Din psixologiyası — insanlara xas olan dini həyatın müxtəlif aspektlərini araşdıran bir elm sahəsidir. Başqa sözlə, din psixologiyası dinin insan ruhundakı təməl xüsusiyyətləri və davranışında əks olunan təsir halları ilə əlaqədardır. Psixologiya duyğuların, düşüncələrin və davranışların elmi şəkildə araşdırılmasına yönəlmişdir. Din psixologiyası isə dini hisslərin, düşüncələrin və davranışların öyrənilməsinə yönəlmişdir.
Din psixologiyası insanın dini həyatını bütün dərinliyi və genişliyi ilə dərk edib araşdırmaq, mənəvi hadisələrlə əlaqələrini göstərmək istəyir. Din psixologiyası dinin əmr və qadağalarını müzakirə etmir. Din psixologiyası yalnız dinin fərd üzərindəki təsirlərini araşdırır. Bu baxımdan dini hökmləri təsdiq və ya təkzib etmək məqsədi daşımır. Hadisələri elmi metodlarla mühakimədən uzaq bir şəkildə tədqiq edərək tənsif edir. Din psixologiyası normativ bir elm olmayıb, dini etiqad və həqiqətlərdə dəyər vəya mənəviyyat mülahizələrinə yol vermir. Din psixologiyası psixoloji inkişaf və proseslər kontekstində dini ifadə formaları ilə məşğul olur. Din psixologiyasının tədqiqat sahəsi dinin özü deyil, dini həyat tərzi ilə yaşayan fərdlərdir.
Bu elm sahəsi din və tanrı təsəvvürü, tanrıya bağlanma tərzi, dini düşüncə, duyğu, davranış və onlara təsir edən amillər, din və tanrı inancının meydana çıxması, dinin dəyişdirilməsi, dini atributlar, dindarlığın növləri, dini inkişaf, inanc-sağlamlıq əlaqəsi, ədalətli dünya inancı, din-dəyər əlaqəsi kimi mövzuları tədqiq edir.
Tarixi
İslam alimlərinin tədqiqatları 117x117px|thumb|right|Əl-Kindi
İslam alimləri istər dini mənbələrdən istərsə də qədim fəlsəfə və mədəniyyətlərdən faydalanaraq insanın ruhi quruluşu və davranışları mövzusunda bir çox məfhum və anlayışlar inkişaf etdirmişlər. VIII əsrdən etibarən "İlmun-nəfs", "İlmun-nəfs vər-Ruh", "Kitabur-Ruh", 2İlmi-əhvali Ruh" kimi mövzuları əhatə edən tədqiqatlar aparılmışdır.
124x124px|thumb|right|Məhəmməd ibn Zəkəriyə əl-Razi Haris əl-Muhasibinin ən məşhur əsərlərindən biri olan "ər-Riya" psixoloji təhlilləri özündə cəmləşdirən ən əhatəli əsər hesab edilir. Bu əsərdə ixlas, rəyaset (başçı olmaq eşqi), mübahat (aldanma), tafahur, təhasud (həsəd aparmaq), həya, məsiyət ve riya kimi anlayışlardan bəhs olunmuşdur. Bundan əlavə, əxlaqla əlaqəli "marifəti-nəfs" mövzusunda geniş məlumat verilmişdir. Tədqiq etdiyi mövzuları dərindən və ən incə təfərrüatı ilə araşdıran Muhasibi davranışları xətaratlar ilə əlaqələndirmişdir. Xətaratın mənbəyini nəfs, şeytan və ağıl olaraq ifadə edir. Muhasibi xətaratdan "qəlbləri hər cür xeyir və şərə çağıran dəvətçilər" olaraq bəhs edir.
