran daha da dərinləşmişdi. 1915-1916-cı illərdə Rusiyada 2 milyona yaxın adam tətil etmişdi. Tətil hərəkatına qarşı görülən tədbirlər heç bir fayda vermədi. IV Dövlət Dumasının sədri M.V.Rodziyankonun ifadəsi ilə vəziyyət "dərin faciə" qarşısında idi. Artıq 1917-ci ilin əvvəli üçün Rusiya demokratik inqilab astanasında dayanmışdı.
Rusiyada siyasi böhranın başlıca məsələsi olan hakimiyyət problemini əsasən 3 siyasi cəbhənin: çar mütləqiyyətinin, liberal burjuaziyanın və demokratik qüvvələrin mübarizəsi həll edirdi. Mütləqiyyət cəbhəsinə dvoryan-mülkədarlar, ali məmurlar bürokratiyası, yüksək səviyyəli zabitlər daxil idi. Bu cəbhədən olanlar hakimiyyəti dəyişdirmək fikrində olmasalar da, dərin böhran və tənəzzül vəziyyətindən çıxmaq üçün canfəşanlıqla yol axtarırdılar. thumb|right|Bolşevik (1920) Boris Kustodiyev Kadetlər partiyasının başçılıq etdiyi liberal burjuaziya cəbhəsi hakimiyyətə can atan qüvvələrdən idi. O, çarizmi ləğv etmədən, konstitusiyalı monarxiyaya keçmək yolu ilə mülkədar burjua quruluşunu möhkəmləndirmək fikrində idi. Onlar 1915-ci ilin yay-payız böhranı gedişində öz konstitusiya proqramından müəyyən dərəcə geri çəkilmişdilər: Duma qarşısında məsuliyyət daşıyan hökumət yaratmaq tələbindən əl çəkib onu "ictimai etimad hökuməti" tələbi ilə əvəz etmişdilər. Bununla kadetlər mütləqiyyətə güzəştə getmişdilər. Belə ki, "ictimai etimad hökuməti" Duma tərəfindən deyil, çar tərəfindən təyin edilməli idi.
Kadetlərin fikrincə, mütləqiyyətə bu güzəşt çar II Nikolayı real hakimiyyətdən əl çəkməyə və onu burjuaziyaya verməyə şirnikləndirməli idi. Lakin çar dairələrinin burjua müxalifətinə qarşı hücumları iri burjua nümayəndələrinin qəti əməli addımlar atmağa məcbur etdi. Çarın ətrafındakı bəzi şəxslərin Almaniya ilə birtərəfli sülh bağlamaq cəhdləri və inqilab təhlükəsi liberal burjuaziyanı saray çevrilişi ilə məsələni həll etməyə yönəltdi.
Bu işdə ona birtərəfli sülh bağlanmasından ehtiyat edən İngilis-fransız imperialistləri də kömək edirdilər. İri burjua dairələri II Nikolayın yerinə onun azyaşlı oğlu Alekseyi taxt-taca oturtmaq, çarın qardaşı Mixaili isə onun qəyyumu təyin etmək fikrinə düşmüşdülər. Lakin 1917-ci il fevral inqilabı nə saray çevrilişinə, nə də burjua-mülkədar qəsdinin həyata keçirilməsinə imkan vermədi.
Xırda burjua mövqeyindən çıxış edən eser-menşeviklər də əsasən iri burjuaziyanın siyasətini, "ictimai etimad hökuməti" yaratmaq xəttini müdafiə edirdilər.
Demokratik cəbhədən olan qüvvələr öz qarşılarında tamamilə başqa vəzifələr qoymuşdular. Onlar demokratik respublika, 8 saatlıq iş günü, mülkədar torpaqlarının müsadirə edilməsi və s, tələblər irəli sürürdülər. Bu cəbhəyə proletariat, kəndlilər, şəhərin orta təbəqələri və tələbələr də daxil olmaqla demokratik ziyalılar daxil idi, Bu cəbhədə eser və menşeviklərin sol cinahından olan hissələri, "mejrayonçular" adlanan qrup və bolşeviklər böyük fəallıq göstərirdilər.
İnqilab 1917-ci ilin əvvəllərində Rusiyada inqilabi demokratik hərəkat daha da gücləndi. "Rədd olsun müharibə!", "Rədd olsun çar!" şüarları altında tətillər bütün ölkəni bürüdü. Təkcə Petroqradda "Qanlı bazar" gününün 12-ci ildönümü münasibətilə 9 (22) yanvarda keçirilən tətildə 150 min adam iştirak etmişdi.
Bütün bu etiraz çıxışları göstərirdi ki, Rusiyada artıq ümummilli böhran ən yüksək səviyyəsinə çatıb. Artıq çarizm ilə sazişə girməyə çalışan burjua dairələri də çarın və onun hökumətinin qətiyyətsiz hərəkətlərindən narazılığa başlamışdılar. Dövlət Dumasının sədri M.V.Rodzyankonun Dumanın səlahiyyətini uzatmaq və hökumətin heyətində dəyişikliklər etmək barədəki 1917-ci il fevralın 10-dakı xahişinə cavab olaraq fevralın 13-də çar II Nikolay Dövlət Dumasının buraxılması haqqında fərman imzaladı (Fərman fevralın 26-da elan edilmişdi).
