Gülnarə Əhmədova (tam adı: Gülnarə Allahverdi qızı Əhmədova; ) — Azərbaycan alimi, ARETN akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasının müdiri, kimya elmləri doktoru, dosent.http://www.nkpi.az/?page=read&id=1484
Ümumi məlumatlar Gülnarə Allahverdi qızı Əhmədova 1959-cu il oktyabrın 20-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1977-ci ildə Bakıdakı 134 №-li orta məktəbi bitirmiş və Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) kimya-texnologiya fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1982-ci ildə həmin fakültəni "Neft və qazın kimyəvi emalı" ixtisası üzrə bitirmiş (ona mühəndis kimyaçı-texnoloq kvalifikasiyası verilmişdir), təyinatla Azərbaycan Elmlər Akademiyası Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna (NKPİ) işə göndərilmişdir. Elmi fəaliyyətə akademik V.S.Əliyevin rəhbərlik etdiyi laboratoriyada mühəndis vəzifəsində başlamışdır. 1986–1989-cu illərdə həmin laboratoriyada qiyabi aspirantura təhsili keçmiş, akademik V.S.Əliyevin və k.e.n. Z.H.Əsədovun rəhbərliyi ilə dissertasiya işini yerinə yetirmişdir. G.A.Əhmədovanın namizədlik işi neft sənayesində müxtəlif məqsədlərlə istifadə oluna bilən akrilat tipli oliqomer və polimer təbiətli yeni səthi-aktiv maddələrin (SAM) alınmasına, tədqiqinə və tətbiqinə yönəldilmişdir. Alınmış SAM-lar yeraltı laylardan neftin sıxışdırılıb çıxarılma əmsalının artırılmasında, neft quyularının qazılması zamanı qazma məhlullarının fiziki-mexaniki göstəricilərinin stabilləşdirilməsində, qazma zonasının izolə edilməsində, ətraf mühiti hidrogen sulfidlə çirkləndirən sulfatreduksiyaedici bakteriyaların həyat fəaliyyətinin qarşısının alınmasında yüksək effektivlik göstərmişlər. 1991-ci ildə Ümumittifaq Elmi-tədqiqat "Olefinlər" İnstitutunda "Yüksək molekullu birləşmələr kimyası" ixtisası üzrə namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir.
Əsas elmi fəaliyyətləri 1992-ci ildən elmi fəaliyyətini elmi işçi, 1995-ci ildən böyük elmi işçi, 2002-ci ildə aparıcı elmi işçi vəzifəsini icra edən kimi davam etdirmişdir. 2003-cü ildə isə kimya elmləri doktoru, professor Z.H.Əsədovun rəhbərlik etdiyi "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasının aparıcı elmi işçi, 2013-cü ildə baş elmi işçi vəzifəsinə təsdiq edilmişdir. 2020-ci ildən həmin laboratoriyanın müdiri vəzifəsində çalışır.
2000-ci ildə "Yüksək molekullu birləşmələr kimyası" ixtisası üzrə baş elmi işçi elmi adı almışdır.
2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının NKPİ-da "Ali birəsaslı karbon turşuları və spirtlər, azotlu əsaslar və epixlorhidrin əsasında oliqomer səthi aktiv maddələrin alınması və xassələri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. "Neft-kimya" ixtisası üzrə yerinə yetirilmiş bu iş hidrosferi və atmosferi xeyli çirkləndirən, su-hava sərhədində qaz və enerji mübadiləsini pisləşdirməklə nəticədə ekoloji tarazlığı pozan və ətraf mühit üçün təhlükə mənbəyi olan nazik neft təbəqələrini su hövzələri səthindən effektiv şəkildə kənar etməyə imkan verən yeni səthi-aktiv neftyığıcı və neftdispersləyici reagentlərin sintezi, tədqiqi və tətbiqinə həsr edilmişdir.
Alınmış effektiv SAM-lar ətraf mühitin təmizliyinin qorunması üçün vacib olan neftyığma və dispersləmə qabiliyyətinə malikdir ki, bu, "Neftqazelmitədqiqatlayihə" İnstitutunda laboratoriya, "Neft Daşları" və "Muradxanlı" Neftqazçıxarma idarəsində, "Xəzərdənizneftdonanma" idarəsinin Gəmi Təmiri zavodunun akvatoriyasında təcrübə-sənaye sınaqları ilə təsdiq edilmişdir.
Elmi Tədqiqatları G.A.Əhmədova 300-dən artıq elmi əsərin, o cümlədən 5 kitabın və 7 elmi ixtiranın həmmüəllifidir. Onun elmi məqalələri Rusiya, ABŞ, İngiltərə, Cənubi Koreya, Türkiyə, İran və digər ölkələrin tanınmış jurnallarında dərc edilmişdir. Onun bir çox elmi forumlara təqdim etdiyi məruzə materialları və tezisləri Almaniya, Fransa, İtaliya, Çin, Avstriya, Çexiya, Sloveniya, Avstraliya, Rusiya və bir sıra başqa ölkələrdə çap olunmuşdur.
