Solomon Mixayloviç Mixoels ( — Şloyme Mixoels, əsl soyadı Vovsi,) — yəhudi teatrında sovet teatr aktyoru və rejissoru, teatr pedaqoqu, ictimai xadimi, SSRİ xalq artisti(1939)Звание присвоено Указом Президиума Верховного Совета СССР от 31.03.1939 «О присвоении С. Михоэлсу звания народного артиста СССР», İkinci dərəcəli Stalin mükafatı laureatı(1946).

1948-ci ildə o, İosif Stalinin əmri ilə SSRİ DTN əməkdaşları tərəfindən qətlə yetirilmişdir. Qətl yol-nəqliyyat qəzası kimi qələmə verilmişdir. Həyatı 259px|thumb|left|Mixoelsin anadan olduğu Dvinskdə Postoyalnaya küçəsindəki ev (hazırda Dauqavpilsdə, Mixoels 4 ünvanı) 1890-cı il martın 4-də (16) Dinaburgda (indiki Dauqavpils, Latviya) ağac tədarükçüsü Mixel İdel-Zeliković Vovsi və həyat yoldaşı Eti Meerovna (Leibovna) Vovsinin ailəsində anadan olmuşdur Метрические записи и ревизские сказки семьи Вовси доступны на сайте еврейской генеалогии JewishGen.org. В различных записях отчество матери указывается как Мееровна и Лейбовна.. Atası ikinci gildiya taciri İdel-Zelik Mixeleviç Vovsinin oğlu idi (1817 -?). Ailə Postoyalnaya küçəsindəki 107 nömrəli evdə yaşayırdı.

1903-cü ildə heder (oğlanlar üçün yəhudi ibtidai dini məktəbi) məzunu oldu. Aktyorun özünün dediyinə görə, "yalnız on üç yaşında sistematik olaraq dünyəvi elmləri və rus dilini öyrənməyə başlamışdır". 1905-1908-ci illərdə Riqa Real Məktəbində oxumuşdur. Həvəskar tamaşalarda iştirak etmiş, müstəqil şəkildə gimnaziyalarda konsert vermişdir. 1909-1910-cu illərdə - Riqada repititorluqla məşğul olmuşdur . 1911-1913-cü illərdə Kiyev Ticarət İnstitutunda (indiki Vadim Getman adına Kiyev Milli İqtisad Universiteti) oxumuş, lakin onu bitirə bilməmişdir. O, tələbə iğtişaşlarında iştirak etdiyinə görə oradan qovulmuşdur. 1915-1918-ci illərdə Petroqrad Universitetinin Hüquq fakültəsində oxumuşdur.

1918-1919-cu illərdə Petroqradda təşkil edilmiş A.M.Qranovskinin yəhudi incəsənəti məktəbində təhsil almışdır. 1919-cu ildən - Yəhudi Teatr Studiyasının (Yəhudi Kamera Teatrı) səhnəsində çıxış etmişdir. O, özünün "İnşaatçı", "Kor" pyesində Meterlink (A.Qranovskinin qruluşunda), Ş.Aşanın "Amnon" və "Tomor", K.Quçkovun "Uriel Akosta" tamaşalarında oynayıb.

1920-ci ildə studiya ilə birlikdə Moskvaya köçmüşdür. 1925-ci ildə studiya Moskva Dövlət Yəhudi Teatrına çevrildi (Moskva DYT). 1928-ci ildə yəhudi teatrı ilə birlkdə Almaniya, Fransa, Belçika, Hollandiya və Avstriyada qastrol səfərlərində olmuşdur. 1929-cu ildə A.Qranovskinin xaricdən qayıtmaması səbəbi ilə bu teatrın bədii rəhbəri və baş rejissoru vəzifəsinə keçmişdir.

1931-ci ildən teatr işi ilə yanaşı teatr məktəbində müəllimlik də etmişdir (sonradan - Moskva Dövlət Yəhudi Teatr Məktəbi (MDYTM), 1941-ci ildən - professor «Присуждение учёных званий выдающимся мастерам театрального искусства». «Известия» № 87 (7463) от 13 апреля 1941 года).

1939-cu ildən - SSRİ Xalq Komissarları Sovetində İncəsənət Komitəsinin Bədii Şurasının üzvü olmuşdur.

