250px|thumb|right|Polşa Çarlığının Rusiya imperiyası tərkibində quberniyları və onların sərhədləri, 1861-ci il. 250px|thumb|right|Polşa-Rusiya sərhədinin müqayisəsi - 1793 - 1921-ci illər. 250px|thumb|right|1921-ci ilin karikaturası. "Belarusiyanın Polşa və bolşeviklər tərəfindən biabırçı şəkildə bölməsi"

Riqa sülh müqaviləsi (1921) — bir tərəfdən RSFSR (Belarusiya SSR-ni də təmsil edirdi), Ukrayna SSR, digər tərəfdən Polşa Respublikası arasında imzalanmmış sülh müqaviləsiРижский договор между Россией и Польшей 18 марта 1921 года — текст договора на сайте «Брестчина».

1921-ci il martın 18-də Riqada imzalanmışdır. Saziş üç tam hüququlu bərabər nüsxədə rus, ukrayna və polyak dillərində tərtib edilmiş və ratifikasiya edildikdən sonra qüvvəyə minmişdir. 1921-ci il aprelin 14-də müqavilə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən, aprelin 15-də - Polşa Respublikası Seymi tərəfindən, aprelin 17-də - Ukrayna SSR-nin Mərkəzi İcraiyyə Komitəsi tərəfindən təsdiq edildi.

Müqavilənin təsdiqlənməsi ilə Sovet-Polşa müharibəsi (1919-1921) də sona çatmış oldu«История внешней политики СССР». Ч. 1: 1917—1945. М., 1966.

Əsas məqamlar Razılaşma RSFSR, Ukrayna SSR, Belarusiya SSR və Polşa Respublikası arasında sərhədləri müəyyən etdi.

Polşa Respublikası müqavilənin şərtlərinə görə Kerzon xəttinin şərqində yerləşən geniş ərazilərə sahib oldu. Bu ərazilər polyak əhalinin azlıq təşkil etdiyi - Qərbi Ukrayna (Volın vilayətinin qərb hissəsi), Qərbi Belarusiya (Qrodno vilayəti) və Rusiya imperiyasının digər əyalətlərinin ərazilərinin bir hissəsi idi.

Tərəflər bir-birlərinə qarşı düşmənçilik fəaliyyəti göstərməyəcəyinə dair öz verdilər. Müqavilədə ticarət sazişlərinin bağlanması barədə danışıqların aparılması barədə bəndlərdə nəzərdə tutulmuşdur .

Sovet tərəfi Polşa Respublikasına 1772-ci il 1 yanvar tarixindən etibarən Polşa Krallığının ərazisindən çıxarılan bütün hərbi qənimətlərin, elmi və mədəni qiymətli əşyaların hamısının geri qaytarılmasına razılıq verdi. Həmçinin Polşa Krallığının Rusiya imperiyasının iqtisadi həyatına verdiyi töhfə müqabilində il ərzində Polşaya 30 milyon qızıl rubl ödəmək öhdəliyi götürdü. Üstəlik sovet hökuməti 18 milyon qızıl rubl dəyərində əmlakı Polşa tərəfinə təhvil verməli idi, bu isə öz növbəsində de-fakto olaraq təzminat (reparatsi) ödənməsi demək idi.. Polşa Respublikası keçmiş Rusiya İmperiyasının bütün borclarından və digər öhdəlikləri üçün məsuliyyətdən azad edilirdi.

Müqavilənin imzalanması 250px|thumb|left| Müqavilənin mətni, 1921-ci il. RSFSR (o cümlədən Belarusiya SSR) və Ukrayna SSR adından müqaviləni imzalayanlar:

Adolf Abramoviç İoffe; Yakov Stanislavoviç Qanetski; Emmanuel İonoviç Quiring; Yuri Mixayloviç Kotsyubinski; Leonid Leonidoviç Obolenski.

Polşa Respublikası tərəfindən imzalayanlar:

Yan Dombski; Stanislav Kauzik; Eduard Lexoviç; Henrix Strasburqer; Leon Vasilevski.

Müqavilə şərtlərinə əməl edilməsi Müqavilənin qüvvəyə minməsindən qısa müddət sonra, Polşa hökumətinin anti-sovet qruplaşmalarına dəstək veməsi, həmçinin sovet hərbi əsirlərinin geri qaytarılmasında gecikmələr və onların saxlanıldığı düşərgələrdəki əlverişsiz vəziyyət, habelə Polşa Respublikası ərazisində yaşayan rusların, ukraynalıların və belarusların hüquqlarına dair razılaşmalara əməl edilməməsi, Sovet tərəfi Polşa Respublikasına müqavilənin şərtlərini yerinə yetirməsi ilə bağlı iddia qaldırdı.

İstinadlar

Ədəbiyyat Dąbrowski, Stanisław. "The Peace Treaty of Riga." The Polish Review (1960) 5#1: 3-34. Online Davies, Norman, White Eagle, Red Star: the Polish-Soviet War, 1919–20, Pimlico, 2003, . (First edition: New York, St. Martin's Press, inc., 1972.) Materski, Wojciech. "The Second Polish Republic in Soviet Foreign Policy (1918-1939)." Polish Review 45.3 (2000): 331-345. online Traktat ryski 1921 roku po 75 latach, Wydawnictwo Uniwersytetu Mikołaja Kopernika, Toruń 1998, (Chapter summaries in English) Photocopies of the Polish version of the Treaty. Dziedzictwo.polska.pl

Xarici keçidlər — сборник документов, включающий текст Рижского договора

Kateqoriya:Sovet-Polşa müharibəsi Kateqoriya:1921-ci ildə Latviya Kateqoriya:1921-ci ilin beynəlxalq müqavilələri Kateqoriya:Belarusun müqavilələri Kateqoriya:Polşanın müqavilələri Kateqoriya:Rusiyanın müqavilələri Kateqoriya:Avropa tarixi Kateqoriya:Ukraynanın müqavilələri Kateqoriya:Ukrayna Sovet Sosialist Respublikasının müqavilələri Kateqoriya:SSRİ tarixi Kateqoriya:18 martdakı hadisələr