Hücr ibn Adi əl-Kindi (; ) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi idi. İslamın dördüncü Rəşidun xəlifəsi və şiələrin ilk imamı olan Əlini açıq şəkildə lənətləmək ənənəsinə etiraz etdiyinə, sarsılmaz dəstəyi və təriflərinə görə,Osmanı korrupsiyasına görə ittiham etdiyi üçün Əməvilər xəlifəsi I Muaviyə tərəfindən ölüm hökmünə məhkum edildi.Tareekh e Dimshaq Kində qəbiləsinə aid idi. Hücrə iki ad verilmişdi: "əl-Kindi" və "əl-Adbar". Birinci adı "əl-Kindi" idi, yəni ərəb qəbiləsindən olan Kində adlı şəxs. Hücrə verilən ikinci ad isə "əl-Adbar" idi.Ibn Muḥammad (Ibn-ʻAbd-Rabbihī), Aḥmad. The Unique Necklace "al-ʻIqd Al-Farīd" Trans. Issa J. Boullata. Vol. 3. Reading, UK: Garnet Publishing Limited, 2007. Print. Pg. 289 “Hucərul-xeyr” deyə də onu çağırırdılar. Bu ad isə ona xeyirli işlərlə məşğul olduğuna görə verilmişdi.
Həyatı Hücr ibn Ədi İslam Peyğəmbərinin hüzuruna gəlmiş və İslamı qəbul etmişdirZəhəbi "Siyəru aləmin-nübəla", c.3, səh. 463, hədis 95İbn Kəsir "Əl Bidayə və Nihayə", c.8, səh. 50. Hücr Peyğəmbərin həyatının son illərində müsəlman olmuşdu. Əli ibn Əbu Talibin xəlifəliyi illərində də onun ən yaxın tərəfdarlarından biri olmuşdur. Əli ibn Əbu Talibin xilafəti dövründə olan döyüşlərdə ordu komandanlığı kimi vəzifələri icra etmişdir. CəməlHakim Nişapuri, "Əl-Mustədrəku ələs-səhihəyn", c.3, səh. 532, hədis 5974İbn Sə`d, "ət-Təbəqatul-kubra", c.6, səh. 218 döyüşündə Kindi qəbiləsinin süvarilərinin baş sərkərdəsi olmuşduƏbu Hənifə Əhməd ibn Davud əl-Dinəvəri, "əl-Əxbarut-tival", səh. 146.. SiffeynHakim Nişapuri, "Əl-Mustədrəku ələs-səhihəyn", c.3, səh. 532, hədis 5974 döyüşündə qəbiləsinin sərkərdəliyini öz öhdəsinə götürmüşdürZəhəbi "Siyəru aləmin-nübəla", c.3, səh. 463, hədis 95 ( وفیه «شهد صفّین أمیراً)."Xəlifə ibn Xəyyat" tarix kitabı, səh. 146. Nəhrəvan döyüşündə Əli ibn Əbu Talibin qoşununun sol və ya sağİbn Əsir, "Üsdul-ğabə", c.1, səh. 697, hədis 1093. cinahına rəhbərlik etmişdir. Hicri 39-cu ildə Müaviyə tərəfindən Zəhhak ibn Qeys İraqı qarət etməyə göndəriləndə, Hücr ibn Ədi Əli İbn Əbu Talibin göstərişi ilə onunla döyüşdü və qalib gəldi.Təbəri, "Təbəri tarixi", c.5, səh. 135İbn Əsir, "əl-Kamilu fit-tarix", c.2, səh. 426.. Hücr Əli ibn Əbu Talibdən sonra Xəlifə Həsən ibn Əbu Talibin ardıcılı olmuşdur. Əvvəl də olduğu kimi, Müaviyənin hakimiyyəti ələ keçirməsindən sonra da onunla müxalifətçilik aparmağa davam etmişdir. Hücr Müaviyə və həmçinin onun Kufəyə təyin etdiyi vali Müğirə ilə də etdikləri ədalətsizliklərə görə düşmənçilik edirdi.
Hücr Müaviyə tərəfindən hicri 51-ci ildə Mərcu Əzrada öldürülmüşdür. Hücrün öldürülməsi Səhabələrin və camaatın etirazı ilə qarşılandı. Tarix kitablarının nəql etdiklərinə əsasən bu hadisə səbəbindən Müaviyə səhabələr və xalq tərəfindən təhqirlərə məruz qalmışdır. Hüseyn ibn Əli Əbu TalibBəlazuri, "Ənsabul-əşraf", c.5, səh. 129İbn Quteybə, "əl-İmamə vəs-siyasə", c.1, səh. 203Kəşşi "ər-Rical", c.1, səh. 252, hədis 99Şeyx Təbərsi, "əl-Ehticac", c.2, səh. 90, hədis 164., Aişə binti Əbu BəkirBəlazuri, "Ənsabul-əşraf", c.5, səh. 48Təbəri, "Təbəri tarixi", c.5, səh. 279Zəhəbi, "İslam tarixi", c.4, səh. 194Hakim Nişapuri, "Əl-Mustədrəku ələs-səhihəyn", c.3, səh. 534, hədis 5984 və digər şəxslər Müaviyənin bu əməlini törətdiyinə görə onun əhd-peymanı pozduğunu, İslam Peyğəmbərinin yaxınının qanını axıtdığını bildirdilər. Hücr’ün iki oğlu Ubeydullah və Əbdurrəhman da Əli ibn Əbu Talib tərəfdarı olduğu üçün qətlə yetirilmişdir.İbn Əsakir, Tarixi-Diməşq,cild 12, səh.210
Türbəsi thumb|Məscid minarəsi Hücr və oğlu Həmmam ibn Hücr və bir sıra digər səhabələr Suriyanın paytaxtı Dəməşqin kənarındakı Adrada basdırılır. Məzarının ətrafında bir məscid tikilmişdir ki, bu da müsəlmanlar üçün ziyarət yeridir.
2 may 2013-cü ildə Nusra Cəbhəsi məqbərəyə basqın etdi və qalıqlarını eksgumasiya etdi. Üsyançılar onun cəsədini naməlum yerə apardılar. The New York Times qəzetində yayımlanan bir xəbərə görə, Həcc ziyarəti məkanının çirklənməsinin geniş yayılmış Facebook fotoşəkili Azad Suriya Ordusunun İslam Briqadasınin rəhbəri Əbu Anas əl-Vəzir və ya hərbi qrupun lideri Əbu əl-Baraa adlı şəxsin eksgumasiyasından xəbər verir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Səhabələr Kateqoriya:Şiəlik Kateqoriya:Şiələr Kateqoriya:Edam edilmiş din xadimləri