Müharibə illərində Yəhudi Teatrı ilə birlikdə 1941-ci ildə Daşkəndə evakuasiya edilmişdir. Burada o, təkcə Yəhudi Teatrının deyil, eləcə də Hamzə adına Özbək Dram Teatrının və Özbəkistan Dövlət Opera və Balet Teatrının işində yaxından iştirak etmişdir.

1942-ci ilin fevralında Sovet rəhbərliyinin təşəbbüsü ilə "dünyadakı yəhudi xalqını faşizmə qarşı mübarizəyə cəlb etmək" üçün Yəhudi Anti-Faşist Komitəsi (YAFK) yaradıldıqda bu komitənin ilk sədri olmuşdur. 1943-cü ildə SSRİ-nin hərbi əməliyyatlarına maliyyə dəstəyi almaq və təbliğat tapşırıqları ilə YAFK xətti ilə ABŞ, Kanada, Meksika və Birləşmiş Krallığa səfərlər etmişdir. 250px|thumb|left|İ.Ferfer, A.Eynşteyn və S.Mixoels 1943-cü ildə ABŞ-də 1944-cü ilin fevralında İ.Fefer və Ş.Epşteynlə birlikdə Krımda yəhudi muxtariyyətinin təşkili xahişi ilə İ.Stalinə məktub yazmışdır.

Ümumrusiya Teatr Cəmiyyəti Rəyasət Heyətinin və İncəsənət İşçiləri İttifaqının Mərkəzi Komitəsinin üzvü idi.

Qətli

Ölümündən dərhal sonra ictimaiyyətə yayılan rəsmi versiyaya görə, S.Mixoels 1948-ci il yanvarın 12-dən 13-nə keçən gecə Minskə ezamiyyətdə olarkən həmkarı, teatrşünas V.İ.Qolubov (Potapov) ilə birlikdə qəza nəticəsində həlak olmuşdur. Belə ki, onları ehtiyatsızlıq nəticəsində yük maşını vurmuşdur. S.Mixoels dövlət səviyyəsində dəfn edildi və onun xatirəsinə aid kolleksiyalar buraxıldı. Yəhudi Teatrına onun adı verildi (1949-cu ilin əvvəlində adı çıxarıldı). Lakin 1953-cü ildə İ.Stalinin ölümündən sonra Mixoelsin həlak olmasının bədbəxt hadisə nəticəsində deyil, qətlə yetirildiyi məlum oldu.

Qətlin səbəbi Tədricən Stalində baş qaldıran antisemitizmi və özünə qəsd etmiş arvadı Nadejda Aliluyevanın qohumlarına bəslədiyi nifrəti bilən Dövlət Təhlükəsizlik naziri Viktor Abakumov Stalinin özünə və ailəsinə qarşı sionist sui-qəsdinin hazırlandığı işini saxtalaşdırdı. 1946-cı ilin sonundan etibarən, o, Amerika kəşfiyyatının göstərişi ilə "yəhudi millətçisi" Mixoels tərəfindən Stalin haqqında şəxsi məlumat toplamaq məqsədi ilə mütəmadi olaraq İsaak Qoldşteinin qızı Svetlana və əri Qriqori Morozov ilə görüşməsi barədə Stalini məlumatlandırırdı .

Qoldşteyn Mixoels ilə onun rəhbərlik etdiyi Yəhudi Anti-Faşist Komitəsinin üzvü Zaxar Qrinberq vasitəsilə tanış olmuşdu. Mixoels Qoldşteynlə Stalinin qızı və əri ilə əlaqələrini müzakirə etmişdi, çünki o, qohumları vasitəsi ilə SSRİ-dəki yəhudilərin problemləri barədə Stalini məlumatlandıracağına ümid edirdi . 1947-ci il dekabrın 10-da Abakumovun Stalinə məruzəsindən sonra Nadejdanın bacısı Yevgeniya Aliluyeva həbs edildi. Ardınca Aliluyevanın digər qohumları və yaxınları həbs olundu. Dekabrın 16-da Yevgeniya Qoldşteyn əleyhinə ifadə verdi və dekabrın 19-da o, saxlanıldı .

