Mixail İvanoviç Rodionov (; ) — Sovet dövlət və partiya xadimi, RSFSR Nazirlər Sovetinin sədri (1946–1949).
Həyat və fəaliyyəti 1907-ci ildə 12 oktyabr tarixində Rusiya imperiyası Nijni Novqorod vilayətində anadan olub. 1927-ci ildə Lıskovski Politexnik Kollecini bitirib. 1927–1930-cu illərdə Komsomol Kislovski kənd komitəsinin katibi, Lyskovski rayon komitəsinin xalq təhsili şöbəsinin Nijni Novqorod vilayəti — Nijni Novqorod bölgəsi), Nijni Novqorod rayon xalq təhsili şöbəsinin siyasi və tərbiyə işləri müfəttişi, 1930–1931-ci ildə Bor Pedaqoji Kollecinin direktoru, 1931–1935-ci ildə Mədəniyyət və təbliğat, kütləvi təşviqat şöbəsinin müdiri, Sov.İKP Bor rayon komitəsinin katibinin müavini (Nijni Novqorod ərazisi — Nijni Novqorod — Nijeqorod vilayəti), 1935–1938-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası İvanovski rayon (Kostroma vilayəti) komitəsinin birinci katibi (Nijeqorod vilayəti) vəzifələrində işləyib. 1938-ci ilin yanvarında Nijeqorod regional təhsil şöbəsinin müdiri təyin edilib. 1938-ci ilin iyulunda Sov.İKP Nijeqorod Regional Komitəsinin üçüncü katibi seçildi. 1940-cı ilin yanvarından 1946-cı ilin martına qədər Sov. İKP Nijeqorod Regional Komitəsinin 1-ci katibi olub. 23 mart 1946 – 9 mart 1949-cu illərdə RSFSR Nazirlər Sovetinin sədri, 1941-ci ilin fevralından — 1949-cu ilin avqustunadək Sov. İKP Mərkəzi Komitəsinə namizəd, 18 mart 1946 – 6 mart 1949-cu illərdə Ümumittifaq Bolşeviklər Kommunist Partiyası Mərkəzi Komitəsinin Təşkilat Bürosunun üzvü (A. A. Kuznetsovla eyni vaxtda tərkibindən çıxarıldı), 2 çağırış SSRİ Ali Sovetinin üzvü olmuşdur. 13 avqust 1949-cu ildə Leninqradda baş vermiş "Leninqrad işi"nə görə 1 oktyabr 1950-ci ildə həbs edildi. Ölümündən sonra bəraət almışdı.
Mükafatları 1942-ci ildə 2 dəfə Lenin ordeninə, I dərəcə "Vətən müharibəsi" ordeni, "Qırmızı əmək bayrağı" ordeni cə digər medallarla təttif edilib.
İstinadlar
Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin I çağırış deputatları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:ÜİK(b)P-nin XVIII qurultayının nümayəndələri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin I çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin II çağırış deputatları Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:NKVD Kateqoriya:SSRİ şəxsləri