ABŞ bayrağı () və ya Amerika bayrağı () — Amerika Birləşmiş Ştatlarının dövlət bayrağı. Növbələşən qırmızı (yuxarıda və aşağıda) və ağ on üç bərabər üfüqi zolaqdan, kantondakı göy dördbucaqlıda (xüsusilə "birliyi" bildirmək məqsədilə) hər sırada altı ulduzun (yuxarıda və aşağıda) beş ulduzla növbələşdiyi doqquz üfüqi sırada düzülmüş əlli ağ və kiçik beşguşəli ulduzdan ibarətdir. Bayraqdakı 50 ulduz ABŞ-nin 50 əyalətini və 13 zolaq Böyük Britaniya Krallığından müstəqilliyini elan edən və ilk ABŞ ştatı olan on üç Britaniya koloniyasını təmsil edir. Bayrağın digər ləqəblərinə Ulduzlar və Zolaqlar (), Köhnə Şərəf () və Ulduzlarla Bəzədilmiş Bayraq () aiddir.

Tarixi

ABŞ bayrağının hazırkı dizaynı 27-cidir, bayrağın dizaynı 1777-ci ildən bəri rəsmi olaraq 26 dəfə dəyişdirilib. 4 iyul 1959-cu ildə 49 ulduzlu bayraq rəsmiləşənə qədər 48 ulduzlu bayraq 47 il qüvvədə olmuşdur. 50 ulduzlu bayraq 21 avqust 1959-cu ildə prezident Eyzenhaver tərəfindən sifariş edilmiş və 1960-cı ildə qəbul edilmişdir. Bu, ABŞ bayrağının ən çox istifadə edilən versiyasıdır və ildən çox müddətdir istifadə olunur.

İlk bayraq

Kontinental Konqres 1776-cı ilin iyulunda istiqlal bəyannaməsindən bir il sonra "göy sahədə olan ağ ulduzlar" bayrağını rəsmi şəkildə qəbul etdi. Həmçinin "Kontinental Rənglər" kimi də tanın bu bayraq tarixən ilk milli bayraq olaraq qəbul edilir.

Kontinental Hərbi Dəniz Qüvvələri Rəngləri ABŞ İstiqlal müharibəsində pərvazlanan xalqın dəniz bayrağı kimi qaldırdı; ehtimal ki, əvvəlki qırmızı Britaniya dəniz bayrağına ağ zolaqlar əlavə etmiş və özündən sonrakı de-yure dizaynların əsasını təşkil etdiyi 1777-ci ilə qədər istifadə etmişdilər.

İlk dəfə "Böyük İttifaq" adı Corc Prebl tərəfindən özünün 1872-ci ildə nəşr olunan ABŞ bayrağının tarixi () əsərində Kontinental Rənglərə tətbiq edilmişdir.

Bayraq dövrün Britaniyanın Ost-İndia Kompani bayrağına çox bənzəyir və Ser Çarlz Fosett 1937-ci ildə şirkətin bayrağının dizaynına ilham verdiyini qəbul etdi. Hər iki bayraq vaxtilə Britaniya İmperiyası tərəfindən istifadə edilən üç dəniz bayrağından biri olan qırmızı Britaniya dəniz bayrağına ağ zolaqlar əlavə edərək asanlıqla inşa edilə bilərdi. Baxmayaraq ki, Ost-İndia Kompani bayrağı doqquzdan on üçə qədər zolağa malik ola bilərdi və yalnız Hind okeanından kənarda istifadə edilməsinə icazə verilmirdi.

Hər halda, zolaqlar (barri) və ulduzların (mullet) hər ikisi klassik heraldika nümunələridir. Erkən müasir heraldikada mulletlər nadir idi, lakin ABŞ bayrağından əvvəl ərazi bölgüsünü göstərən mulletlər yeddi rayonu təmsil edən yeddi mulletə malik 1618-ci ildə Vale gerbində var idi.

1777-ci il bayraq qətnaməsi

İlk ulduzların və zolaqların dizayneri

Sonrakı bayraq aktları

"Çiçək Bayrağı" Asiyaya gəldi

Dizaynların tarixi inkişafı

Bayrağın gələcəyi

Simvolizm

Dizayn

Yaranması

Xüsusiyyətləri

Rəngləri

31 və 52 ulduzlu ittifaq

Dekorasiya

Bayraq etiketi

Nəqliyyat vasitələrində nümayişi

Uniformalarda nümayişi

Poçt markaları

Muzeylərdə nümayişi

Daimi nümayiş yerləri Ağ Ev Kapitoli Leksinqton Baltimor Dəniz Piyadasına Hərbi Abidə Corc Vaşinqtona Abidə Naşvill Milli Qəbiristanı Cənub Qütbü Ay

Nümayiş üçün xüsusi günlər

Yarıyadək endirilmiş halda nümayişi Bayraq aşağı hallarda yarıyadək endirilir: 15 may Xatirə Günü (günorta qədər) Vətənpərvərlər Günü Oktyabrın birinci bazar günü 7 dekabr Prezidentin vəfatı ilə əlaqədar — 30 gün ərzində Prezident müavini, Ali Məhkəmənin hakimi və ya Nümayəndələr Palatasının spikeri vəfatı ilə əlaqədar — 10 gün ərzində Konqresmenlərin, məhəlli deleqatların yaxud Puerto-Rikonun Daimi Nümayəndəsinin vəfatından bir gün sonra

Saxlama üçün qatlanması

Dəfnlərdə istifadəsi

Əlaqəli bayraqlar

Əlaqəli bayraqlar qalereyası

Həmçinin bax ABŞ bayrağına Sədaqət Andı

İstinadlar

Kateqoriya:Ölkə bayraqları Kateqoriya:Ulduzlu bayraqlar Kateqoriya:14 iyunda yarananlar Kateqoriya:1777-ci ildə yarananlar Kateqoriya:ABŞ bayraqları Kateqoriya:ABŞ-nin dövlət rəmzləri Kateqoriya:ABŞ inqilabının bayraqları Kateqoriya:ABŞ ştatlarının bayraqları