Suhaee Abro (d. 13 may, 1994, Kəraçi, Pakistan) — Pakistanlı rəqqas və aktrisa.
Haqqında Suhaee Abro 13 may, 1994-cü il tarixində Pakistanın Kəraçi bölgəsində anadan olub. Anası Attiya Davud məşhur şairədir."Evening of delightful dance". Dawn. 6 March 2011. Atası Xuda Bux Abro onu dünyanın müxtəlif növ musiqiləri ilə tanış edib. Abro onun klassik rəqs təlimlərinə 7 yaşından başlayıb. Müəllimi Şeema Kermani olub. İlk musiqili videosunu 8 yaşında çəkib.
O, rəqs sahəsində peşəkardır və klassik rəqslər üzrə təlim keçir. Suhaee televiziya tamaşaları, teatrları, sənədli filmləri və musiqili videolar çəkilməsində iştirak edir. 2013-cü ildə 1-ci Hum Mükafatı ilə təltif olunub.
2010-cu ildə quyruq sümüyündən travma alldığına görə əməliyyat olunur. Həkim Abroya rəqs etməməklə bağlı xəbərdarlıq edir. Bu səbəbdən də Abro səhnənin kənarında oturaraq sadəcə əllərini və üzünü tərpətməklə tamaşaçıların alqışlarını qazanırdı. Abroya yeniyetmə yaşlarında epilepsiya diaqnozu qoyuldu.
Fəaliyyəti Bir çox musiqili kliplərdə çıxış edən Abro ilk solo çıxışını 2011-ci ildə edir. Kəraçidə T2F-də bu tədbir baş tutur.
Abro Bxaratanatyam üzrə ixtisaslaşmış, katxak və odissini də öyrənmişdi. Bu rəqs növləri klassik hind rəqsləridir. O həmçinin xareoqrafiya və sufi, xalq, müasir, o cümlədən də digər janrlarda olan klassik rəqsləri ifa edirdi. Abro Nritaal rəqs qrupunun yaradıcısı və rəqs direktorudur.
Rəqs və xoreoqrafiyaları 2001-ci ildən etibarən Suhaee Abro bir çox tədbirlərdə çıxış edib. O tədbirlərdə əvvəlcə iştirakçı kimi çıxış etsə də, artıq 2010-cu ildən əvvəlcə rəcəb Əli Sayed ilə birlikdə Kəraçidə keçirilən tədbirdə, daha sonra 2011-ci ildə yaradılmasında pay sahibi olduğu Nritaal qrupu ilə birlikdə bir çox rəqslərə tərtibat vermişdir. 24 yaşı olmasına baxmayaraq artıq 17 yaşından xoreoqrafiya ilə məşğul olmağa başlamışdır. İlRəqsin keçirilməsiXareoqrafiya və ProdüserKeçirildiyi yer2001–2008Klassik rəqs nümayişiŞeema KermaniKəraçi2008Klassik rəqs gecəsi 'CugalbandiŞeema KermaniKəraçi2006–2011Balet rəqsi, 'Rəqs Karo' Fehmida Riazın poeziyası əsasındaŞeema KermaniKəraçi, Lahor, İslamabad2008–2010Balet rəqsi – Aaj Rung HaiŞeema KermaniKəraçi, Lahor, İslamabad2010Başlanğıclarımıza qayıdışSuhaee Abro və Rajab Ali SayedKəraçi2010Qayıdışı olmayan nöqtəSuhaee Abro və Rajab Ali SayedKəraçi2011–2012Urraan Sey Pehley' (Uçuşdan sonra) 60 dəqiqəlik solo rəqs və musiqi performansı – feminist aşirə Attiya Davudun poeziyası əsasındaSuhaee AbroKəraçi2011Khusrau-i-Nasl-i-Nau' – Rəqs və musiqi performansı Sufi şair Həzrət Əmir Xosrovun əsərləri əsasındaSuhaee Abro və NritaalKəraçi2011FAIZ yubiley tədbir proqramıSuhaee Abro və NritaalKəraçi2013Rəqs Mein Hai Sara Jahan – Dünya Rəqs gününün qeyd olunması ilə bağlı 2013-cü ildə keçirilən tədbirSuhaee Abro (Bəzi rəqs qrupları)Kəraçi2015Lisey məktəbində hər il keçirilən Urdu DramıSuhaee AbroKəraçi
Filmləri 2006-cı ildən etibarən filmlərdə rol almağa başlayan Abro aktrisa kimi də özünü sınamış və indiyə qədər 16 filmdə rol almışdır. 2014–2015-ci illərdə karyerasında qısa fasilə yaransa da son illərdə baş rolu ifa etdiyi Mənim saf yurdum filmi qadın mübarizliyini ifadə edən ən gözəl filmlərindən biri olmuşdur. Belə ki, Britaniyanın Pakistan əsilli kinorejissoru Sarmad Məsudun çəkdiyi bu filmdə o, baş rolda Nazo Dharejonu canlandırmışdır. Nazo Dharejo öz kişi qohumlarına qarşı təsərrüfat torpağını müdafiə etdiyinə görə "Pakistanın ən mübariz qadını" ünvanına sahibdir. O həm də Pakistan Müsəlman Liqası partiyası tərkibində aktiv siyasi fəaliyyət göstərir. İlTeleviziya filmiRoluKanal2006GuddiGuddiHum TV2007ShaliShaliHum Tv2007Amtul Ki GaliMaria Wasti's daughterARY Digital2008Bhopal wali BilquisMunniHum TV2009Meri BetiKaaliHum TV2011SanjhaSanjhaHum TV2012Tum Mujh mein Zinda hoNimra Bucha's teenageExpress Entertainment2012Jashn ka Din HaiInshaExpress Entertainment2012AnamtaAnamtaHum TV (Not aired yet)2012Kis Mausam ki Talash MainAashiHum TV2013Mann Ke MotiHinaGeo TV(Not aired yet)2013Kitni Girrhein Baqi HainKomalHum TV (Not aired yet)2013Jannat Ki JannatJannat(Not aired yet)2016–2017Sang-e-Mar MarRakshiHum TV2017Yaqeen Ka SafarNooriHum TV2017Mənim Saf YurdumNazo
İstinadlar