Müqəddəs Nino(, ts'minda nino; , Surb Nune; Agía Nína; bəzən Müqəddəs Nyun və ya Müqəddəs Nini də deyilir; )- Gürcüstanda xristianlığı təbliğ edən, İberiyanı xristianlaşdıran, Həvarilərə Bərabər və Gürcüstanı Aydınladan kimi titulların sahibi dindar qadın.
Bir sıra tarixi məlumatlara görə o, Kappadokiyanın Kolastra şəhərindən olan yunan dilli Roma ailəsinə mənsub idi. Bəzi mənbələr onun Müqəddəs Georginin qohumu olduğunu iddia edir.Orthodox Church of America - Başqa mənbələrdə onun Romadan, Qüdsdən və ya Qauldan (müasir Fransa) olduğu iddası öz əksini tapır.
Uşaq yaşlarında betlehəmli rahibə Nifora-Sarah tərəfindən dini dərslər aldı. Böyüdükçə Qüds patriarxı əmisi Ninonun dini təhsil-tərbiyəsinə nəzarət edirdi. Əmisinin köməyiylə Nino Romaya gəldi və burada İberiyada xristianlığı təbliğ etməyə qərar verdi. Hətta bir rəvayətdə yuxuda Hz. Məryəmin ona qrapevin xaçı verməsi və İberiyaya getməli olduğu qeyd olunur. Ancaq, bunun əksinə, Roma Katolik mənbələrində Ninonun bura öz istəyiylə yox, əsir kimi gətirildiyi və ailə şəcərəsinin bilinmədiyi düşünülür.Rufinus 1997 = The Church History of Rufinus of Aquileia, Books X and XI, transl. by Philip R. Amidon, New-York – Oxford.
Müqəddəs Nino 320-ci ildə İberiyanın cənub sərhədlərinə çatdı. İlk olaraq Axalkalakiyə, oradan Urbnisiyə, daha sonra da İberiyanın paytaxtı Msxetaya gəldi. Rəvayətə görə, o, burada xristianlığı öncədən eşitmiş kraliça Nanayla görüşərək onun uzun müddət dəvam edən xəstəliyinə möcüzəvi şəfa tapdı və gürcü kraliçası Nana xristianlığı qəbul etdi. Arvadının xristian olmağını qəbul edə bilməyən İberiyanın bütpərəst kralı Kral III Mirian rəvayətlərə görə bir gün ovda olarkən hər tərəfin qaranlıqlaşdığını və sadəcə xristianlığa iman etdikdən sonra ətrafın aydınlandığını görməsindən sonra o da, xristian oldu.Isoelian, P. A Short History of the Georgian Church. Saunders, Otley, and Co., London: 1866. 327-ci ildə Mirian xristianlığı rəsmi din elan etdi və Nino ölənə qədər gürcülər arasında missionerlik fəaliyyətini davam etdirdi.
Onun məzarı hələ də Gürcüstanın şərqindəki Kaxeti bölgəsindəki Bodbe monastırında göstərilir. Müqəddəs Nino gürcü pravoslav kilsəsinin ən hörmətli müqəddəslərindən birinə çevrildi və onun atributu olan qrapevin xaçı gürcü xristianlığının simvolu idi.
Həmçinin bax Gürcü Pravoslav Kilsəsi
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Biography from The St. Nina Quarterly Life of St Nino St. Nino church opening event in NYC The Church of St. Nina, Kandalaksha, Murmansk oblast, Russia. English summary Kateqoriya:IV əsr xristian müqəddəsləri