Şohaçi İşii (; 20 sentyabr 1926, Tokio, Yaponiya — 4 yanvar, 1980) — Yaponiya sərbəst güləşçisi. Olimpiya Oyunlarının qalibi.
Həyatı Şohaçi İşii 20 sentyabr 1926-cı ildə Tokioda anadan olub.
O, 1952-ci ildə Helsinkidə keçirilmiş XV Yay Olimpiya Oyunlarında sərbəst üsulla güləş yarışlarında qızıl medal qazanıb. Həlledici görüşdə sovet idmançısı Rəşid Məmmədbəyovu məğlub edən Şohaçi, İkinci Dünya müharibəsindən sonra Olimpiya Oyunlarının qızıl medalını qazanan ilk Yaponiya idmançısı olub.
4 yanvar 1980-cı ildə böyrək xərçəngindən vəfat edib.
İstinadlar
Xarici keçidlər Şohaçi İşii Sports-Reference.com saytında Şohaçi İşii United World Wrestling saytında
Kateqoriya:Tokioda doğulanlar Kateqoriya:Olimpiya qızıl medalına sahib Yaponiya idmançıları Kateqoriya:Olimpiya medallı güləşçilər Kateqoriya:1952 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Güləş üzrə olimpiya çempionları