250px|thumb|right|Alman miniatür kamerası ilə təchiz olunmuş çölgöyərçini. Şəklin Birinci Dünya müharibəsində çəkildiyi güman edilir.

Göyərçin fotoqrafiyası — 1907-ci ildə alman əczaçısı Culius Nübronner tərəfindən ixtira olunmuş aerofotoçəkiliş texnikasıdır. Miniatür kameranın yerləşdirilməsi üçün poçt göyərçini alüminium qoşqu ilə təchiz olunurdu. Nübronnerin patenti ilk başda qəbul edilmədi, fəqət onun 1908-ci ildə göyərçinləri vasitəsilə çəkdiyi uğurlu şəkillər patentin qəbul olunması ilə nəticələndi. Nübronner texnikasını ilk dəfə 1909-cu ildə Drezden Beynəlxalq Fotoqrafik Sərgisində ictimailəşdirdi. Çəkdiyi şəkillərin bəzilərini Frankfurt Beynəlxalq Aviasiya Sərgisinə, 1910 və 1911-ci illərdə isə Paris Hava Nümayişlərinə poçt kartoçkaları olaraq satdı.

İlkin dövrlərdə göyərçin fotoqrafiyasının hərbi kəşfiyyat cəhətdən potensiyalı yüksək idi. Birinci Dünya müharibəsindəki testlər də müsbət nəticələr göstərmişdi. Müharibədə poçt göyərçinləri üçün düzəldilmiş daşına bilən göyərçin evi texnologiyasının da təsiri az olmamışdı. Aviasiya sahəsində mükəmməlliyin üstün tutulması göyərçin fotoqrafiyasına olan hərbi marağın azalması ilə nəticələndi və beləcə Nübronner eksperimentlərini dayandırdı. Bu fikir 1930-cu ildə İsveç saatsazı tərəfindən dirçəldildi, habelə Alman və Fransız orduları tərəfindən istifadəsi davam etdirildi. Müharibə göyərçinlərinin İkinci Dünya müharibəsində geniş şəkildə istifadə edilməsinə baxmayaraq, hərbi kəşfiyyatlarda nə dərəcədə rol oynadıqları naməlumdur. Daha sonra Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) casusluq məqsədli batareya ilə təchiz olunmuş kameralar təkmilləşdirdi. Bu kameraların funksiyanallığı isə məxfidir.

Şəkillərin çəkilməsi zamanı göyərçinlərin istiqamətinin, məkanının və sürətinin idarə olunması ilə yanaşı yetəri qədər kiçik və yüngül mexanizmli vaxtölçən alətin təkmilləşdirilməsi də bir sıra çətinliklərə səbəb olmuşdu. 2004-cü ildə Britan Yayım Korporasiyası (BBC) qızılquş və tetraçalan quşlarına miniatür televiziya kameraları qoşaraq canlı görüntülər əldə etmişdi. Bu gün də bəzi araşdırmaçılar, həvəskarlar və sənətkarlar müxtəlif növ heyvanlar vasitəsilə bənzər çəkilişlər edir.

Mənşəyi thumb|15 dəfə yola çıxmış 4 yaşlı poçt göyərçiniHildebrandt, Alfred (1907), Die Luftschiffahrt nach ihrer geschichtlichen und gegenwärtigen Entwicklung (Almanca), Münxen: Oldenbourg, səh. 395–397 İlk aerofotoşəkil 1858-ci ildə hava şarı uçurucusu Nadar tərəfindən çəkilmişdir. James Wallace Black 1860-cı ildən günümüzə qədər gəlib çıxmış ən qədim aerofotoşəkillərin müəllifidir.Professional Aerofotoqraflar İttifaqı (2007), "History of aerial photography", papainternational.org, 2011-01-11 tarixində arxivlənib. 19-cu əsrin axırlarında bəzi təşəbbüsçülər insansız uçan obyektlərə də kameralar yerləşdirməyə başladı. 1880-ci illərdə Artur Batut çərpələng vasitəsilə aerofotoşəkil çəkməyi təcrübə etdi. Batutdan ilhamlanan Uilliyam Abner Eddi 1896-cı ildə bu metoddan istifadə edərək Bostonun yüksək keyfiyyətli şəkillərini çəkdi və məşhurlaşdı. Amedi Denissi 1888-ci ildə, Alfred Nobel isə 1897-ci ildə bir raketi və paraşütü kamera ilə təchiz edərək eyni təcrübəni həyata keçirdi.Mattison, David (2008), "Aerial photography", in Hannavy, John (ed.), Encyclopedia of Nineteenth-century Photography, səh. 12–15, ISBN 978-0-415-97235-2.Hildebrandt, Alfred (1907), Die Luftschiffahrt nach ihrer geschichtlichen und gegenwärtigen Entwicklung (Almanca), München: Oldenbourg, səh. 384–386

