Bavaric — Baricah dəniz gəmilərinə görə Bavaric adlandırılan, Qucaratdan olan, Hindistan və Çinə səfər edən ərəb gəmilərini təqib edən Sind dəniz quldurları.Indian Pirates: From the Earliest Times to the Present Day. Rajaram Narayan Saletore. Concept, 1978 - India - p. 18

Haqqındɑ VIII əsrin sonu və IX əsrin bir neçə onilliyi ərzində Oman sahilləri də Bavariclər tərəfindən hücumlara məruz qalırdı. Bu hücumların qarşısı İmam Həsən ibn Abdulla (809-823) tərəfindən dəf edilmişdi.Paolo Costa, Tony J. Wilkinson. The Hinterland of Sohar: Archaeological Surveys and Excavations Within the Region of an Omani Seafaring City. Ministry of Information and Culture, Sultanate of Oman., 1987, p. 17 Bir neçə il sonra isə İmam Muhənnə ibn Cəfər bu cür hücumların qarşısını almaq üçün 300 nəfərlik donanmaya malik olduğunu qeyd edir.The Journal of Oman Studies. Vol. 9. Ministry of Information and Culture, Sultanate of Oman., 1987, p. 17

X əsrin sonu XI əsrdə hind dəniz quldurları daha çox tanınmağa başladılar. Ərəb coğrafiyaçısı və səyyahı Əbu İshaq İbrahim ibn Məhəmməd əl–Farisi əl-İstəxri (850—934), X əsr ərəb coğrafiyaşünas-səyyahı Əbu-l-Qasim ibn Havqəl ən-Nisibi Qətər barədə Qətəriyyə formasında məlumat verir. Onun sözlərinə görə, Qətəriyyədə Sokotra və Qırmızı dənizə yaxın adaların sakinləri məskunlaşmışdı. Bu ərazi Bavaric adlanan hind dəniz quldurlarını tez-tez ziyarət etdiyi məntəqələrdən biri idi. Baricah dəniz gəmiləri cəmdə Bavaric mənasını ifadə edir. Bunu Sir Elliot da təsdiq edir. Onu da sözlərinə görə, Bavaic ərəb sözü olub, sözün kökü ərəb dilində Barica sözündəndir və böyük hərbi gəmi mənasını verir.Journal of the Oriental Institute. Vol. 37. Oriental Institute, Maharajah Sayajirao University., 1987, p. 344

Ensiklopediyaçı alim və mütəfəkkir Əl-Biruni yazır ki, Bavaricin əsası Kaç və Somnatda qoyulmuşdu.The History of India, as Told by Its Own Historians: the Posthumous Papers of the Late Sir H.M. Elliot. Susil Gupta, 1962, p. 144

Samma sülaləsi dövründə İslamı qəbul ediblər. Samma sülaləsi 1335-1520-ci illərdə hakimiyyətdə olub.Laurier Books Limited, Horatio John Suckling, Ceylon: A General Description of the Island, Historical, Physical, Statistical, Asian Educational Services, 1994, p. 132 Bavariclər barədə tarixçi, səyyah Əbülhəsən Əli ibn Hüseyn ibn Əl-Məsudi yazır ki, onlar tez-tez Sokotraya səfər edirlər. İbn Bəttutə isə yazır ki, onlar iri hərbi gəmilərdən istifadə edirdilər. Orta əsr müsəlman alimi, tarixçi, səyyah Əbu Cəfər Məhəmməd ibn Cərir Ət-Təbəri Bavariclərin 866-cı ildə 1 rəhbər (istiyam), 5 atıcı (nəffətun), 1 çörəkçi, 1 dülgər və 39 döyüşçüdən ibarət heyət ilə Bəsrəyə hücumları barədə məlumat verir.George F. Hourani, John Carswell, Arab Seafaring in the Indian Ocean in Ancient and Early Medieval Times, Princeton University Press, 1995, p.114

Bavaric gəmiləri hərbi məqsədlər üçün nəzərdə tutulmamışdır və daha çox abordaj üçün istifadə olunurdu. Abordaj adətən zədələnmiş düşmən gəmisini ələ keçirmək üçün tətbiq edilirdi. Hücum edən gəmi qarmaqla o birinə bağlanır və döyüşün nəticəsi əlbəyaxa vuruşmadan asılı olurdu. Uzaqvuran topların və buxar gəmilərinin meydana çıxması ilə abordaj XIX əsrdən əhəmiyyətini itirmişdir.Абордажъ // Энциклопедический словарь, составленный русскими учеными и литераторами. СПб., 1861.Ахметов Т. На абордаж // Братишка : Ежемесячный журнал подразделений специального назначения. — М.: ООО «Витязь-Братишка», 2013. — № 4. — С. 70-75.

Həmçinin bax

Abordaj Sind əyaləti

İstinadlar

Kateqoriya:Dəniz quldurları Kateqoriya:Gəmi tipləri Kateqoriya:Pakistan tarixi Kateqoriya:İnsan gücü ilə işləyən nəqliyyat vasitələri