138x138px|thumb|right|İbn Sina Kindi, İslam düşüncə tarixində nəfsin mahiyyəti və funksiyalarını, təmizlənmə üsul və metodlarını, ölümündən sonrakı vəziyyəti fəlsəfi şəkildə araşdıran və əsaslandıran ilk filosofdur. "Risaleyi fi'l-hile li-defil-əhzan" adlı kitabında psixoloji sağlamlığın qorunması ilə əlaqədar vacib qiymətləndirmə və tövsiyələrə yer vermişdir. Kindi insanlara xoşbəxtlik diləməyi və özünü bədbəxtlikdən qorumağı tövsiyə edir. Kindiyə görə, arzu olunan və sevilən şeylər insanın təbiətinə uyğun olmalıdır, əldən çıxanlara görə üzülməməli və insanın təbiətinə uyğun olmayan hissi məfhumlar arzu edilməməlidir.
117x117px|thumb|right|Əbu Hamid əl-Qəzali Məhəmməd ibn Zəkəriyə ər-Razi elm öyrənmək üçün bir çox yerləri gəzib, müxtəlif elmi və mədəni mərkəzlərdə ədəbiyyat, tibb, fəlsəfə və astronomiya sahələrinə yiyələnmişdir. İlk dəfə Razi tərəfindən irəli sürülən "ət-Tibbur-ruhani" anlayışı, qəlb narahatlıqlarını və digər xəstəlikləri aşkar edərək müalicə etməyə çalışan eyni zamanda əxlaqi və psixoloji vəziyyətlərdə çıxış yollarını tapmağa çalışan bir nizamdır. Eyni adı daşıyan əsərində olan "Kavram et-Tıbbu'r-Ruhâni la" narahatlıqlardan ölüm qorxusuna qədər bir çox psixoloji anlayış üzərində araşdırmaları qeyd etmişdir. Razi bu əsərində həmçinin ölüm haqqında düşünməməyi və əzab çəkməməyi tövsiyə edir.
İbn Sina, insan psixologiyasına dair müxtəlif tədqiqatlar apararaq və xüsusilə nəfs mövzusuna toxunmuşdur. O, insanı nəfs və vücuddan ibarət bir varlıq olaraq qəbul etmişdir. Bu baxımdan o nəfsi "insanı", "heyvani" və "nəbati" olmaqla üç qrupda təsnif etmişdir. Nəfsin bu növləri arasında xüsusi bir nizam-intizam vardır. İnsanın yetkişkinlik və xoşbəxtlik əldə etməsi üçün aşağı mərtəbəli nəfs özündən üstün olan nəfsə xidmət etməlidir.
Qazzalinin fikirləri və araşdırmaları da din psixologiyası baxımından çox vacibdir. Qəzali qəlb, ruh, nəfs və ağıl məfhumları üzərində durmuş və onlara müxtəlif mənalar istinad etmişdir. O, qəlbi həm bir cisim həm də dərk etmə qabiliyyətinə malik olan ruhani bir varlıq kimi ifadə etnişdir. Ruhu isə çırağın evin bir küncündə yanaraq ətrafı işıqlandırması kimi damarlar vasitəsilə bədənə yayılaraq qoxulamaq, eşitmək, görmək və hiss etmək kimi qabiliyyətlərin təmin edilməsinə bənzətmişdir. Qəzali nəfsi insandakı şəhvət və qəzəb hissləri olaraq ifadə edir. Ağıl hadiəslərin həqiqətini və hikmətini dərk edən bir məfhumdur. Qəzalinin fikrinə görə, iradə və qüdrət görmək və qoxulamaq, qəlb isə eşitmək və toxunmaq qabiliyyətlərini təmin edir.
Qərb elm adamlarının tədqiqatları Din psixologiyasının tarixi inkişafını nəzərdən keçirdikdə müstəqil bir elm sahəsi olaraq formalaşması XIX əsrin sonu və XX əsrin əvvəllərinə təsadüf edir. Din psixologiyasının formalaşmasının qabaqcıl tədqiqatçıları arasında Qranvil Stanley Hol (Granville Stanley Hall), Ceyms Henri Luba (James Henry Leuba), Edvin Diller Starbak (Edwin Diller Starbuck), Corc Albert Ko (George Albert Coe), Uilyam Ceyms (William James), Ceyms Biset Prat (James Bissett Pratt) və Vilhelm Vundt (Wilhelm Wundt) kimi şəxslər vardır.
