Azərbaycan medallarının siyahısı — Azərbaycanda mövcud olan medalların siyahısı. Ölkənin müdafiəsində, dövlət quruculuğunda, iqtisadiyyatda, elmdə, mədəniyyətdə, incəsənətdə, təhsildə, sağlamlığın, vətəndaşların həyat və hüquqlarının müdafiəsində, xeyriyyəçilik fəaliyyətində və dövlət qarşısındakı digər görkəmli xidmətlərində fərqlənən vətəndaşların mükafatlandırılması formasıdır. Hal-hazırda Azərbaycanda 102 medal mövcuddur. "Hərbi xidmətdə fərqlənməyə görə" medalı, "Qüsursuz xidmətə görə" medalı, "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalı, "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" medalı, "Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" medalı, "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" medalı və "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" medalı üç dərəcədən ibarətdir.

Tarixi Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir sıra orden və medalların təsis edilməsi işinə başlanılmışdı. 7 iyul 1992-ci ildə müstəqil Azərbaycanın ilk medalı — "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə birlikdə verilən xüsusi fərqlənmə nişanı — "Ay-ulduz" medalı olmuşdur. 4 ay sonra, 10 noyabr 1992-ci ildə isə "Vətən uğrunda", "İgidliyə görə", "Tərəqqi" və "Hərbi xidmətlərə görə" medalları təsis edilmişdir. 6 dekabr 1993-cü ildə "Sərhəddə fərqlənməyə görə" medalı təsis olunmuşdur. 6 fevral 1998-ci ildə medalların təsvirində dəyişikliklər edilmiş, Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı "Qızıl ulduz" medalı ilə əvəz edilmişdir.

Ümumiyyətlə, 2002–2025-ci illərdə 96 medal təsis edilmişdir. Onlardan 48-i yubiley medalı, 15-i isə Vətən müharibəsində qələbə münasibətilə təsis edilmiş medallardır.

Medalların siyahısı SıraMedalın təsviriMedalın adıTəsis tarixiƏsasnaməsi1.189x189px90x90px<center>"Heydər Əliyevin 100 illiyi" yubiley medalı11 aprel 2023 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif edilirlər: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin tədqiqində və təbliğində xüsusi xidmətlərinə görə; Azərbaycan Respublikasının dövlət quruculuğunda, o cümlədən milli azadlıq hərəkatında xüsusi xidmətlərinə görə; azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə; sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və beynəlxalq əməkdaşlığın inkişafında xidmətlərinə görə; Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasına və inkişafına, Azərbaycanın tərəqqisinə və şöhrətinin artmasına töhfə verən xidmətlərinə görə; Azərbaycan Respublikasının sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında xidmətlərinə görə; dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə.2.189x189px 90x90px<center><big>"Vətən Müharibəsi Qəhrəmanı" medalı20 noyabr 2020 "Vətən Müharibəsi Qəhrəmanı" adı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.3.189x189px 90x90px<center><big>"Qızıl Ulduz" medalı6 fevral 1998 "Azərbaycanın Milli Qəhrəmanı" medalı Azərbaycan vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda verilir: "Azərbaycanın Milli Qəhrəmanı" medalı Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. "Azərbaycanın Milli Qəhrəmanı" medalı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir.4.189x189px 90x90px<center><big>"Vətən uğrunda" medalı10 noyabr 1992 Azərbaycan Respublikasının "Vətən uğrunda" medalı aşağıdakılara görə verilir: Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsində iştirak etdiklərinə görə; Dövlətin milli təhlükəsizliyinin təmin edilməsində fəaliyyətinə görə; Dövlət quruluşunun müdafiəsində iştirakına görə.5.189x189px 90x90px<center><big>"İgidliyə görə" medalı10 noyabr 1992 Azərbaycan Respublikasının "İgidliyə görə" medalı aşağıdakılara görə verilir: müharibədə döyüş zamanı göstərdiyi igidliyə görə; döyüş əməliyyatlarına uğurlu rəhbərlik etdiyinə və şəxsi mərdlik göstərdiyinə görə; həyatı təhlükə altında hərbi borcu yerinə yetirərkən igidlik göstərdiyinə görə; xüsusi tapşırığı yerinə yetirərkən casarət göstərdiyinə görə; həyatı təhlükə qorxusu altında olduğu halda insan həyatı xilas etdiyinə görə.6.189x189px 90x90px<center><big>"Cəsur döyüşçü" medalı26 noyabr 2020 "Cəsur döyüşçü" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması zamanı müstəqil və ya digər qoşun növləri ilə birlikdə strateji və ya xüsusi əhəmiyyətli ərazilərin tutulması üzrə döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, havada və yerdə düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.7.189x189px 90x90px<center><big>"Döyüşdə fərqlənməyə görə" medalı26 noyabr 2020 "Döyüşdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə döyüş şəraitində tapşırıqların icrası zamanı və həyat riski ilə əlaqəli xüsusi əməliyyatlar zamanı göstərilən fərqlilik, cəsarət və fədakarlıq, habelə döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsinə kömək edən bacarıqlı, təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş, eləcə də döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsi zamanı tabelikdə olan bölməyə peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.8.189x189px 90x90px<center><big>"Suqovuşanın azad olunmasına görə" medalı26 noyabr 2020 "Suqovuşanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.9.189x189px 90x90px<center><big>"Cəbrayılın azad olunmasına görə" medalı26 noyabr 2020 "Cəbrayılın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.10.189x189px 90x90px<center><big>"Xocavəndin azad olunmasına görə" medalı26 noyabr 2020 "Xocavəndin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.11.189x189px 90x90px<center><big>"Füzulinin azad olunmasına görə" medalı26 noyabr 2020 "Füzulinin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.12.189x189px 90x90px<center><big>"Zəngilanın azad olunmasına görə" medalı26 noyabr 2020 "Zəngilanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.13.189x189px 90x90px<center><big>"Qubadlının azad olunmasına görə" medalı26 noyabr 2020 "Qubadlının azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.14.189x189px 90x90px<center><big>"Şuşanın azad olunmasına görə" medalı26 noyabr 2020 "Şuşanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.15.189x189px 90x90px<center><big>"Kəlbəcərin azad olunmasına görə" medalı26 noyabr 2020 "Kəlbəcərin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.16.189x189px 90x90px<center><big>"Ağdamın azad olunmasına görə" medalı26 noyabr 2020 "Ağdamın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.17.189x189px 90x90px<center><big>"Laçının azad olunmasına görə" medalı26 noyabr 2020 "Laçının azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.18.149x149px<center><big>"Vətən müharibəsi iştirakçısı" medalı26 noyabr 2020 "Vətən müharibəsi iştirakçısı" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri təltif edilir.19.189x189px 90x90px<center><big>"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı26 noyabr 2020 "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması və dövlət sərhədlərinin mühafizəsi zamanı arxa cəbhədə döyüş təminatı tapşırıqlarının yerinə yetirilməsində fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə fədakar əməyinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları təltif edilir.20.189x189px 90x90px<center><big>"Tərəqqi" medalı10 noyabr 1992 "Tərəqqi" medalı Azərbaycan vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: Kənd təsərrüfatı və sənaye sahəsində qazandıqları uğurlara görə; Böyük əhəmiyyətli ixtiralara və səmərələşdirici təkliflərin verilməsinə görə; Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, hüquq, təhsil və səhiyyə sahələrində xidmətlərinə görə; Xalq təsərrüfatı obyektlərinin inşasında, yenidən qurulmasında görkəmli xidmətlərinə görə;