Vladimir Konstantinoviç Bukovski () — sovet və rus hüquq müdafiəçisi, yazıçı, publisist və ictimai xadim. SSRİ-də disedent hərəkatının fəal yaradıcılarından və iştirakçılarından biri.
SSRİ-də disedentlərə qarşı cəza kimi psixiatriya təcrübəsini ictimailəşdirməsi onu Qərbdə tanıtmışdıVladimir Bukovsky: Soviet-era dissident dies in UK , BBC, 28.10.2019. Ümumilikdə həyatının 12 ilini həbsxanalarda və məcburi müalicədə keçirmişdir. 1976-cı ildə Sovet hakimiyyəti Bukovskini Çili kommunistlərinin lideri Luis Corvalana dəyişdirdi. Bundan sonra Bukovski Kembricə köçdü.
Bir neçə kitabın, o cümlədən "Geri qayıdan külək", "Rus səyyahın məktubları", "Bir qala qurmaq" və bir çox məqalə ilə oçerklərin müəllifidir. 2008-ci il prezident seçkilərində iştirak etmək istəsə də, namizədliyi qeydə alınmamışdır. 2008-ci ildə "Həmrəylik" siyasi hərəkatının yaradılmasında iştirak etmişdir. 2014-cü ildə Rusiya Xarici İşlər Nazirliyi Bukovskinin Rusiya vətəndaşlığı verilməsinə rədd cavabı vermişdir.
Bioqrafiya Uşaqlığı Balabəy şəhərində (Başqırd Muxtar Sovet Sosialist Respublikası) müharibə illərində təxliyə (evakuasiya) zamanı anadan olub . Məşhur sovet yazıçısı və jurnalisti Konstantin Bukovskinin oğluduКонстантин Буковский в КЛЭ. Т. 9. М., 1978. С. 158.. Anası tərəfindən tərbiyə edilmişdir. Ailəsi evakuasiyadan qayıtdıqdan sonra Moskvada təhsil almışdır. N. Xruşovun Stalinin cinayətləri ilə bağlı məruzəsini dinlədikdən sonra, on dörd yaşlı Bukovski kommunist ideologiyasına nifrət bəsləməyə başlamışdır. Onun hakimiyyətlə ilk qarşıdurması 1959-cu ildə baş vermişdir. Belə ki, əlyazma jurnalının nəşrində iştirak etdiyi üçün o, məktəbdən qovulmuşdur (N.V. Qoqolun adına 59 saylı məktəb). Təhsilini axşam məktəbində davam edirməli olmuşdur .
Mayakovka 1960-cı ildə Yuri Qalanskov, Eduard Kuznetsov və başqaları ilə birlikdə Moskvanın mərkəzindəki şair Mayakovskinin abidəsi önündə (Mayakovka və ya Mayak adlandırılırdı) gənclərin müntəzəm görüşlərinin təşkilatçılarından biri olur. "Mayakovka" fəalları içərisində ən gənci o idi. Bir neçə "Mayakovka" fəalının həbsindən sonra Bukovskinin evində axtarış aparıldı və komsomolun demokratikləşməsinin zəruriliyi mövzusunda hazırladığı yazı tapılıb müsadirə edildi (sonradan bu sənəd istintaq işinə "Komsomolun dağılması ilə bağlı tezislər" şəklində daxil edildi). Moskva Dövlət Universitetinin biologiya fakültəsinə qəbul olan Bukovskiyə sessiya imtahanlarında iştirak etmək icazəsi verilmədi və 1961-ci ilin sonunda o, universitetdən qovuldu. 1962-ci ildə A. V. Snejnevski Bukovskiyə "ləng şizofreniya" diaqnozu qoyur(lakin sonradan Bukovski Qərb psixiatrları tərəfindən müayinə edilərkən diaqnoz təsdiqlənmir) 1962-ci ildə "Mayakovka" fəallarının məhkəməsi zamanı onun barəsində cinayət işinin açılması təhlükəsi yarandığından o, altı aylığına Sibirə geoloji ekspedisiyaya gedir. 