Elmi – təşkilati fəaliyyəti 2011–2018 illərdə Moskva Dövlət Universitetinin bakalavr pilləsində təhsil alan tələbələrinin diplom işlərinin rəhbəri olmuşdur. NKPİ-nin Dissertasiya Şurası nəzdində fəaliyyət göstərən Birləşmiş Elmi Seminarının üzvüdür. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ARETN-nin akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.16 Dissertasiya Şurasının üzvüdür.
Əsas elmi əsərlərin adları Z.H.Asadov, Kh.A.Huseynova, R.A.Rahimov, G.A.Ahmadova, F.I.Zubkov Alkyl chain and head-group effect of mono- and diisopropylolalkylamine-polymethacrylic acid complexes in aqueous solution // Journal of Molecular Liquids 2017, 244, pp. 533–539. Z.H. Asadov, G.A.Ahmadova, R.A.Rahimov, A.Z.Abilova, I.G.Nazarov, F.I.Zubkov Surface activity, adsorption, and micellization parameters of ammonium surfactants containing a hydroxyethyl and hydroxypropyl head group // Journal of Chemical and Engineering 2017, 62(10), pp.3297–3305. Z.H. Asadov, R.A.Rahimov, G.A.Ahmadova, S.M.Huseynova, S.F.Ahmadbayova Synthesis and Surface-Active Properties of the Fatty Acid N-Methylethylolamides and Their Phosphate Derivatives // Journal of Dispersion Science and Technology 2017, 38, No. 2, pp. 229–235. Asadov Z.H., Ahmadova G.A., Rahimov R.A., Abilova A.Z., Zargarova S.H., Zubkov F.İ. Synthesis and Properties of Quaternary Ammonium Surfactants Based on Alkylamine, Propylene Oxide and 2-Chloroethanol // Journal of Surfactants and Detergent 2018, 21, pp. 247–254. Asadov Z.H., Ahmadova G.A., Rahimov R.A., Huseynova S.M., Suleymanova S.A., Ismailov E.H., Zubkov F.I., Mammadov A.M., Agamaliyeva D.B. Effect of Spacer Nature on Surface Properties of New Counterion Coupled Gemini (Cocogem) Surfactants Based on Dodecyldiisopropylol Amine and Dicarboxylic Acids // Journal of Colloids and Surfaces A: Physicochemical and Engineering Aspects 2018, 550, pp. 115–122. Asadov Z.H., Ahmadova G.A., Zubkov F.İ., Rahimov R.A. Properties of propoxy derivatives based on the acidic fraction of coconut oil // Journal of Dispersion Science and Technology 2018, 39, No. 2, pp. 214–219. G.A.Ahmadova, A.Z.Abilova, R.A.Rahimov, Z.H.Asadov, S.F.Ahmadbayova Influence of head-group composition and (chloro)propoxy units disposition consequency on properties of surfactants based on lauric acid, propylene oxide, epichlorohydrin and ethanolamines // Materials Chemistry and Physics, 2018, 205, pp. 416–422. Asadov Z.H., Ahmadova G.A., Rahimov R.A., Huseynova S.M., Quliyev A.D., Aliyev B.M., Agamaliyeva D.B., Ahmadbayova S.F Counterion Coupled Gemini (Cocogem) Surfactants Based on Dodecylisopropylol Amine and Dicarboxylic Acids: Synthesis, Characterization and Evaluation as Biocide Against SRB // Journal of Chemical Engineering Communications, 2019, 206, No. 7, pp. 861–870 Z.H.Asadov, G.A.Ahmadova, R.A.Rahimov, S-Z.F.Hashimzade, E.H.Ismailov, N.Z.Asadova, S.A.Suleymanova, F.I.Zubkov, A.M.Mammadov, D.B.Agamaliyeva Micellization and Adsorption properties of New Cationic Gemini Surfactants Having Hydroxyisopropyl Group // Journal of Chemical & Engineering Data 2019, 64, pp. 952−962. Z.H.Asadov, G.A.Ahmadova, R.A.Rahimov, S-Z.F.Hashimzade, Sh.M.Nasibova, E.H.Ismailov, N.Z.Asadova, S.A.Suleymanova, S.Muradova, N.Z.Asadova, F.I.Zubkov Synthesis, Colloidal-Chemical and Petroleum Collecting Properties of New Counterion Coupled Gemini Surfactants Based on Hexadecylbis(2-hydroxypropyl)amine and Dicarboxylic Acids // Colloids and Surfaces A: Physicochemical and Engineering Aspects, Colloids and Surfaces A 2019, 575, pp. 212–221. Asadov Z.H., Ahmadova G.A., Rahimov R.A., Hashimzade S.-Z.F. Abdullayev Y., Ismailov E.H., Suleymanova S.A., Asadova N.Z., Zubkov F.I., & Autschbach, J. (2020). Aggregation and antimicrobial properties of gemini surfactants with mono- and di-(2-hydroxypropyl)ammonium head-groups: Effect of the spacer length and computational studies. Journal of Molecular Liquids, 302, 112579. https://doi.org/10.1016/j.molliq. 