Narınc Murad qızı Məlikova () — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1940).
Həyatı Narınc Məlikova 1917-ci ildə Şuşa qəzasının Abdal kəndində (hazırkı Ağdam rayonu) anadan olub. O, səhnə yaradıcılığına həvəskar aktrisa kimi 1931-ci ildə başlayıb. 1932-ci ildə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə qəbul olub. Burada 3-cü kursda təhsil alarkən ailə vəziyyəti ilə bağlı olaraq İrəvan şəhərinə köçüb. Oradakı İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışıb.
Aktrisa 1936-cı ildə Bakıya gəlib. O, 1936–1939-cu illərdə Səyyar Kolxoz və Sovxoz Teatrının mövsümi truppasında, 1939–1941-ci illərdə Şəmkir Kolxoz və Sovxoz Teatrında işləyib. 1941–1943-cü illərdə Ağdam Kolxoz və Sovxoz Teatrında, 1943–1949 və 1969–1989-cu illərdə Ağdam Dövlət Dram Teatrında fəaliyyət göstərib. 1949-cu ildə Ağdam teatrı bağlananda Narınc Məlikova Füzuli Dövlət Dram Teatrına dəvət alıb və 1952-ci ildə həmin teatr da fəaliyyətini dayandıranadək orada işləyib. Bundan sonra o, Ağdam dram dərnəyində və onun əsasında yaranmış xalq teatrında aktrisalıq edib. 1953-cü ildən 1969-cu ilədək Ağdam mədəniyyət evində bədii rəhbər işləyib.
Narınc Məlikova 1969-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olub. O, 1990-cı il ilin noyabrında Ağdamda vəfat edib.
Təltif və mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940
İfa etdiyi əsas rollar Ağdam teatrında
Tamaşa Müəllif Rol Sevil Cəfər Cabbarlı Sevil və Dilbər Yaşar Cəfər Cabbarlı Yaqut və Şərəbanu Aydın Cəfər Cabbarlı Gültəkin Oqtay Eloğlu Cəfər Cabbarlı Firəngiz Almaz Cəfər Cabbarlı Almaz Solğun çiçəklər Cəfər Cabbarlı Gülnisə Müsyo Jordan və dərviş Məstəlişah Mirzə Fətəli Axundov Şərəfnisə Hacı Qara Mirzə Fətəli Axundov Tükəz Xırs quldurbasan Mirzə Fətəli Axundov Zalxa Pəri cadu Əbdürrəhim bəy Haqverdiyev Səlimə Ər və arvad Üzeyir Hacıbəyov Minnət xanım Əsli və Kərəm Üzeyir Hacıbəyov Əsli Leyli və Məcnun Üzeyir Hacıbəyov Leyli Məşədi İbad Üzeyir Hacıbəyov Gülnaz Arşın mal alan Üzeyir Hacıbəyov Gülçöhrə Laçın yuvası Süleyman Sani Axundov Gövhər xanım və Pəricahan Eşq və intiqam Süleyman Sani Axundov Həcər xanım Fərhad və Şirin Səməd Vurğun Şirin Vaqif Səməd Vurğun Xuraman Xoşbəxtlər Sabit Rəhman Maral Bahar Məmmədhüseyn Təhmasib Bahar Natəvan Şövkət Məmmədova Natəvan Həyat Mirzə İbrahimov Həyat Qaçaq Nəbi Süleyman Rüstəm Həcər Qatır Məmməd Zeynal Xəlil Gülcamal Vicdan Bəxtiyar Vahabzadə Bahar müəllimə Qaynana Məcid Şamxalov Afət Durna Süleyman Rüstəm və Səid Rüstəmov Durna Arvadımın əri Georgi Xuqayev Mehri
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan aktrisaları