I Georq (; ; ) — Böyük Britaniya və İrlandiya kralı, Hannover kürfürstü. Hannover sülaləsindən olan ilk Britaniya monarxıdır.
Kürfürst Ernst Avqust və Sofiya von Hannoverin ilk övladı kimi 1660-cı ildə Hannoverdə dünyaya gəldi. Atasından və əmilərindən bir çox ünvan və mal-mülk miras aldı. Bütün gənclik illəri boyunca müharibələrdə iştirak etdi və parçalanmış alman mülklərini özünə tabe etdi.
1682-ci ildə əmisi qızı Sofiya Doroteya ilə evləndi. Bu nigahdan 2 övladı olsa da, 1694-cü ildə cütlük boşandı. Bundan başqa məşuqəsi Melusina von Şulenburqdan doğulan 3 nigahdan kənar qızı da vardı.
II Georq Sofiya Doroteya
Anası Sofiya von Hannover İngiltərə kralı I Ceymsin nəvəsiydi və öncə anasının, ardından Britaniya kraliçası Anna Stüartın ölümüylə Britaniya taxt-tacına dəvət edildi. Onun hakimiyyəti illərində monarxiya zəiflədi və ölkə baş nazirin tabeliyindəki müasir hökumət kabineti tərəfindən idarə olundu. Mərhum kraliça Anna Stüartın katolik ögey qardaşını taxta çıxarmaq istəyənlərlə mübarizə apardı. 1727-ci ildə doğulduğu Hannoverə etdiyi səyahət əsnasında vəfat etdi. Ölkə xaricində dəfn olunan son Britaniya monarxıdır.
Mənbə
Ədəbiyyat
İstinadlar
Kateqoriya:XVIII əsr Birləşmiş Krallıq şəxsləri