Valiyyə Kazımbəyli () — Gəncə üsyanının iştirakçısı, Milli Birlik Məclisinin üzvü, Cahangir bəy Kazımbəylinin həyat yoldaşı.
Həyatı və fəaliyyəti
Valiyyə Kazımbəyli 1900-cü ildə Gəncə şəhərində anadan olub. Fətəli xan Xoyskinin qardaşı general Hüseynqulu xan Xoyskinin qızıdır. Polkovnik Cahangir bəy Kazımbəyli ilə ailə həyatı qurub. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti dövründə müxtəlif vəzifələrdə çalışıb. Gəncə üsyanında iştirak edib. Üsyan məğlub olduqdan sonra Türkiyəyə mühacirət edib. İkinci Dünya müharibəsi illərində Valiyə xanım almanlara əsir düşmüş Varşava hərbi xəstəxanasında yatan xəstə, yaralı əsgərlərə kömək etmişdir. Qardaşı Zahid xan öz xatirələrində bacısı haqqında bunları qeyd edir:
1943-cü ildə Berlində keçirilən ümum-Azərbaycan qurultayında yaradılmış Milli Birlik Məclisinin üzvü olub. 1947-ci ildə "Milli Birlik" təşkilatının xüsusi tapşırığını yerinə yetirmək üçün Romadan Türkiyəyə göndərilir. O, burada İkinci Dünya müharibəsindən sonra Türkiyədə sığınacaq tapıb gizlənən yüksəkrütbəli azərbaycanlı zabitləri SSRİ əks-kəşfiyyatının əlindən qurtarmaq üçün onları Romaya aparmalı idi. Türkiyədə olarkən atası Hüseynqulu xanın və qardaşı İsgəndər xanın köməyi ilə hərbçi azərbaycanlılara saxta sənədlər düzəldərək 1947-ci ilin aprelin 26-da təyyarə ilə İstanbuldan Romaya yola salınır. Valiyyə xanımla birlikdə 12 nəfər yüksəkrütbəli zabitin olduğu təyyarə Afina üzərində qəzaya uğrayıb. Valiyyə xanım Kazımbəyli İstanbulun Feriköy məzarlığında dəfn edilib.
İstinadlar
Kateqoriya:Polşa azərbaycanlıları Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Milli Birlik Məclisinin üzvləri Kateqoriya:Aviasiya hadisələrində həlak olanlar Kateqoriya:Azərbaycan siyasətçilərinin həyat yoldaşları