Ukrayna Beynəlxalq Hava yolları reys 752 () — Ukrayna Beynəlxalq Hava yollarına məxsus Boeing 737-800 modelli təyyarə ilə gerçəkləşdirilən Tehran-Kiev beynəlxalq reysinin uçuşu zamanı baş vermiş təyyarə qəzası. Təyyarə 2020-ci ilin 8 yanvar tarixində, Tehran şəhərindəki İmam Xomeyni adına Beynəlxalq Hava Limanından havaya qalxdıqdan bir necə dəqiqə sonra qəzaya uğrayıb. Qəzanın səbəbi İran İslam Respublikası Silahlı Qüvvələrinə məxsus zenit raketinin təyyarəni insan səhvi nəticəsində vurması olub.

Təyyarədə olan 176 nəfərdən hamısı qəza nəticəsində həlak olmuşdur. 8 yanvar tarixində baş vermiş qəza, son onilliklər ərzində İran ərazisində baş vermiş ən kütləvi insan ölümünə səbəb olan aviasiya fəlakəti kimi tarixə keçmişdir. Eyni zamanda reys 752-nin zenit raketi ilə vurulası 1992-ci ildən bəri xidmət göstərən Ukrayna Beynəlxalq Hava Yollarının ilk təyyarə qəzası kimi də tarixə keçib.

Əvvəlcə İran hakimiyyəti təyyarənin raket zərbəsi ilə vurulması iddialarını rədd etmiş və qəzaya təyyarədə olan hansısa texniki nasazlığın və ya pilot səhvinin səbəb olduğunu açıqlamışdır. İran ilk olaraq qəzanın onların üzərinə atılmasını psixoloji müharibə olaraq dəyərləndirmişdir. Ukrayna tərəfi, qəzanın baş vermə şəraitini və səbəblərini ciddi formada araşdırılacağını, ancaq ən indanırıcı ehtimalın, təyyarənin yerdən edilmiş hansısa müdaxilə nəticəsində qəzaya uğraması olduğunu bəyan etmişdir.

ABŞ, Kanada və Böyük Britaniya rəsmilərinin məsələ ilə bağlı etmiş olduğu ilkin açıqlamlarda təyyarənin İran İslam Respublikası Silahlı Qüvvələrinin arsenalında olan Tor M1 zenit raket kompleksi ilə vurulduğunu bildiriblər.

Kanadanın Baş Naziri Castin Trüdo, ölkə kəşfiyyatının və ABŞ xüsusi xidmət orqnlarının vermiş olduğu sübutlar əsasında təyyarənin texniki qəza nəticəsində yox, yerdən açılmış atəşlə vurulduğunu bəyan edib. 11 yanvar tarixində İran İslam Respublikasının rəsmiləri təyyarənin onlar tərəfindən vurulduğunu qəbul ediblər. İranlı rəsmilərin sözlərinə görə əsas düşmən hədəfi səhv salınıb və nəticədə mülkü təyyarə vurulub.

Hadisə İran generalı Qasım Süleymaninin 3 yanvar tarixində ABŞ-nin Bağdad Beynəlxalq Hava Limanınına edilmiş hücum nəticəsində öldürülməsi və bundan sonra ABŞ-nin İraqdakı qüvvələrinin İran tərəfindən hədəf alınması kimi qarşılıqlı hücumların baş verdiyi zaman gerçəkləşib. Bu hadisələrə qədər ABŞ-nin İraqda yerləşənə səfirliyinə edilmiş silahlı və bombalı hücuma görə ABŞ tərəfi İranın cavabdeh olduğunu və məsuliyyət daşıdığını bildirmişdi. Qəzadan sonra ABŞ-nin vermiş olduğu rəsmi əmrdə ABŞ-nin bütün mülkü təyyarə şirkətlərinin İranın hava məkanına daxil olmamağa göstəriş vermişdir.

Sərnişinlər +Təyyarədə olan şəxslərin vətəndaşlıqlarına görə siyahısıNationNumber İkili/Digər 147 2 57Champagne announces international working group to push Iran for answers on downed airliner CBC, January 10, 202011 41012- 4 Cəmi 176

Təyyarə heyəti Ölkə Ad və soyad Vəzifə Naumkin Aleksey Yevgenyeviç Kapitan pilot Qaponenko Vladimir İvanoviç Pilot Xomenko Sergey Anatolyeviç Pilot Statnik Yekaterina Oleqovna Baş bələdçi Matkov İqor Valeryeviç Bələdçi Mikityuk Mariya Mixaylovna Bələdçi Lixno Denis Mixayloviç Bələdçi Ovçaruk Valeriya Yevgenyevna Bələdçi Yuliya Soloqub Bələdçi

Reaksiya İran Təyyarənin vurulmasından sonra İran rəsmiləri təyyarənin texniki nasazlıq səbəbiylə qəzaya uğradığını bildirsə də, 11 yanvar tarixində İran silahlı qüvvələrinin Baş qərargahının bəyanatında bildirildi ki, aparılan daxili təhqiqat təyyarənin “insan səhvi nəticəsində” vurulduğunu təsdiqləmişdir. Eyni məlumatı İran xarici işlər naziri Cavad Zərif də öz tvitter səhifəsində bildirmişdir.İran sərnişin təyyarəsini raketlə vurduğunu etiraf etdi -https://virtualaz.org/uzbeuz/154615

Qalereya

İstinadlar

Kateqoriya:2020-ci ildə İran Kateqoriya:XXI əsrdə Tehran Kateqoriya:8 yanvardakı hadisələr Kateqoriya:Boeing 737 Next Generation ilə bağlı qəzalar və insidentlər Kateqoriya:İranda aviasiya hadisələri Kateqoriya:Qalmaqallar Kateqoriya:İslam İnqilabı Keşikçiləri Korpusu