Poçt göyərçinlərindən 19-cu və 20-ci əsrlərdə həm məktub daşımaq, həm də kəşfiyyat xarakterli səbəblərdən dolayı geniş şəkildə istifadə edilmişdir. Fransa-Prussiya Müharibəsində Parisin məşhur poçt göyərçinləri hər biri 50,000-ə qədər mikrofilmlənmiş teleqramlarla yüklənərək teleqramları Tours şəhərindən mühasirəyə alınmış paytaxta daşımışdır. Bu dövrdə poçt göyərçinləri vasitəsilə ümumilikdə 150,000 şəxsi teleqramlar və rəsmi məlumatlar çatdırılıb.Daqron, Prudent René Patris (1870), La poste par pigeons voyageurs , Paris: Lahure, səh. 21 Rusiya İmperiyasının Sankt Peterburq şəhərindəki Texniki Cəmiyyətin 1889-cu ildəki təcrübəsində hava şarlarının rəhbəri aerofotoşəkillər çəkmiş şəkilləri isə poçt göyərçinləri vasitəsilə yerə çatdırmışdı.Hildebrandt, Alfred (1907), Die Luftschiffahrt nach ihrer geschichtlichen und gegenwärtigen Entwicklung (Almanca), Münxen: Oldenbourg, səh. 406.

Culiyus Nübronner alt=|left|thumb|184x184px|Culiyus Nübronner (1914) 1903-cü ildə Frankfurt yaxınlığındakı Kronberq şəhərində yaşamış bir əczaçı – Culiyus Nübroner atasının yarım əsr əvvəl başlatdığı adəti davam etdirdi və Falkenstein yaxınlığındakı sanatoriyadan göstəriş aldı. 75 qrama qədər təcili şəkildə ehtiyac duyulan dərmanları eyni metodla çatdırırdı. O əhliləşdirdiyi göyərçinlərini sürətli çatdırılma xidməti üçün Frankfurtdakı mağazalara müəyyən məbləğ qarşılığında yerləşdirirdi. Nübronner quşunun dumanda azıb 4 gün sonra tox şəkildə geri qayıtmasından ilhamlanaraq quşlarının hara getdiyini izləmək qərarına gəldi və onlara avtomatikləşdirilmiş kameralar taxdı. Bu fikir onun poçt göyərçinlərinə olan həvəsi ilə fotoqraflığa olan həvəsini birləşdirdi. (Yeri gəlmişkən, Nübronner 4 gün sonra tox qayıdan quşunun Visbaden şəhərindəki bir restoranda bəsləndiyini öyrəndi.)Nübronner, Culiyus(1910), "Die Photographie mit Brieftauben", in Wachsmuth, Richard (ed.), Denkschrift der Ersten Internationalen Luftschiffahrts-Ausstellung (Ila) zu Frankfurt a. M. 1909 (Almanca), Berlin: Julius Springer, səh. 77–96. thumb|Yuxarı sol küncdəki: Şlosshotel Kronberqin aerofotoşəkilləri. Aşağı sol künc və ortadakı: Frankfurt. Sağdakı: Kameralarla təchiz olunmuş göyərçinlər.|alt=|348x348px thumb|145x145px|Üstdəki: İki lensli göyərçin kamerasının üstdən görüntüsü. Aşağıdakı: Pnevmatik sistem. Kamera soldakı boşluğun doldurulması ilə aktivləşirdi. Hava yavaş-yavaş üstdəki kapillyardan süzülür, piston şəkil çəkilənədək geriyə gedirdi. Nübronner "Ticka" saatlı kamerasını müxtəlif şəraitlərdə test etdikdən sonra göyərçinlərin sinəsinə yerləşə biləcək ölçülərdə miniatür kameralar təkmilləşdirməyə başladı. Göyərçinlərə 30–75 qram ağırlıqlarında taxta kamera modellərindən istifadə etməklə ehtiyatlı bir şəkildə yük taşımağı öyrətdilər.Nübronner, Culiyus (1908), "Die Brieftaube als Photograph", Die Umschau, 12 (41): 814–818 Nübronner aerofotoşəkil çəkmək üçün kamera ilə təchiz olunmuş göyərçinləri evindən 100 kilometrə qədər aralıqda yerləşən məkanlara aparırdı. Yükdən azad olmaq istəyən quşlar gəldikləri yerdən 50–100 metr hündürlükdə olmaqla birbaşa evə qayıdırdılar. Kameradakı pnevmatik sistem şəkillərin çəkildiyi zaman aralığını tənzimləyirdi.Feldhaus, F. M. (1910), "Taubenpost", Ruhmesblätter der Technik – Von den Urerfindungen bis zur Gegenwart (Almanca), Leipzig: Brandstetter, səh. 544–553. Kamera ilə yüklənmiş göyərçinlərin enişini asanlaşdırmaq üçün göyərçin evlərinin üzərində böyük boşluq ilə yanaşı geniş və elastik eniş lövhələri var idi.

