Gövhər ağa Cavanşir — Mehriban Vəzirin 2018-ci ildə nəşr olunmuş Qarabağ xanı İbrahimxəlil xanın qızı, xeyriyyəçi-mesenat Gövhərnisə bəyim Sarıcal-Cavanşir barədə tarixi romanı.

Məzmun

Gövhər ağa Cavanşir xalqımızın ən görkəmli qadın şəxsiyyətlərindən biridir. Qarabağlı İbrahim xanın qızı Gövhər ağa dövrünün ən gözəl, ən zəngin və mütərəqqi xanımlarından biri olmuşdur. Böyük sərvətini xeyriyyə işlərinə xərcləmiş, alimləri və ədibləri himayə etmiş, məscidlər, mədrəsələr, məktəblər, xəstəxanalar, körpülər inşa etdirmişdir. Bu gün əsirlikdə olan Şuşanın rəmzinə çevrilmiş “Gövhərağa məscidi” xanqızının mədəniyyət tariximizə qiymətli töhfəsidir. Qarabağın işğalı Gövhər ağanın taleyini amansızca müəyyən etmişdi. Xanqızının acı həyat hekayəsi və ictimai fəaliyyəti ilk dəfə geniş şəkildə araşdırılmış və qələmə alınmışdır.

Nəşr və tərcümə

Kitab ilk dəfə 2018-ci ildə Bakı Kitab Klubunda 214 səhifədə nəşr edilib.

Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gövhər ağa Cavanşirin (1790-1868) həyatı və ictimai fəaliyyətindən bəhs edən kitabın yazılması və nəşri” layihəsi çərçivəsində Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi İctimai Birliyi tərəfindən hazırlanıb.

İstinadlar

Həmçinin bax

Yuxarı Gövhər ağa məscidi Aşağı Gövhər ağa məscidi Ağabəyim ağa Cavanşir tarixi-sənədli romanı

Xarici keçidlər