Şotalı, Şotanlı — Yelizvetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda tarixi kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Oxçu çayının sağ sahilində yerləşmişdir. Erməni mənbələrində kəndin ilk adının Şatah olduğu göstərilirКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) . Ереван: Издательство "Мелконян фонд", 1932, с. 60.
Toponim "hunların varisi şato" etnoniminəQumilyev L. N. Qədim türklər (tərcümə edənlər: V. Quliyev, V. Həbiboğlu), Bakı, "Gənclik", 1993. s.253 mənsubluq bildirən -lı şəkilçisinin qoşulması ilə düzəlib, "şato tayfasına mənsub kənd" mənasını ifadə edir. Mənbələrdə qeyd edilən şato tayfasının adı toponimdə şata, şota fonetik formasında öz əksini tapmışdır ki, Azərbaycan dilində o~a səsəvəzlənməsi qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Əhalisi Kənddə 1897-ci ildə 30 nəfər, 1922-ci ildə 25 nəfər, 1926-cı ildə 19 nəfər azərbaycanlı yaşamışdırКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство "Мелконян фонд", 1932, с. 60–61, 136–137. 1930-cu illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
İstinadlar
Kateqoriya:Zəngəzur kəndləri Kateqoriya:Ermənistanın ləğv olunmuş kəndləri