1963 və 1965-ci illərdəki həbslər 1963-cü ildə, o, SSRİ-də qadağan edilmiş Yuqoslaviya yazıçısı Milovan Djilasın "Yeni sinif" kitabının iki fotosürətini hazırladığına görə həbs edildi. Psixi xəstə sayılaraq, Leninqrad Xüsusi Psixiatriya Xəstəxanasında məcburi müalicəyə göndərildi . Orada o, hakimiyyətin gözündən düşmüş general Pyotor Qriqorenko ilə tanış oldu və sonradan onu dissident hərəkatına cəlb etdi. Bukovski həbsdən 1965-ci ilin fevralında buraxıldı. 1965-ci ilin dekabr ayının əvvəlində Andrey Sinyavski və Julius Danielin müdafiəsi üçün "təbliğat mitinqi"nin təşkilatçılarından biri olduğundan yenidən həbs edildi və zorla Lyuberts Psixiatriya Xəstəxanasına yerləşdirildi. Bir neçə aydan sonra 8 ay yatdığı Serbski İnstitutuna göndərildi. Burada ekspert komissiyasının üzvləri onun ruhi vəziyyəti ilə bağlı yekdil bir fikrə gələ bilmədilər: iki komissiya üzvü Bukovskinin xəstə olduğunu, ikisi isə tamamilə sağlam olduğunu bildirdi. Qərbdə Bukovskiyə dəstək üçün geniş bir kampaniya təşkil edildi. 1966-cı ilin avqustunda Moskvaya gələn "Amnesty İnternational" beynəlxalq təşkilatının nümayəndəsi onun sərbəst buraxılmasına nail oldu .
1967-ci ildəki həbs Üçüncü dəfə həbs olunmasının səbəbi 1967-ci il 22 yanvarında Moskvanın Puşkin meydanında Aleksandır Qinzburq, Yuri Qalanskov və dostlarının saxlanılmasına etiraz nümayişini təşkil etməsi oldu. Bu dəfə o, tam sağlam (əqli cəhətdən) sayıldı. Moskva Şəhər Məhkəməsindəki məhkəmədə (30 avqust - 1 sentyabr 1967-ci ildə Bukovski ilə birlikdə nümayişin digər iştirakçıları da mühakimə olundu - Vadim Delone və Evqeni Kuşev) Bukovski nəinki günahını etiraf etdi, hətta sərt bir tənqidi çıxış etdi. Onun son sözü dissedent dairələrində geniş yayıldı. Məhkəmə RSFSR Cinayət Məcəlləsinin 190.3 maddəsinə əsasən onu üç il müddətinə düşərgədə olmaqla azadlıqdan məhrum etdi (ictimai qaydaları qrup şəklində pozmaq). 1970-ci ilin yanvarında həbs müddətini başa vurduqdan sonra, Bukovski Moskvaya qayıtdı və dərhal olmadığı illərdə yaranan gələn müxalif dissedent dairələrin liderlərindən biri oldu. Qısa müddətdə azadlıqda olduğu vaxt (bir ildən bir qədər çox) o, ədəbi katib kimi fəaliyyət göstərdi. Onu işəgötürənlər arasında yazıçı Vladimir Maksimov da var idi. Cəza psixiatriyası Bukovski Qərb müxbirlərinə bir neçə müsahibə verərək, siyasi məhbusların psixiatrik repressiyalara məruz qaldığını açıqlamış və SSRİ-də tətbiq olunan cəza psixiatriyasını ictimailəşdirmişdir. O, SSRİ-də insan hüquqlarının pozulması barədə məlumatların Qərbə ötürülməsini dayandırmayacağı halda, cinayət məsuliyyətinə cəlb olunacağı barədə təhdid və rəsmi xəbərdarlıq alırdı. O, açıq şəkildə daim izlənirdiХроника текущих событий . Выпуск 23 5 января 1972. Bütün bunlara baxmayaraq, 1971-ci ildə o, xarici psixiatrlara açıq məktubla müraciət etmişdir. Məktuba SSRİ-də psixiatriyanın siyasi məqsədlər üçün sui-istifadəsini təsdiqləyən 150 sənəd də əlavə etmişdir .