Nübronnerə görə bu kameranın daha bir çox digər fərqli modelləri də mövcuddur. O 1907-ci ildə bir patenti təqdim etmək üçün yetərincə uğur qazanmışdı. Təəssüf ki, onun ilk icadı – "yüksəkdən mənzərələrin şəklini çəkmə metodları və vasitələri" alman patent ofisi tərəfindən mümkünsüzlük səbəbiylə rədd cavabı aldı, Ancaq sonradan patent vasitəsilə ərsəyə gətirilmiş fotoşəkillərin təqdimatı 1908-ci ilin Dekabr ayında patentin qəbul edilməsi ilə nəticələndi.Alman patent DE 204721 ("Verfahren und Vorrichtung zum Photographieren von Geländeabschnitten aus der Vogelperspektive"), Nübronner, Culiyus, tələb edilib 1908-12-02, sənədləşdirilib 1907-06-20. Nübronner müvafiq patentləri həmçinin Fransadan ("Procédé et appareil pour prendre des vues photographiques de paysages de haut en bas"), Birləşmiş Krallıqdan ("Method of and Means for Taking Photographs of Landscapes from Above") və Avstriyadan ("Vorrichtung zum Photographieren von Geländeabschnitten aus der Vogelperspektive") əldə edib.Nübronner, Culiyus (1920), 55 Jahre Liebhaberphotograph: Erinnerungen mitgeteilt bei Gelegenheit des fünfzehnjährigen Bestehens der Fabrik für Trockenklebematerial (Almanca), Frankfurt am Main: Gebrüder Knauer, səh. 23–31, OCLC 3113299.(Rədd cavabı göyərçinlərin daşıma qabiliyyəti ilə bağlı yanlış anlaşılmaya əsaslanırdı.)Qradenvitz, Alfred (1908), "Pigeons as picture-makers", Technical World Magazine, 10: 485–487. thumb|196x196px|Zireh və quş qoşqusu ilə inteqrasiya edilmiş kamera patenti Nübronnerin Drezdendəki 1909 Beynəlxalq Fotoqrafik Sərgidə"Les pigeons photographes ", Le Matin (in French), 1909-06-12. və Frankfurtdakı 1909 Beynəlxalq Aviasiya Sərgisində iştirakı ixtirasının şöhrət qazanmasında böyük rol oynamışdır. Drezdendəki tamaşaçılar göyərçinlərin gəlişini izləyə və quşların özləri ilə gətirdiyi şəkillərə baxa bilərdilər.Brons, Franziska (2006), "Faksimile: "siehe oben"", in Bredekamp, Horst; Bruhn, Mattias; Uerner, Qabriele (eds.), Bilder ohne Betrachter (Almanca), Akademie Verlag, səh. 58–63, ISBN 978-3-05-004286-2 Nübronnerin fotoşəkilləri Drezdendə, habelə 1910, 1911-ci illərdəki Paris Hava Şoularında mükafatlar qazanmışdır.Vittenbur, Jan-Peter (2007), "Photographie aus der Vogelschau: zur Geschichte der Brieftaubenkamera", Photo Deal (Almanca), 4 (59): 16–22.

