Konstantin Eduardoviç Tsiolkovski (; ) — müasir kosmonavtikanın əsasını qoyan rus alimi, yazıçı, kosmosu Rusiya tərəfindən fəth edilməsini təbliğ edən tədqiqatçısı.

Həyatı Tsiolkovski 10 yaşında olarkən qızılca xəstəliyinə tutulur və eşitmə qabiliyyətini itirdiyinə görə məktəbi tərk etməli olur. Bundan sonra o, sərbəst təhsil alır və ailəsi tərəfindən Moskavaya oxumağa göndərilir. Moskvada Tsiolkovski fizika, astronomiya, mexanika və həndəsəni oyrənir.

Üç il təhsil alan Konstantin atası tərəfindən geri, evə qaytarılır. Bundan sonra uzun müddət doğma kəndlərində fizika dərsi deyir. 1882-ci ildə Tsiolkovski Kaluqa vilayətinin Borovski dairəsində riyaziyyat müəllimi kimi işə düzəlir. O artıq evlənmiş və övladı var idi. Rus inqilabı ərəfəsində Tsialkovcki özünə qapılmış şəkildə yaşayır.

Yules Vernenin fantastik əsərlərini oxuyan Tsiolkovski sonralar özü planetlərarası kosmik uçuşlar mövzusunda heykayələr yazmağa başlayır. Getdikcə o öz hekayələrini fiziki və texniki problemlərlə zənginləşdirir. Nəticəsində Tsiolkovski nəzəri məsələlərin həllinə aid müəllifə çevrilir. 1885-ci ildən Siolkovski bir çox kosmik uçuşların həyata keçirilməsi üzrə yollar haqqında yazır, burada tam metaldan hazırlanmış kosmik gəmilərdən də söhbət gedir.

Evində apardığı ilk sınaqlar zamanı ona aydın olur ki, hərbidə istifadə olunan adi raketlərin köməyi ilə kosmosa üçmaq mümkün deyil. O, bunun üçün başqa yanacaq növlərindən (hidrogen, oksigen və karbohidratlar) istifadə etməyi təklif edir. Raket sahəsində apardığı tədqiqatların zirvəsi onun 1903-cü ildə "Elmi xəbərlər" jurnalında çap etdirdiyi "Kosmosun reaktiv aparatlarala tədqiqi" məqaləsindəki "Raket düsturu" olmuşdur.

1880-ci ildə Tsiolkovski tam metal gəmi konsepsiyasını işləyir. 1930-cu ildə ABŞ onu bu ideyasını ZMC-2 adlı hava gəmisini hazırlamaqla həyata keçirir.

İstinadlar

Mənbə Nikola Stilijanov Kalicin: Weltraumflüge von Ziolkowski bis Gagarin, VEB Fachbuchverlag, 1961

Kateqoriya:Rusiya fizikləri Kateqoriya:Rusiya mühəndisləri Kateqoriya:Raket alimləri Kateqoriya:Rusiya ateistləri Kateqoriya:Mədə xərçəngindən ölənlər Kateqoriya:SSRİ-nin fərdi təqaüdçüləri Kateqoriya:Rusiya ixtiraçıları Kateqoriya:Rusiya filosofları