2020.112579 Ahmadova G.A., Rahimov R.A., Abilova A.Z., Huseynova Kh.A., İmanov E., Zubkov F.I. (2021). Effect of head-group of cationic surfactants and structure of ionic groups of anionic polyelectrolyte in oppositely charged polymer–surfactant complexes. Colloids and Surfaces A: Physicochemical and Engineering Aspects, 613, 126075. https://doi.org/10.1016/j.colsurfa.2020.126075 Z.H. Asadov, G.A. Ahmadova, R.A. Rahimov, S-Z.F.Hashimzade, Y.Abdullayev, E.H. Ismailov, S.A.Suleymanova, N.Z.Asadova, F.I.Zubkov, J.Autschbach Aggregation and Antimicrobial Properties of Gemini Surfactants with Mono- and Di-(2-Hydroxypropyl)ammonium Head-Groups: Effect of the Spacer Length and Computational Studies Journal of Molecular Liquids, 2020, vol. 302, 112579. 10.1016/j.molliq.2020.112579 G.A.Ahmadova, R.A.Rahimov, A.Z.Abilova, Kh.A.Huseynova, E.İmanov, F.İ.Zubkov Effect of head-group of cationic surfactants and structure of ionic groups of anionic polyelectrolyte in oppositely charged polymer-surfactant complexes Colloids and Surfaces A: Physicochemical and Engineering Aspects, 2021, vol. 613, 126075. https://doi.org/10.1016/j.colsurfa.2020.126075 Rahimov R.A., Ahmadova G.A., Huseynova Kh.A., Mammadov R.Kh., Asadova N.Z., Abdullayev Y., Ibrahimova M.J., Gurbanov A., Zubkov F.I. (2021). Synthesis, aggregation, and biocidal properties of N-2-hydroxypropyl piperidine based cationic surfactants. Journal of Molecular Liquids, 344, 117783. https://doi.org/10.1016/j.molliq.2021.117783 Rahimov R.A., Ahmadova G.A., Huseynova Kh.A., Mammadov R.X., Asadova N.Z., Abdullayev Yu., Ibrahimova M.J., Gurbanov A., Zubkov F. Synthesis, aggregation, and biocidal properties of N-2-hydroxypropyl piperidine based cationic surfactants Journal of Molecular Liquids 344 (2021) 117783. https://doi.org/10.1016/j.molliq.2021.117783 Rahimov R.A., Ahmadova G.A., Isayeva A.M., Rustamova I.V., Agamaliyeva D.B., Zubkov F.I. Anionic cocogem surfactants containing propyl-2-ol groups: Synthesis, surface properties and antibacterial activity against SRB bacteria Egyptian Journal of Petroleum. (2023, 32, pp. 15-21. https://doi.org/10.1016/j.ejpe.2022.12.001 Rahimov R.A., Ahmadova G.A., Isayeva A.M., Rustamova I.V., Agamaliyeva D.B., Zubkov F.I. (2023). Anionic cocogem surfactants containing propyl-2-ol groups: Synthesis, surface properties and antibacterial activity against SRB bacteria. Egyptian Journal of Petroleum, 32, 15–21. https://doi.org/10.1016/j.ejpe.2022.12.001 E.E.Hasanov, R.A.Rahimov, G.A.Ahmadova, S.A. Muradova, A.V.Gurbanov. Dissipative particle dynamics simulation and experimental studies of pseudo-gemini surfactants with different hydrophobic chain lengths. Journal of Molecular Liquids. 411. 2024. https://doi.org/10.1016/j.molliq.2024.125766 Hasanov E.E., Rahimov R.A., Ahmadova G.A., Muradova S.A., Gurbanov A.V. (2024). Dissipative particle dynamics simulation and experimental studies of pseudo-gemini surfactants with different hydrophobic chain lengths. Journal of Molecular Liquids, 411, 125766. https://doi.org/10.1016/j.molliq.2024.125766 Mammadova Kh.A., Mursalov N.I., Rahimov R.A., Ahmadova G.A. (2024). Inhibitory effect of cocogem surfactants based on C18 carboxylic acids on corrosion of carbon mild steel in CO₂ medium. Arabian Journal for Science and Engineering, 49, 8383–8397. Rahimov R.A., Tagiyeva K., Ahmadova G.A., Ahmadbayova S.F., Afandi, T., Guliyeva, T.Kh., Aliyeva N., Muradova S. (2024). Antimicrobial and aggregation properties of asymmetric gemini surfactants based on 1-(2-hydroxypropyl)-4-ethyl piperazine and alkyl bromides. Journal of Dispersion Science and Technology, 1–7. https://doi.org/10.1080/01932691.2024.2402377 Mammadova Kh.A., Mursalov N.I., Rahimov R.A., Ahmadova G.A. Inhibitory effect of cocogem surfactants based on C18 carboxylic acids on corrosion of carbon mild steel in CO2 medium. Arabian Journal for Science and Engineering. 2024. Vol. 49, pp. 8383–8397