Sibiryakov adası — Yapon dənizi, Böyük Pyotr körfəzindəki bir ada. Vladivostokdan 50 km cənub-qərbdə, Baklan buxtasında yerləşir. İnzibati baxımından Primorsk diyarı Xasan rayonu ərazisinə daxildir.

Tarixi Ada ilk dəfə 1863-ci illərdə polkovnik, «Kalavela» korvetinin şturmanı olan V. M. Babkin tərəfindən idarə olunan ekspedisiya tərəfindən xəritəyə salınmışdır. Ada «Kalevala» korvetinin həkimi Ksenofont Sibiryakovun şərəfinə adlandırılmışdır. Adanın dəqiq xəritəsini 1882-ci ildə leytenat Lanevski-Volk tərtib etmişdir.

Coğrafiya Ada şərqdən qərbə və güzeydən güneyə təxminən 1,8 km məsafədə uzanır. Ən hündür nöqtəsi 105,2 metrdir. Ada bütünlüklə enliyarpaq meşə ilə örtülmüşdür. Sahilləri sıldırımlı və qayalıdır. cənub-şərqində elə də böyük olmayam buxta vardır. Buxtada dərinlik 8—10 metdir, sahilə doğru dərinlik tədricən azalır. Güneydən şimal-şərqə doğru kekurlar uzanır. Adada davamlı yaşayış yoxdur. Bununla belə adanı yay ayları tez-tez turistlər ziyarət edir.

Mənbə Остров Сибирякова на Shamora.info İstinadlar

Kateqoriya:Rusiya adaları Kateqoriya:Primorski diyarı adaları