ABŞ-da Uilyam Ceyms (William James), Almaniyada isə Vilhelm Vundt hazırkı din psixologiyasının qurulmasında əhəmiyyətli addımlar atmışlar. Dünyada ilk psixoloji laboratoriyanı quraraq eksperimental (təcrübi) psixoloji tədqiqatları həyata keçirən Vilhelm Vundtun on cildlik "Völkerpsychologie" (Sosial Psixologiya) adlı əsəri din psixologiyasına əhəmiyyətli dərəcədə töhfə verən bölmələrlə zəngindir. V.Vundt bu əsərdə xalq psixologiyasını araşdıraraq dil, mifologiya və adət-ənənələrə diqqət yetirmişdir. Vilhelm Vundtun fikrinə görə, necə dil dini adət-ənənələri olduğu kimi qoruyub saxlayır və hər bir fərd öz şəxsiyyətinə uyğun dindarlığı əldə edirsə eləcə də adət-ənənələr hər bir fərdin dini fəaliyyətinin əsasını təşkil edən dəyər və hörmət edilən xüsusi bir çərçivədə yerləşir. Bu dini adət və ənənələrin çərçivəsidir.
Edvin Diller Starbak (Edwin Diller Starbuck) 1889-cu ildə nəşr olunan "Din psixologiyası" kitabı ilə, müstəqil bir elm olaraq din psixologiyasında ilk kitabın müəllifi kimi tanınır. Ancaq Uilyam Ceyms (William James), erkən elmi araşdırmaların müəllifi olduğu üçün din psixologiyasının banisi olaraq qəbul edilir. Ceymsin (William James) Edinburq Universitetində təşkil olunmuş konfransdakı on çıxışı əsasında tərtib edilmiş "Dini Təcrübənin növləri" adlı əsəri bu sahədə mənbə kimi istifadə olunan ən vacib əsərlərdən birincisidir. Uilyam Ceyms Vilhelm Vundtdan sonra ABŞ-da ən böyük psixoloq hesab olunur.
Uilyam Ceyms (William James) fəlsəfədə də din psixologiyasında olduğu kimi praqmatik yanaşmanı nümayiş etdirmişdir. Dini davranışları fayda baxımdan nəzərdən keçirən Uilyam Ceyms dinin eksiztensial xüsusiyyətindən ziyadə fərdin həyatındakı fadyası üzərində durmuşdur. Məhz bu yanaşma sayəsində o din psixologiyası sahəsində diqqəti cəlb etməyə başlayır. Ceyms dini ibadətləri "fərdi" və "institusional" və ya "ictimai" olmaqla iki yerə ayırmışdır. Dua, zikr, təfəkkür, özünü həsr etmək və s. kimi ibadətlər dinin fərdi sahəsinə daxildir. İbadət yerlərinə aid mərasimlər və təşkilatlar isə dinin institusional növünə daxildir. U.Ceyms din psixologiyası üçün daha vacib olan fərdi din sahəsinə diqqət çəkmişdir. Dini təcrübənin dini fəaliyyətlərin sözlə ifadəsinin mümkünsüzlüyü, ağıl ilə əlaqəsinin olmaması, mistik vəziyyətin uzun müddət davam etməməsi və passivlik kimi dörd əsas xüsusiyyətdən ibarət olduğunu qeyd etmişdir.