Şlosotel Kronberqin fotoşəkli şəkli çəkənin qanad uclarının kadra düşməsi nəticəsində məşhurlaşmışdı. Müəllif hüquqlarının pozulduğu bir dövrdə bu görüntülər 1929-dakı Alman səhnələrinin xəbər filmlərində yer alırdı.Brons, Franziska (2006), "Bilder im Fluge: Julius Neubronners Brieftaubenfotografie", Fotogeschichte (Almanca), 26 (100): 17–36.

1909-da çap edilmiş kitabçada Nübronner beş kamera modelini təsvir edib:

Patentdə təsvir olunmuş "cüt kameranın" hər biri 40 mm fokus məsafəsinə sahib olmaqla əks istiqamətlərdə dayanmış iki obyektivi var (arxada/öndə.) Tək tətik ilə çalışan kamera pnevmatik sistemin təyin etdiyi zamanlarda iki ardıcıl şəkil çəkir. Stereoskopik kameranın bənzər xarakteristikası var, fəqət bu modeldə obyektivlər eyni istiqamətə yönəldilib. Modellərdən biri filmləri daşımaq və ardıcıl bir neçə şəkil çəkmə qabiliyyətinə malik idi. Bir modeldə obyektiv çanta körüyünə sabitlənib. Bir qayçı mexaninzması şəkil çəkilincəyə qədər körüyü genişləndirir, şəkil çəkildikdə isə dərhal yığırdı. Bu fokus məsafəsi 85 mm olan obyektivlə 6 sm × 9 sm ölçülərində şəkillər çəkməyə şərait yaradırdı. Panoram kamerada tətik obyektivin 180° döndürülmüş istiqamətində yerləşdirilir. Bu model Nübronnerin 1910-cu ildə satışa çıxarmaq istədiy Doppel-Sport Panoramik Kameranın əsasıdır. Bu kamera 3 sm × 8 sm ölçülərində mənzərə filmləri çəkirdi. Təəssüf ki, bu model heç vaxt seriyalı istehsalata buraxılmamışdır.Des pigeons photographes? (PDF) (Fransızca), Vevey: Musée suisse de l'appareil photographique, 2007, səh. 4–11, arxivlənmiş (PDF)

1920-dəki kitabçada Nübronner təkmilləşdirdiyi ən son kamera modelinin 40 qramdan bir az ağır olduğunu və 12 şəkil çəkə bildiyini qeyd edib. 2007-ci ildə bir araşdırmaçı obyektivlər, sürgülər və fotoqrafik məlumatın sürəti haqqında çox az texniki məlumatın mövcud olduğunu bildirib. O həmçinin qeyd edib ki, Nübronner panoramik kamerası üçün filmləri ADOX-dan əldə edirmiş. O həmçinin bu kameranın film sürətinin ISO 25/15° – 40/17° sürgü sürətinin isə 1/60 s – 1/100 s olduğunu təxmin edib. Filmin formatı 30 mm × 60 mm olurdu və filmlər obyektivin yarımdairəvi hərəkəti səbəbiylə təhrif olunmanın qarşısını almaq üçün əyilirdi.

1920-ci ildə Nübronner on illik əməyinin sadəcə ensiklopediyalarda adının keçməsi və icad etdiyi daşına bilən göyərçin evi texnologiyasının yararlılığının verdiyi zövq ilə dəyərləndirildiyi diqqətini çəkdi. Nübronnerin panoramik kamerası Berlindəki Alman Texnologiya Muzeyində və Münxendəki Deutsches Muzeyində eksponat kimi saxlanılır.Deutsches Technikmuseum Berlin (2007), Faszination des Augenblicks: Eine Technikgeschichte der Fotografie (PDF) (Almanca), səh. 4–13.Deutsches Museum München (2007), "New Exhibition: Photo + Film", deutsches-museum.de (Almanca)

Birinci Dünya müharibəsi