Bukovskinin xaricə ötürdüyü sənədlərə altı tanınmış dissedentin, SSRİ-də ruhi xəstə kimi tanınan: Pyotr Qriqorenko, Natalia Qorbanevskaya, Valeria Novodvorskaya və s.məhkəmə-psixiatrik müayinələrinin nəticələrinin surətləri daxil idi. Nəticədə, Qərb psixiatrları ilk dəfə sovet psixiatrları tərəfindən qoyulmuş psixiatrik diaqnozların surətlərini öyrənmək fürsəti əldə etdilər. Onlar həmçinin sovet psixiatrlarının diaqnostik metodlarının xüsusiyyətlərini də tədiqiq imkanına malik oldular. Bu sənədlər əsasında bir qrup ingilis psixiatr bu altı şəxsin diaqnozunun yalnız siyasi səbəblərə görə edildiyi qənaətinə gəldi .
1971-ci ildəki həbs
250px|thumb|left|Bukovskinin həbsdən azad edilməsi üçün mitinq (Amsterdam, 1975-ci il, 4 yanvar) 1971-ci il martın 29-da Bukovski dördüncü dəfə həbs edildi . Həbsdən əvvəl "Pravda" qəzetində hüquq müdafiəçisinin "sovet əleyhinə fəaliyyət göstərən zərərli xuliqan" kimi təsvir olunduğu məqalə dərc edilmişdi. On milyon nüsxə tirajı olan qəzetdəki bir məqalə Bukovskiyə ümumittifaq şöhrəti qazandırdı. Статья в газете, тираж которой тогда исчислялся десятками миллионов экземпляров, принесла Буковскому всесоюзную известность.
Bukovski üzərində məhkəməsi 5 yanvar 1972-ci ildə Moskva Şəhər Məhkəməsində keçirildi. "Sovet höküməti əleyhinə təbliğat və təbliğata görə" ona 7 il iş kəsildi. O,7 ilin ilk 2 ilini həbsdə, qalan 5 ilini isə sürgündə keçirməli idi — максимальный срок наказания по статье 70.1 УК РСФСР. Qeyd edək ki, bu - RSFSR Cinayət Məcəlləsinin 70.1-ci maddəsində nəzərdə tutulmuş ən yüksək cəza idi.
Cəza müddətinin əvvəlini o, Vladimir həbsxanasında, qalanını isə Perm-36 koloniyasında keçirdi. Həbsdə olduğu müddətdə məhbus yoldaşı psixiatr Semyon Qluzman ilə birlikdə “Dissedentlər üçün psixiatriya haqqında vəsait” yazdı. Kitab təlimat şəklində idi və hakimiyyətin ruhi xəstə elan etməyə çalışdığı insanlara kömək üçün hazırlanmışdı.. Bu kitab üzündən 1974-cü ildə Bukovski "rejimin zərərli pozucusu" olaraq, yenidən Vladimir həbsxanasına qaytarıldı.
Yazıçı V. Nabokov "Observer" qəzetinə göndərdiyi məktubda yazırdı: "Bukovskinin məhkəmə prosesində azadlığın müdafiəsi üçün etdiyi qəhrəman nitqi və iyrənc psixiatrik həbsxanada çəkdiyi beş il əzab, ona bu cəzanı verənlər yox olduqdan sonra da xatırlanacaqdır" . Bu dövrdə S. V. Kallistratova V.Bukovskinin dəstəyinə açıq məktub yazaraq onu "Vətənə sədaqətli, ruhi və kəskin vicdanlı bir insan" olaraq xarakterizə etmişdir Отрывок из открытого письма С. В. Каллистратовой в поддержку В. Буковского. Bir qrup hüquq müdafiəçisi isə "Literaturnaya qazeta" nın səhifələrində böhtana qarşı üçün açıq məktub ünvanlamışdır Интервью А. Я. Суларева. Литературная газета № 43, 27 октября 1976Т. Великанова, Т. Ходорович-Алексеева, А. Гинзбург, П. Григоренко, Ю. Орлов, М. Ланда, В. Слепак, А. Щаранский. Заявление по поводу интервью в «Литературной газете» .