Dini psixologiya tarixində başqa bir əhəmiyyətli şəxs Qranvil Stanley Holdur (Granville Stanley Hall). 1892-ci ildə Amerika Psixoloji Dərnəyinin təşkilatçısı və ilk prezidenti oldu. 1917-ci ildə "İsa Məsihi Psixologiya işığında" adlı əsərini nəşr etdi. Q.S.Hol, XIX əsrin ikinci yarısında eksperimental din psixologiyasının yaranmasına və inkişafına rəhbərlik edənlərdən biridir. O, həmçinin sorğu metodundan istifadə edərək din psixologiyasında uğurlu işlərə imza atmışdır.
Qordon Olport, Ceyms ilə eyni fikri qəbul edən önəmli psixoloqlardan birirdir. 1915-ci ildə Q.Olport Harvard Universitetinə daxil olub, burada bakalavr təhsilini bitirdikdən sonra Vyanada Ziqmund Freyd ilə məyusluqla başa çatan bir görüş həyata keçirir. Bu müsahibənin sonunda Z.Freydİn şüuraltı üzərindəki qətiyyətli mövqeyi ilə özünün şüur və şüura aid məfhumlara yanaşması arasındakı fərqi daha yaxşı anladı. Harvardda doktorluq təhsilini "Şəxsiyyətin əlamətlərinə dair təcrübi tədqiqat" adlı dissertasiyası ilə başa vurdu. Şəxsiyyət mövzusu ilə yanaşı Olportun diqqəti yönəltdiyi digər bir mövzu isə dini duyğu və ya hisslərdir. O, burada dinin insan həyatına olan müsbət təsirinə diqqət çəkməyə çalışmışdır. Olport dini duyğuların yetkin bir modelini tövsiyə edir. Onun sözlərinə görə, dini duyğu fərdi mənalı bir şəkildə bütün varlığı ilə əlaqələndirən bir vasitədir. Q.Olport dindarlıq tipologiyası və dini mühakimə kimi mövzularda da əhəmiyyətli tədqiqatlar aparmışdır. Dindarlığın tipologiyalarını fərdin dindən şəxsi maraqları üçün fayda məqsədilə istifadə etməsindən asılı olaraq ekstrovert və introvert olmaqla iki istiqamətə bölmüşdür.
Psixoloqların dinə olan marağı 1920–1960-cı illər arasında azalmağa başladı. Bu dövrdə psixoloqlar həmin dövrdə elmi olan qəbul edilən sahələri tədqiq etmək üçün dinə aid olan mövzulardan uzaqlaşdılar. Funksionalizmin sadələşdirici metodları inanc və ya bilavasitə təcrübə edilib, ölçülə bilməyən məfhumların tədqiqinə eyni zamanda dini-mənəvi məsələləri əhatə edən sahələrə laqeyd yanaşılmasına səbəb oldu.
Bu dövrdə ən çox diqqət çəkən psixoloqlardan biri də Ziqmund Freyd idi. Z.Freyd nevroz olaraq qəbul etdiyi dinin mənbəyini uşaqlıq təcrübələrində yaşanan təcrübələrlə əlaqələndirirdi. O, din bir nevroz olması fikrini "Obsesif davranışlar və Dini təcrübələr" adlı ilk məqaləsində və uşaqlıq təcrübələrinə dair yazmış olduğu psixoanalitik yazılarında qeyd etmişdir. Din və nevroz arasındakı əlaqəyə dair ilk irihəcmli əsəri olan "Totem və Tabo" eləcə də "Bir İllüziyanın Gələcəyi", "Mədəniyyətdəki narahatlıqlar", "Musa və Təktanrıçılıq" kimi əsərlərində bu fikirləri qeyd etmişdir. Bu əsərlərin hər birində Z.Freyd dinə müxtəlif baxımdan tədqiq etsə də, din və nevroz arasındakı əlaqə baxımından eyni mövqedə dayanmışdır. Ziqmund Freydin fikrinə görə, uşaqlar özlərini qorumaq məqsədilə valideynlərinə ehtiyac duyurlar. Uşaq böyüdükdə artıq valideynlərin yerini tanrılar və ya dini ünsürlər tutur.