1917-ci il fevralın ortalarında böhran daha da dərinləşdi. Fevralın 14-də Petroqradda "Rədd olsun müharibə!", "Rədd olsun çar hökuməti", "Yaşasın ikinci rus inqilabı" şüarları altında böyük tətil keçirildi. Bundan 10 gün sonra, fevralın 24-də tətil kütləvi xarakter aldı. Həmin gün təkcə Petroqradda tətilçilərin sayı 200 mindən çox idi. Hətta fevralın 25-də bir sıra müəssisələrdə fəhlələr Petroqrad Sovetinə nümayəndələr seçdilər. Tətil ümumsiyasi tətilə çevrildi. Bəzi yerlərdə polis ilə toqquşmalar da baş verdi. thumb|left|İnqilab səhnəsi 26 fevralda çarın, Ali Baş Komandanın əmri ilə tətilçilər qoşunlar tərəfindən güllə-boran edildilər. Sonrakı gün ümumsiyasi tətil silahlı üsyana çevrilməyə başladı. Fevralın 27-də 67 min əsgər üsyançılar tərəfinə keçdi. Artıq fevralın 28-də üsyançılar tərəfinə keçən əsgərlərin sayı 127 minə çatmışdı. Martın 1-də isə onların sayı 170 min idi. Fevralın 27-də axşam artıq paytaxtın əksər hissəsi üsyançıların əlinə keçmişdi. Lakin həmin günlərdə mütləqiyyət üsyana qalxan xalqla mübarizə aparmaq üçün hələ real qüvvəyə malik idi. Ordunun ali rütbəli zabitləri, polis, jandarm onun tərəfində idilər. Mülkədarlar, sənaye-ticarət burjuaziyasının yuxarı təbəqələri də çarı müdafiə edirdilər.
27 fevral-da, hələ bir gün qabaq çar tərəfindən buraxılması elan edilən Dövlət Dumasının iclasında Petroqradda qayda yaratmaq üçün başda M.V.Rodzyanko olmaqla 12 nəfərdən ibarət Müvəqqəti Komitə yaradılmışdı. Komitənin tərkibinə 6 kadet, 1 nəfər kadetlərə yaxın olan, 2 oktyabrist, 1 menşevik, 1 trudovik və 1 mütərəqqi millətçi daxil idi. Elə həmin gün menşeviklərin, eserlərin və trudoviklərin liderləri menşevik Çxeidze başda olmaqla Petroqrad fəhlə deputatları Sovetinin Müvəqqəti İcraiyyə Komitəsini yaratdılar.
Eser-menşeviklərin rəhbərlik etdikləri Petroqrad Soveti İcraiyyə Komitəsinin razılığı ilə 1917-ci il martın 1-dən 2-nə keçən gecə Dövlət Dumasının Müvəqqəti Komitəsi knyaz Q.Y.Lvov başda olmaqla Müvəqqəti hökumət təşkil etdi. Beləliklə, 1917-ci il martın 1-də çar mütləqiyyəti devrildi, martın 2-nə keçən gecə Romanovlar sülaləsindən olan axırıncı çar II Nikolay tac-taxtdan əl çəkmək haqqında akta imza etmək məcburiyyətində qaldı. Rusiyada Fevral inqilabı baş verdi.
Fevral inqilabı Rusiya tarixində böyük əhəmiyyət kəsb edən hadisələrdən idi. O, Rusiya monarxiyasını dağıtdı. O Rusiyanın azad demokratiya, liberal-demokratizm yolu ilə inkişafı üçün imkanlar açdı. Liberal burjua nümayəndələri bu inqilabi Rusiyanı respublika və demokratiya yoluna, saf kapitalizm yoluna çıxaran zəmin hesab edirdilər. Onların fikrincə, Rusiya məhz həmin zəmin əsasında Qərb demokratiyasına qoşulmalı idi.
Leninin, bolşeviklərin fikrincə isə bu inqilab sinfi qüvvələrin yenidən qruplaşması zəminində, şəraitə müvafiq olaraq ya dinc, ya da silahlı üsyan yolu ilə gözləmədən böyüyüb proletar-sosialist inqilabına keçməli idi. Burada marksistlərin "cəmiyyətin inkişafının lokomotivi" sayılan sinfi mübarizə, sinfi qarşıdurma əsas rol oynamalı idi.
Doğrudur, Fevral inqilabı bir neçə ay ərzində Rusiyanı siyasi cəhətdən ən qabaqcıl ölkələr səviyyəsinə çatdırdı. Lakin bu siyasi uğurların sosial-iqtisadi cəhətdən möhkəmləndirilməməsi, daxili və xarici siyasətdəki uğursuzluqlar, sinfi qarşıdurmaların daha da kəskinləşməsi həmin nailiyyətləri əldə saxlamağa imkan vermədi.
Dünya müharibəsi şəraitində baş vermiş sosial-iqtisadi böhranın təqsirkarı hesab edilən mütləqiyyət devrilsə də, fevral inqilabından sonra da Rusiyada bu proses davam etməkdə idi. Mütləqiyyətin daxili və xarici siyasətini kor-koranə davam etdirən Müvəqqəti hökumət və onu müdafiə edən qüvvələr böhrandan çıxmaq üçün hələ ciddi sosial-iqtisadi tədbirlər görə bilmirdilər.