Siyasi məhbusların dəyişdirilməsi və mühacirət həyatı 1976-cı ilin 18 dekabrında Bukovski məşhur Çili siyasi məhbusu - Çili Kommunist Partiyasının lideri Luis Corvalanla dəyişdirildi. Bu münasibətlə Vadim Delonun dediyi məşhur meyxana da populyar idi: “Xuliqanı Luis Corvalana dəyişdik. Bəs Brejnevlə dəyişəcək birisini hardan tapaq?! ”.
Siyasi məhbusların dəyişdirilməsi İsveçrədə Sürix hava limanında baş tutdu. Bukovski ora xüsusi təyinatlı “Alfa” qrupunun ilk komandiri Vitali Bubenin rəhbərliyi altında xüsusi müşayəti və mühafizəsi ilə qandallanmış vəziyyətdə gətirildi Интервью с В. Буковским; впервые опубликовано в «Газете выборчей» («Gazeta wyborcza»), март 1998, Варшава. Пер. с пол. Ю. Середы.Буковский В. В Нью-Йорке с Виктором Топаллером Владимир Буковский .Глазов Ю. Так где же мы ошиблись? // Новый мир : журнал. — 1998. — № 1..
250px|thumb|right|Bukovskiy (soldan ikinci) beşinci Saxorov konqresində 1987-ci il Amsterdam SSRİ-dən qovulduqdan az sonra, Bukovski Ağ Evdə ABŞ prezidenti J. Carter tərəfindən qəbul edildi.
O, İngiltərədə məskunlaşdı və Kembric Universitetindən “neyrofiziologiya” ixtisası ilə məzun oldu. Bir çox dildə nəşr edilən "Geri qayıdan külək" (1978) adlı bir xatirə və Qərbdəki həyat təəssüratlarına və Sovet rejimi ilə müqayisəsinə həsr olunmuş "Rusiyalı bir səyyahın məktubları" (1980) kitabını yazdı.
Bukovski fəal şəkildə siyasi fəaliyyətlə məşğul olmağa davam etdi, o Moskva Olimpiadası-80-nin boykot kampaniyanın təşkilatçılarından biri oldu. 1983-cü ildə Bukovski yazıçı Vladimir Maksimov, keçmiş siyasi məhbus Eduard Kuznetsov və kubalı dissident Armando Valladares ilə birlikdə prezidenri seçildiyi “İnternatsionala müqavimət” beynəlxalq anti-kommunist təşkilatının yaradılmasında iştirak etmişdir (İdarə Heyətinin sədri isə amerikalı sahibkar və keçmiş Strateji Xidmətlər İdarəsinin əməkdaşı Albert Joli (Jolis) idi.). 1979-cu ilin dekabrında Sovet qoşunlarının Əfqanıstana daxil olmasına qarşı etirazların təşkilində iştirak etmişdir .
1991-ci ilin aprelində RSFSR Ali Şurasının Sədri B.N.Yeltsinin dəvəti ilə Bukovski deportasiyadan sonra ilk dəfə Moskvaya gəldi. 1991-ci ilin sentyabrında yenidən SSRİ-yə səfər etdi və DTK-nin sədri V. Bakatin tərəfindən qəbul edildi və özünün etirafına görə o, keçmiş Kommunist Partiyası Mərkəzi Komitəsinin binasından 3000-dən artıq səfifəsi olan gizli sənədlər çıxartdı. 1991-ci ilin 11 sentyabrında o, R. G. Pixoy ilə "SSRİ Partiya təşkilatlarının və dövlət təhlükəsizlik orqanlarının fəaliyyətinin öyrənilməsi üzrə beynəlxalq komissiya haqqında" saziş imzaladılar. Sazişə əsassən komissiyanın tərkibinə “Hoover İnstitutu”, “Amerika Müəssisələr İnstitutu”, Azadlıq Radiosunun Tədqiqat Şöbəsi , Rusiya Dövlət Humanitar Universiteti və “Memorial” mərkəzi daxil olmalı idi.
SSRİ dağıldıqdan sonra