İlok şəhərinin mühasirəsi — 1526-cı ildə Moxaç səfəri dövründə Osmanlı imperiyası ilə Macarıstan krallığı arasında baş vermiş, nəticədə Parqalı İbrahim Paşanın komandanlığı altındakı türk ordusu şəhəri ələ keçirmişdi.
Mühasirə İyulun 27-də Petrovaradindən qalib ayrılan Parqalı İbrahim Paşanın komandanlığı altında olan Osmanlı ordusu, Dunay yolunu açmağa davam edərək 1 avqust cümə günü İloka gəldi və qalanı mühasirə altına aldı.
Təxminən qalanın içində 3000-dən az qarnizon var idi. Müdafiəçilər təslim çağırışını rədd etdikdə top atəşi açıldı və lağım qazıntıları başladı. Bir həftəlik müqavimətdən sonra Türk ordusu 8 avqust cümə günü qalanı ələ keçirdi.
Qalanın süqutu ilə, Dravada olan Osijek komandiri, şəhərin açarlarını 14 avqustda Parqalı İbrahim Paşaya gətirdi. Bunun üstünə padşah tərəfindən gələn əmrlə Türk ordusu Macarıstana girdi və əsas ordu ilə birləşdi.
Həmçinin bax Mohaç döyüşü (1526) Petrovaradin müharibəsi Osmanlı İmperiyası
Mənbə
Kateqoriya:1526-cı ildəki hadisələr Kateqoriya:Osmanlı imperiyasının müharibələri Kateqoriya:Osmanlı imperiyasının mühasirələri