Dekabrın 23-də Abakumov Stalinin Vyaçeslav Molotov, Georgi Malenkov, Lavrenti Beriya, Andrey Jdanov, Aleksey Kuznetsov, Nikolay Voznesenski, Aleksey Kosıgin, daxili işlər naziri Sergey Kruqlov və maliyyə naziri Arseniy Zverevin Kremldə görüşündə iştirak etdi. Tarixçi Gennadi Kostırçenko hesab edir ki, Abakumov bu görüşə Qoldşteynin sui-qəsd etirafını gətirmişdi.

Dekabrın 27-də Qrinberq həbs edildi . Bundan əlavə sistematik döyülmələr və işgəncə hesabına istintaqçılar Qoldşteyn və Qrinberqdən Mixoelsin əleyhinə ifadə aldılar. 1948-ci il yanvarın 9-da dindirilmələrin protokolları Stalinə təqdim edildi .

Stalinin qərarı 1947-ci il dekabrın 27-də axşam çağı Stalin Abakumov və müavini general-leytenant Sergey Oqoltsovla gizli görüş keçirdi. Bu görüş Stalinin nazir arasındakı digər görüşlərdən fərqli olaraq, kənar şəxslər olmadan keçirildi və adi günlərdə olduğundan daha uzun sürdü - 20:20-dən 21:35-dək. Sonradan Abakumov və Oqoltsov ifadələrində bildirmişdilər ki, bu söhbət əsnasında Stalinin onlara Mixolesi öldürməyi və bunun avto qəza kimi təqdim edilməsini əmr etmişdir . Abakumovdan Mixoelsin Minskə qarşıdakı səfəri haqqında məlumat aldıqdan sonra, 1948-ci il yanvarın 6-da Stalin telefonla Mixoelsi öldürmək və bunun avtomobil qəzasısı hadisəsi kimi təqdim etmək əmrini təsdiqlədi . Dolayı olaraq bu söhbətin məzmununu Stalinin qızı Svetlana Aliluyeva təsdiqləmişdir.

Kostırçenko qətlin baş verdiyi gecə Siyasi Büro iclasının da keçirildiyini də qeyd edir. O, belə hesab edir ki, Stalin iclas iştirakçılarını dövlətin qisası aktı kimi təqdim edərək qətl barədə məlumatlandırmışdı. Çünki yanvarın 10-da Stalinin şəxsi köməkçisi Aleksandr Poskrebışev Abakumovun hazırladığı Mixoelsin casusluq ittihamlarını əks etdirən dindirmə protokollarını Siyasi Büro üzvlərinə və namizədlərinə göndərmişdi.

Əməliyyatın hazırlanması Oqoltsov sonradan Belarusun Dövlət Təhlükəsizlik Naziri Lavrenti Sanavaya deyirdi ki, əvvəlcə Mixoelsin Moskvada aradan götürülməsi qərara alınmışdı, lakin o, nadir hallarda tək qaldığından bu plandan imtina etməli olmuşdular .

Belə ehtimal edilir ki, əməliyyat yerinin Minsk olaraq seçilməsini Dövlət Təhlükəsizlik Nazirliyi planlaşdırmışdır. Elə bu səbəbdən Təhlükəsizlik Nazirliyinin məlumatlancısı “Potapov” təxəllüsü ilə dərc olunan teatrşünas Vladimir İliç (Volf Qilkoviç) Qolubov Mixoelsi Leninqrad əvəzinə Minskə getməyə razı salmışdı. Bu ehtimalı yazıçı Aleksandr Borşaqovski və tarixçi Jores Medvedev irəli sürürlər. Lakin tarixçi Gennadi Kostırçenko bununla razılaşmır, çünki 1953-cü ilin martında Beriya tərəfindən yaradılan istintaq komissiyasının materiallarında bu versiya təkzib olunur. Bu materiallara görə, Minskdə qətlin həyata keçirilməsinə dair qərar Mixoelsin gələcək səfəri barədə məlumat alındıqdan sonra qəbul edilmişdir .

