Qədim şəhər (Vilnüs) (, , , ) — Şimali Avropanın ən böyük orta əsrə aid qədim şəhərlərindən biri. 3,59 km² (887 akr) sahəyə malikdir. Mərtəbələrinin ümumi sahəsi 1,497,000 m² olan 1487 bina və 70 küçə ilə birlikdə 74 məhəlləni əhatə edir. Litvanın paytaxtı Vilnüsün ən qədim hissəsi olmaqla, şəhər bir neçə əsr ərzində inkişaf etmiş və özündə həm şəhərin qədim tarixini, həm də daim dəyişən mədəni təsirləri əks etdirmişdir. Burada Avropanın ən qədim memarlıq üslublarının bəziləri — qotika, intibah memarlığı, barokko memarlığı və neoklassik memarlığı yanaşı gəlir və bir-birini tamamlayır.

Pilies küçəsi Qədim şəhərin ana xəttini təşkil etməklə bərabər, kafelərin və küçə bazar həyatının da mərkəzidir. Vilnüsün mərkəzi küçəsi olan Gedimina prospektinin bir hissəsi Qədim şəhərdə yerləşir. Qədim şəhərin mərkəzi meydanlarına Kafedral meydanı və Ratuşa daxildir.

Ən mükəmməl memarlıq komplekslərindən biri Qədim şəhərin böyük bir hissəsini tutan və 13 həyəti olan Vilnüs Universiteti Memarlıq Ansamblıdır. Bu kompleks Litvanı Brüsseldəki Mini-Avropa Parkında təmsil etmək üçün seçilmişdi.

1994-cü ildə Vilnüs Qədim şəhəri universal dəyəri və orijinallığının tanınması ilə UNESCO-nun Ümumdünya irsi siyahısına (N.541) daxil edilmişdir. Rəsmi adında qeyd olunmuş "Tarixi mərkəz" anlayışının əvvəllər müdafiə divarları ilə əhatələnmiş Qədim şəhərdən daha geniş mənası vardır. Belə ki, bu ifadə tarixən şəhər hüdudlarından kənarda qalmış Ujupis kimi Vilnüsün qiymətli tarixi şəhərkənarı rayonlarını da əhatə edir. Buna görə də Ujupis çox zaman Vilnüs Qədim şəhərinin bir hissəsi hesab edilir.

Memarlıq abidələri Vilnüsün digər yerləri ilə müqayisədə Qədim şəhərdə diqqət cəlb edən memarlıq abidələri daha çoxdur. Bunlara aşağıdakılar daxildir:

Saraylar Prezident sarayı Sluşko sarayı Radzivillov sarayı Tizenhauzov sarayı Vilnüs qala kompleksi (Gedimina qalası və Litva Kral sarayı ilə birlikdə)

Dini abidələr Müqəddəs Anna kilsəsi Kafedral meydanında Vilnüs kafedralı Müqəddəs Nikolay kilsəsi Bütün Müqəddəslər kilsəsi Şəfəq qapısı Üç xaç Teotokos kafedralı

Digər görməli yerlər İmzalayanlar Evi Litva Milli Muzeyi Litva Milli Dram Teatrı Vilnüs şəhər divarlarından fraqmentlər Müqəddəs Ruh Dominikan kilsəsi 800px|thumb|center|Vilnüs Qədim şəhərin panaroması. Gedimina qalasından görüntü.

İstinadlar

Xarici keçidlər Qədim şəhər (Vilnüs) poçt markalarında Qədim şəhər (Vilnüs) — Litvaya səyahət

Kateqoriya:Vilnüs məhəllələri Kateqoriya:Litvadakı ümumdünya irsi Kateqoriya:Vilnüsün görməli yerləri