Əməliyyatın planı və tərkibi Stalinlə razılaşdırılmışdır. Əməliyyata rəhbər general Ogoltsov təyin edilmişdir . Oqoltsovdan başqa əməliyyat qrupuna bu şəxslər daxil idi: SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin 2-ci Baş İdarəsinin "2-Z" şöbəsinin müdiri (xarici vətəndaşlarla əlaqəli qurumların əməliyyat məqsədləri üçün istifadəsinə nəzarət edən şöbə) Fedor Şubnyakov ; SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin generalı Pavel Sudoplatovun rəhbərlik etdiyi DR təxribat şöbəsinin iki zabiti - polkovnik Vasili Lebedev və baş leytenant Boris Kruqlov; Oqoltsovun katibi mayor Aleksandr Kosırev; Belarusiya Dövlət Təhlükəsizlik Nazirliyinin mayoru Nikolay Povzun.

Şubnyakov, Lebedev, Kruqlov və Kosırev Oqoltsovla birlikdə yanvarın 8-də Moskvadan avtomobilə Minskə yola düşdülər. Povzun qrupa Belarusiya Dövlət Təhlükəsizlik Nazirliyinin üzvü kimi daxil idi . Stalinin əmrinin təsdiqləməsini alan Abakumov, Minskə yola düşmə ərəfəsində, əməliyyat iştirakçılarına təlimatlar verdi. O, Çanavayı Minskdən çağırdı və Belarus Dövlət Təhlükəsizlik Nazirliyinin Stalinin şəxsi təlimatını və hökumətin əhəmiyyətli bir qərarının yerinə yetirməli olduğunu bildirdi .

Minskə gələrək respublika Dövlət Təhlükəsizlik Nazirliyininə baş çəkmədən qrup birbaşa Sanavanın bağında məskunlaşdı. İlk 3 gündə Lebedev, Kruqlov və Şubnyakov Mixoelsi izlədilər və gələcək qətl üçün hazırlıqlar gördülər .

Şubnyakovun sonradan yazdığı kimi, "Mixoels həmişə yerli ziyalıların böyük bir dəstəsinin əhatəsində olurdu. O, tez-tez Belarus Nazirlər Sovetinin avtomobilindən istifadə edirdi və İncəsənət Komitəsinin işçiləri onun yanından ayrılmırdı". Buna görə də Qolubov-Potapovun xidmətindən istifadə edərək aktyorun qaçırılması ilə bağlı qərar verildi. Bunun üçün Şubnyakov agentlə görüşdü və ona Mixoelsi Minskdə yaşayan uydurma bir şəxsi dostunu ziyarət etməyə inandırmağı tapşırdı .

Hadisələrin gedişi 300px|thumb|right|Qətllə əlaqəli yerlər 1948-ci il yanvarın 2-də Mixoels ezamiyyət vərəqəsinin aldı və yanvarın 7-də Qolubov-Potapov ilə qatarla Moskvadan Minskə yola düşdü . Onlar Stalin mükafatına namizəd olan Minsk teatrlarının tamaşalarında iştirak etməli idilər. Baxılmalı iki tamaşa var idi: əsas partiyasını Larisa Aleksandrovskayanın oynadığı Yevgeni Tiqotskinin "Alesiya" operası və Yanki Kupala adına Belarusiya Dram Teatrında Arkadi Movzonun qruluşunda baş rolda Boris Platonovun olduğu "Konstantin Zaslonov" tamaşası. Bu tamaşalara baxış 10 və 11 yanvar tarixlərinə planlaşdırılmışdı.

Yanvarın 8-də Mixoels və Qolubov Minskə onlarla bir gələn SSRİ İncəsənət Komitəsinin partiya təşkilatının katibi İllarion Baraşko ilə Belarus otelində yerləşdilər. Orada Dram Teatrının rəhbərliyi tərəfindən Mixoelsin şərəfinə ziyafət təşkil edildi .

Yanvarın 9-da, cinayətin ertəsi günü səhər saatlarında Sanavanın Moskvaya göndərdiyi xəbərə görə, Mixoels və Qolubov teatrda "Tevye-moloçnik" tamaşasına baxmış, sonra isə “tamaşa iştirakçıları ilə birlikdə Zarya restoranında səhər 4-ə qədər içki məclisi qurmuşdular” .

Ardınca Sanava yazır :

Yanvarın 12-də axşam rejissor Viktor Qolovçinerin də olduğu otel nömrəsinə bir telefon zəngi edildi. Qolubov telefonu götürdü və danışdıqdan sonra tələbə yoldaşının onu toya dəvət etdiyini və mütləq Mixoels ilə birlikdə getməli olduğunu bildirdi.